Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə13/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   9   10   11   12   13   14   15   16   ...   194

Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

texniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu 

istehsal-təsərrüfat vahididir. 

İstehsal firması və müəssisələrin tərkibinə daxil olan struktur böl-

mələrinin  istehsal-texniki vəhdətliyi  ya buraxılan məhsulların iqti-

sadi təyinatının ümumiliyi, ya da onların konstruktiv quruluşları  və 

hazırlanması texnologiyalarının oxşarlığı ilə  şərtlənir. Bu, birincisi, 

istehsal proseslərinin qarşılıqlı əlaqələrinə, yəni hər bir xüsusi istehsal 

texnologiyasının əmək predmetini hazır məhsula çevirə bilən ümumi 

bir prosesin tərkib hissəsi olmasına əsaslanır. İkincisi, həmin vəhdət-

lik əmək vasitələri və əmək predmetlərinin müəyyən sisteminə söy-

kənir, başqa sözlə, maşınlar (aqreqatlar) dəsti və material-enerji axın-

larının kəmiyyət asılılığına və  hər bir firma tərkibində nisbətən sabit 

məkan bağlılığına malik olurlar. Üçüncüsü, firmanın istehsal-tə-

sərrüfat fəaliyyətinə xidmət göstərmək baxımından ümumi olan kö-

məkçi və xidmətedici bölmələrin mövcudluğuna və, əlbəttə, müəssi-

sənin müəyyən əraziyə malik olmasına əsaslanır. 

Təşkilati vəhdətlik  idarəetmənin, perspektiv, cari və operativ 

planların, uçot və hesabatın vahid sisteminin, vahid nizamnamənin 

mövcudluğu ilə müəyyən olunur və bütün müəssisələr özlərinin ni-

zamnamələri əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnamə-

si, təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda onların özləri tə-

rəfindən, təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda 

isə onların (təsisçilərin) ümumi yığıncağı tərəfindən təsdiq edilir.  

İqtisadi vəhdətlik isə öz əksini firmanın qarşısında duran iqtisadi 

və sosial vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, 

həmçinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində 

tapır.  İqtisadi vəhdətlik material-enerji resurslarının və maliyyə  və-

saitlərinin bütün növlərinin vahid dövriyyədə birləşdirilməsi ilə əldə 

olunur. Maliyyə vəsaitləri öz növbəsində, ümumi balansda (maliyyə 

planında) təsbit edilir.  

Firmanın hüquqi şəxs səlahiyyətlərinə malik olması o deməkdir 

ki, o, müstəqil balansa malik olmaqla, bankda hesab aça və hesablaş-

ma əməliyyatları apara bilər, digər müəssisə, təşkilat və idarələr, həm-

çinin ayrı-ayrı fiziki şəxslərlə müqavilə münasibətlərinə girə bilər. 

Firma hüquqi şəxs kimi iştirakçılarının tərkibindən asılı olmayaraq, 

prinsipcə, müddətsiz mövcud olur, ayrı-ayrı iştirakçılarının iradələri ilə 

 37



Telman Huseynov 

üst-üstə düşməyən, müstəqil iradəyə və iştirakçılarının mülkiyyətindən 

fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur, öz əmlakı ilə öz öhdə-

liklərinə görə müstəqil məsuliyyət daşıyır, öz adından əqdlər bağlayır. 

Firma onun təsisçilərinin mülkiyyətindən fərqli olan xüsusiləşmiş 

əmlaka malikdir və bunun əmələ gəlməsi mənbələri aşağıdakılardır: 

– təsisçilərin pul və maddi payları; 

– məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən və 

habelə təsərrüfat fəaliyyətinin digər növlərindən əldə edilən gəlirlər; 

– qiymətli kağızların satışından əldə edilən gəlirlər; 

– bank kreditləri və digər kreditlər; 

– kapital qoyuluşu və büdcədən dotasiyalar; 

– hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsaitlər; 

– digər mənbələrdən daxil olan vəsaitlər. 

Firma və müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin həyata keçi-

rilməsi məhdud miqdarda istehsal resurslarından istifadəyə dair qə-

rarların qəbul edilməsi ilə əlaqədardır. Qərarların qəbulu səmərəlilik 

prinsipinə cavab verməli, firma və ya müəssisənin fəaliyyətinə təsir 

göstərən bütün amilləri nəzərə almalı və qarşıya qoyulmuş məqsədlə-

rə uyğun olmalıdır. 

Firmanın istehsal-kommersiya fəaliyyətinin qarşısında duran məq-

sədlər, qərarların qəbul edilməsi ilə əldə olunması arzu edilən son nə-

ticələri özündə əks etdirir.  

Qeyd etmək lazımdır ki, ümumiyyətlə – fikrin məhdud mənasında – 

firma və müəssisənin yaradılmasının  əsas məqsədi onun təsisçilərinin 

maddi maraqlarıdır, onların rifah halının yaxşılaşdırılmasıdır. Bu isə mən-

fəətin maksimumlaşdırılması ilə bağlı olduğundan, firmanın istehsal-

kommersiya fəaliyyəti, bütün hallarda, həmin məqsədin reallaşdırılma-

sına yönəldilir. Elə buna görə də mənfəətin maksimumlaşdırılması xü-

susi sahibkarlığın əsas hərəkətverici motividir, onun «lokomotividir». 

Əsas məqsədlə əlaqədar firma və müəssisələrin qarşısında konk-

ret vəzifələr qoyulur və bunlara aşağıdakılar aiddirlər: 

– ən az xərclə daha yüksək iqtisadi nəticələr əldə etmək

– buraxılacaq məhsulların keyfiyyətini mütəmadi olaraq yaxşılaş-

dırmaq və onun rəqabətqabiliyyətini artırmaq;  

– innovasiya əsasında yeni növ məhsulların hazırlanmasını  və 

mənimsənilməsini təmin etmək; 

 

38




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 – əmək məhsulldarlığının yüksəldilməsinə və fondveriminin artı-

rılmasına nail olmaq; 

– elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib ha-

zırlamaq və ümumiyyətlə, normalaşdırma işlərini təkmilləşdirmək; 

– istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyət-

də yerinə yetirilməsini təmin etmək üçün zəruri təşkilati-texniki, iqti-

sadi və digər tədbirləri işləyib hazırlamaq və onları həyata keçirmək; 

– müəssisənin rentabelli işləməsinə, material-enerji, əmək və ma-

liyyə resurslarından səmərəli istifadə etməklə məhsulun (işin, xidmə-

tin) maya dəyərinin aşağı salınmasına nail olmaq;  

– əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq və sosial qəbildən 

olan məsələlərin həlli üçün tədbirlər işləyib hazırlamaq və bunları 

realizə etmək və s. 



2. İstehsal firmasının quruluşu və onu müəyyən edən amillər  

Hər hansı bir firmanın və ya müəssisənin səmərəli fəaliyyətinin zə-

ruri şərtlərindən biri onların təkmil istehsal və idarəetmə (funksional) 

strukturunun formalaşdırılmasıdır.  



Firmanın istehsal quruluşu bir-birilə qarşılıqlı surətdə bağlı  və 

asılılıqda olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən 

və ayrı-ayrı iş yerlərindən ibarət olur. İstehsal quruluşu onun tərkibinə 

daxil olan vəsilələr arasındakı kəmiyyət nisbətini ifadə edir. Firma və 

müəssisənin iqtisadiyyatına aid ədəbiyyatda onun iki növünü: ümumi 

və istehsal quruluşlarını fərqləndirirlər.  

Müəssisənin (firmanın) ümumi quruluşu dedikdə, onun tərkibini təş-

kil edən həm istehsal, həm də qeyri-istehsal sahələrinin məşğul etdikləri 

meydançaların, onların işçilərinin sayının, məhsul buraxmaq və xidmət 

göstərə bilmək qabliyyətlərinin kəmiyyət nisbətləri nəzərdə tutulur.  

İstehsal firmasının istehsal quruluşu dedikdə isə, yalnız istehsal 

bölmələri – sexlərin, istehsal sahələrinin, xidmət bölmələrinin (məh-

sul istehsalında birbaşa və dolayı yolla iştirak edən bölmələr) arasın-

dakı məcmu qarşılıqlı əlaqələri başa düşülür. Firmanın quruluşu onun 

təsisçiləri tərəfindən, müəssisədaxili bölmələrin (məsələn, sexlərin) 

quruluşu isə müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir. Fir-



manın istehsal quruluşu istehsal bölmələri arasındakı nisbətləri 

və qarşılıqlı  əlaqələri, sexlər və istehsal sahələri arasında  əmək 

 39



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə