Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə23/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   19   20   21   22   23   24   25   26   ...   194

Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

fəətin (gəlirin) bölüşdürülməsi qaydası, yenidən təşkil olunmanın 

şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi məsələləri 

göstərilir. 

Ölkə prezidenti İ. Əliyevin  «Sahibkarlıq fəaliyyəti subyektlərinin 

fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə  təşkilinin təmin edilməsi 

haqqında» sərəncamına qədər Azərbaycan Respublikasında müəssisə-

lərin yaradılması aşağıdakı qaydalar əsasında həyata keçirilirdi.  

Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra firma və ya 

müəssisə yaradılmış hesab olunurdu. Müəssisənin dövlət qeydiyyatın-

dan keçməsi üçün Ədliyyə Nazirliyinə təsisçi tərəfindən aşağıda göstəri-

lən sənədlər təqdim edilirdi: 

a) təsisçinin ərizəsi. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bü-

tün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs 

tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənirdi.  

b) təsis sənədləri dövlət qeydiyyatından keçirilən müəssisənin tə-

sisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tə-

rəfindən təsdiq edilmiş nizamnaməsi, həmin müəssisənin yaradılması 

və nizamnaməsinin təsdiq olunması haqqında qərar (qərarda qeydiy-

yatdan keçmək istəyən müəssisənin təsisçiləri tərəfindən onun təsis 

edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni müəssisə 

yaradılarkən yenidən təşkilinin şərtləri, nizamnamənin təsdiq edilmə-

si, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən 

zəruri hesab olunan digər məsələlər göstərilir və bu qərar bütün tə-

sisçilər tərəfindən imzalanır); 

c) dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 

d) təsisçi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında 

şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin 

notariat qaydasında təsdiq olunmuş surəti; 

e) icraedici və  sərəncamverici səlahiyyətlərə malik olan qanuni 

təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatları 

əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd, habelə 

notariat qaydasında təsdiq olunmuş imza nümunələri; 

f) dövlət qeydiyyatından keçirilən müəssisənin hüquqi ünvanını 

təsdiq edən sənəd. 

Yenidən təşkil nəticəsində yaradılan müəssisələrin dövlət qeydiy-

yatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilirdi: 

 67



Telman Huseynov 

– yenidən təşkil haqqında qərar;  

– təhvil aktı və ya bölünmə balansı;  

– mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.  

Respublikada müəssisənin dövlət qeydiyyatı, bir qayda olaraq, 40 

gündən gec olmayaraq həyata keçirilirdi. Dövlət qeydiyyatına alın-

ması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Ədliyyə Nazirli-

yinə təqdim olunduqdan sonra, bu orqan 30 gün müddətində onların 

Azərbaycan Respublikasının Konstitusiyasına, "Hüquqi şəxslərin 

dövlət qeydiyyatı  və dövlət reyestri haqqında" qanuna və digər qa-

nunvericilik aktlarına uyğunluğunu yoxlayırdı. Müstəsna hallarda

yoxlama zamanı  əlavə araşdırma aparılması  zərurəti yarandıqda, bu 

müddət daha 30 günə qədər uzadıla bilər. Təqdim edilmiş sənədlərdə 

müəssisənin dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olma-

yan çatışmazlıqlar aşkar edildikdə, bu çatışmazlıqların 20 gün müd-

dətində aradan qaldırılması üçün həmin sənədlər geri qaytarılırdı. Bu 

zaman imtinaya səbəb olmayan bütün çatışmazlıqlar qeydiyyat orqa-

nı tərəfindən eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün 

müraciət edənə qaytarılmalı idi. 

Dövlət qeydiyyatını  həyata keçirən orqan tərəfindən təqdim 

edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edil-

miş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, 10 gündən gec ol-

mayaraq, müəssisə dövlət qeydiyyatından keçirilir və ona dövlət 

qeydiyyatı haqqında  şəhadətnamə  və ya dövlət qeydiyyatına alın-

masından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş 

müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat 

verilirdi. 

Müəssisəyə, onun yuxarıda qeyd olunan müddətdə, dövlət qey-

diyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin 

müəssisə dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda qeydiy-

yat orqanı 10 gündən gec olmayaraq müəssisəyə dövlət qeydiyyatı 

haqqında şəhadətnamə verməlidir. 

Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat Azərbaycan 

Respublikasının uçot vahidlərinin dövlət reyestrinə daxil edilmək 

üçün qeydiyyat orqanı tərəfindən Maliyyə Nazirliyinə, Dövlət Statis-

tika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin Dövlət vergi mü-

fəttişliyi orqanına göndərilirdi. 

 

68




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

Göründüyü kimi, yuxarıda təsvir olunan qaydalar çox mürək-

kəb, çox pilləli və elə bunlara görə də xeyli vaxt tələb edən prose-

duralar idi. Lakin məlum nöqsanlarına baxmayaraq sahibkarlıq 

fəaliyyətinə başlamaq məqsədilə müəssisə və firmaların yaradılması 

qaydaları öz dövrü üçün müəyyən müsbət rol oynadığından məqbul 

sayılmalıdır. Bununla yanaşı o da bir fakt idi ki, həmin qaydalar sa-

hibkarlıq fəaliyyətinin sürətləndirilməsinə lazımınca yardımçı ola 

bilmirdi. Məhz bu məqsədlə, başqa sözlə sahibkarlıq fəaliyyətinin 

inkişafını sürətləndirmək üçün ölkə prezidenti 25 oktyabr 2007-ci il 

tarixli 2458 saylı «Sahibkarlıq fəaliyyəti subyektlərinin  fəaliyyəti-

nin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında» 

Sərəncam imzaladı. Sərəncama müvafiq olaraq müəssisə və firma-

ların dövlət qeydiyyatı 01 yanvar 2008-ci ildən etibarən «bir pən-

cərə» prinsipi tətbiq olunmağa başladı. «Bir pəncərə» - vahid dövlət 

qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi 

müəyyən olunmuşdur. 

Haqqında bəhs edilən Sərəncamın tətbiqi ilə bürokratiyaya («sə-

nədlər hökmranlığına», «sənəd fetişizmi»nə), süründürməçiliyə son 

qoyulacaqdır; süni maneələri doğuran şəraitin yarana bilməsi imkan-

ları yox dərəcəsinə endiriləcəkdir. 

«Bir pəncərə» prinsipinə  əsasən firma və müəssisələrin dövlət 

qeydiyyatı aşağıdakı qaydada həyata keçirilir.  

Müəssisənin dövlət qeydiyyatına alınması barədə  ərizə onun tə-

sisçisi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər) tərəfindən və ya 

onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzala-

nır və notariat qaydasında təsdiq olunduqdan sonra onun (onların) və 

yaxud vəkil edilmiş  şəxs tərəfindən müvafiq vergi orqanına təqdim 

olunur. Ərizə ilə birlikdə dövlət rüsumunun ödənilməsini təsdiq edən 

sənəd (qəbz) təqdim edilməlidir. Rüsum məbləğləri “Dövlət rüsumu 

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirir. 

Müəssisənin dövlət qeydiyyatına alınması “Kommersiya hüquqi şəx-

sin dövlət qeydiyyatı haqqında ərizə” əsasında aparılır. Ərizəyə aşa-

ğıdakılar əlavə edilir: 

– firmanın (müəssisənin) təsisçisi (təsisçiləri) və ya onun  (onla-

rın) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş 2 nüsxədə ni-

zamnaməsi; 

 69



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə