Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə15/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   11   12   13   14   15   16   17   18   ...   194

Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

mərküzləşmiş iş yerlərinin məcmusundan ibarətdir. Məhsulun ha-

zırlanmasında iştirak etmələrinə görə istehsal sahələri də  əsas, kö-

məkçi və xidmətedici sahələrə bölünürlər.  

Fəhlənin əmək fəaliyyəti üçün zəruri olan texniki vasitələrlə (dəz-

gah, maşın, alət, tərtibat və s.) təchiz olunmuş və istehsal meydança-

sının hüdudlanmış hissəsinə – fəhlənin əmək fəaliyyəti zonasına – iş 



yeri deyilir.  

Sənaye müəssisələrinin istehsal strukturunun texnoloji, predmet 

(əşya) və qarışıq tipləri mövcuddur.  

İstehsalın strukturunun texnoloji tipində sexlər həmcins texno-

loji  əməliyyatların yerinə yetirilməsi üzrə ixtisaslaşır, müstəqilləşir-

lər. Məsələn, maşınqayırma müəssisəsində tökmə, dəmirçi, mexaniki 

emal, yığma və s. sexlər.  



İstehsalın strukturunun əşya (predmet) tipində sexlər müəyyən 

məmulatların və ya onların hissələrinin hazırlanması üzrə ixtisaslaşırlar. 

Məsələn, avtomobil zavodunda mühərrik, neftmaşınqayırma zavodunda 

reduktor, nasos ştanqları və s. hazırlanması üzrə ixtisaslaşmış sexlər. 



İstehsal strukturunun qarışıq tipində qeyd edilən tiplərin hər 

ikisinin – texnoloji və predmet – elementləri mövcud olurlar.  

Bazar iqtisadiyyatına keçid müəssisə strukturunun bazar münasi-

bətlərinə uyğunlaşmasını, onun bütün bölmələrinin işinin yenidən 

qurulmasını tələb edir.  

Firma və müəssisənin bazar münasibətlərinə uyğunlaşdırılması 

onların istehsal quruluşlarından asılı olmur. Müəssisənin texnoloji 

bölmələrində  təbii-texniki proseslər getdiyindən istehsal (iqtisadi) 

münasibətlər onların xarakterinə təsir göstərə bilməzlər. Yeni iqtisadi 

sistemə keçid texniki-texnoloji deyil, sosial-iqtisadi proseslərin ma-

hiyyətcə dəyişilməsini tələb edə bilər.  

Yeni təsərrüfatçılıq metodları, başqa sözlə, bazar iqtisadi müna-

sibətlərinə keçid müəssisənin idarəetmə (funksional) strukturu-

nun  təkmilləşdirilməsini zərurətə çevirir və daha da aktuallaşdırır. 

Bu, xüsusilə marketinq, maddi-texniki təminat, istehsal və elmi-tex-

niki inkişaf, satış  və digər bu kimi idarəetmə strukturlarına daha 

çox aiddir. 

Müəssisələrin bazar münasibətlərinə uyğunlaşdırılmasında mar-

ketinq  şöbələrinin yaradılması  və onların fəaliyyətinin gücləndi-

 43



Telman Huseynov 

rilməsinin müstəsna əhəmiyyəti vardır. Marketinq – yeni sahibkar-

lıq konsepsiyası olmaqla istehlakçıların təlabatının öyrənilməsi və 

onun ödənilməsini təmin edə biləcək tədbirlər hazırlamaq və onla-

rın reallaşdırılmasına nail olmaqdır. Marketinq istehsalla bazarı ya-

xınlaşdırmaq, firmanın (istehsalın) bazardan idarə edilməsi konsep-

siyasıdır. 

Marketinq tədqiqatları  və onun nəticələri bütünlükdə firmanın, 

onun hər bir idarəetmə bölməsinin il üçün fəaliyyətini müəyyən edir. 

Nəticə etibarilə firmanın iqtisadi inkişafı, əldə edəcəyi gəlirin həcmi 

marketinq tədqiqatlarının keyfiyyətindən asılı olur. 

Marketinq fəaliyyəti istehlakçıların təmsil etdiyi firmanın məh-

sullarına ehtiyaclarının müəyyən edilməsi ilə sona çatmır. O habelə 

öz təşkilatının istehsal imkanlarınıda müəyyən edir. Yalnız bundan 

sonra məhsul istehsalı və xidmətlər göstərmək üçün qərar verilir, is-

tehsal olunmuş  məhsulun qiyməti müəyyən edilir və onun bazara – 

istehlakçılara doğru hərəkətinə başlanılır. 

Marketinq tədqiqatlarının nəticələri  əsasında firmaya il ərzində 

lazım olacaq istehsal vasitələrinin həcmi və onların alınacağı vaxtlar 

maddi-texniki təminat  şöbəsinin heyyəti tərəfindən icra edilir. Bu 

zaman paralel olaraq xammal, material, yanacaq və s. istehsal 

amillərindən ehtiyyatların kəmiyyəti də hesablanır. 

Maddi-texniki təminat şöbəsinin işçiləri firmanın material resurs-

larına ehtiyacını bütün istiqamətlər üzrə – məhsul istehsalı, xidmət 

göstərmək, təmir, tikinti və s. – ayrı-ayrılıqda və həm də ümumiyyət-

lə deyil, müfəssəl  şəkildə müəyyən edirlər, çünki konkret məhsul 

(məmulat, hissə) istehsalı konkret növ material tələb edir. Onlar ha-

belə istehsal ehtiyyatlarının (anbar ehtiyyatlarının) planlaşdırılmasına 

xüsusi diqqət yetirilər. Yeri gəlmişkən, əgər material göndərənlər on-

ları vaxtında və sifariş norması müqabilində göndərə bilsəydilər so-

nuncunun hesablanmasına ehtiyac qalmazdı. 

İstehsal firmasının  əsas funksional fəaliyyət sferası  istehsal və 

elmi-texniki inkişafdır.  

İstehsal sahibkarlığının ilkin mərhələsi firma tərəfindən (onun 

təsisçiləri tərəfindən) istehsal amillərinin – əmək vasitələri, əmək ci-

simləri, iş qüvvəsi və informasiyanın alınması və ya bunlardan bəzi-

lərinin ya tam, ya da qismən icarəyə götürülməsidir.  

 

44




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

Firma maddi-texniki təminatla  əlaqədar məsələləri həll etdikdən 

və bu məsələdə əminliyə nail olduqdan sonra özünün strateji vəzifə-

sinin icrasına başlayır. Bu – istehlakçıların təlabatlarının ödəmək 

üçün məhsullar istehsal etmək və xidmətlər göstərməkdir. 

Məhsul istehsalı ilə məşğul olan firma özünün marketinq fəaliy-

yəti ilə bazarın təlabatını, istehsal amillərinin qiymətləri və özünün 

texnoloji istehsal üsuluna aid olan elmi-texniki yeniliklər haqqında 

məlumatlar toplayır. Bundan sonra o, bütün bunları və özünün daxi-

li imkanlarını nəzərə almaqla, fəaliyyətə başlayır. İstehsal və elmi-

texniki inkişaf bölməsi özünün fəaliyyətilə birbaşa  əlaqədar olan 

elmi-texniki yenilikləri mütləq nəzərə alır. Çünki bazar (istehlakçı) 

daha mükəmməl və nisbətən ucuz məhsullar tələb edir. Bu da mə-

lum həqiqətdir ki, yeni məhsulu köhnə texnika və materiallarla 



istehsal etmək mümkün olmadığı kimi, köhnə məhsulu da yeni 

maşın və avadanlıqla istehsal etmək məqsədəuyğun sayıla bil-

məz. Bir sözlə, rəqabət mübarizəsinə tab gətirmək üçün firma yeni 

texnika və texnologiya vasitəsilə keyfiyyəti yüksək və dəyəri aşağı 

olan məhsullar istehsal etməlidir. 

Qeyd etmək lazımdır ki, məhsul istehsal etmək firma üçün son 

məqsəd deyil. Son məqsəd istehsal etdiyi məhsulların istehlakçılara 

satışının  təşkilinə nail olmaq və mənfəət əldə etməkdir. Məhz buna 

görədə  hər bir firmanın mütəşəkkil satış xidməti və elmi cəhətdən 

əsaslandırılmış satış siyasəti olmalıdır.  

Bazar münasibətləri şəraitində işləyən müəssisənin (firmanın) 

çevik və  yığcam idarə aparatı, güclü və  səriştəli marketinq böl-

məsi, peşəkar heyəti olan maliyyə, mühasibat və hüquq şöbələri 

olmalıdır. Lakin bunlar bazara işləmək üçün vasitələrdir, son məq-

səd deyil. Əsas məsələ isə müəssisənin istehsal strukturunun, istehsal 

aparatının bazarın doğurduğu tələblərə uyğunlaşdırılmasıdır. 

Müasir dövrdə ölkə sənayesində müəssisələrin restrukturizasiya-

sı (yenidən strukturlaşdırılması) keçirilməli və  hər birinin bazarda 

yeri və rolu müəyyən edilməlidir. Bu ona görə vacibdir ki, hər bir 

müəssisə özünün bazara daxil olma imkanını bilməli, daha doğrusu, 

məhsul istehsal etmək və xidmət göstərə bilmək, rəqabətə dözmək 

qabiliyyətini  əvvəlcədən özü üçün müəyyənləşdirməlidir. Məhz 

bundan sonra həmin müəssisə onu əhatə edən – qanunvericiliklə 

 45



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə