Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə26/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   22   23   24   25   26   27   28   29   ...   194

Telman Huseynov 

akt ilə birlikdə qurumun qeydiyyat qovluğuna tikilmək üçün arxivə 

təhvil verilir. Müəssisə qanunamüvafiq qaydada ləğv edildikdə ona 

verilmiş VÖEN məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir. 

 

 

 



F  İ  K  İ  R  L  Ə  Ş  İ  N 

 

1. İstehsal firmalarının əlamətləri hansılardır? 

2. Firmaların təsnifləşdirilməsi necə aparılır? 

3. İstehsal firmalarının hansı təşkilati-hüququ formaları vardır? 

4. Firmanın istehsal quruluşu və ona təsir edən amilləri səciyyə-

ləndirin. 

5. Firmanın funksional strukturu haqqında fikirlərinizi bildirin. 

6. Firmaların təşkilati-iqtisadi formalarını səciyyələndirə bilərsinizmi? 

7. Firmanın xarici və daxili mühiti və onların doğurduqları  amil-

ləri sadalayın. 

8. Firma və müəssisələrin yaradılması və ləğv qaydaları haqqında 

nələri bilirsiniz? 

 

 

76




 

 

 

 

 

 

 

BÖLMƏ III 

İSTEHSAL FİRMASINDA İSTEHSAL PROSESİ VƏ 

İSTEHSALIN İCTİMAİ-TƏŞKİLİ FORMALARI 

 Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

1. İstehsal prosesinin mahiyyəti 

2. İstehsal tsikli və onun tərkibi 

3. Firmada istehsal prosesinin təşkili prinsipləri 

4. Firmada istehsalın təşkili formaları



1.İstehsal prosesinin mahiyyəti 

İstehsal prosesi, onun təşkili və s. mühəndis işidir. Lakin buna 

baxmayaraq müəssisə iqtisadiyyatının texnoloji əsaslarını – mühəndis-

texnoloq qədər olmasada – bilmək istehsal firmasında işləyən iqtisad-

çı üçün çox vacibdir. Daha doğrusu, iqtisadçı mütəxəssisin müəssisə 

iqtisadiyyatına dair məsələləri daha dərindən dərk etməsi üçün isteh-

sal prosesinin texnologiyasını və onun təşkili məsələlərini öyrənməsi 

çox vacibdir. 

İqtisadçı üçün istehsal prosesini öyrənmək zərurəti müəssisədə 

tətbiq olunan texnika və texnologiyanın müəssisə iqtisadiyyatı ilə – 

dolayısı ilə olsada – bağlılığından irəli gəlir. İstehsal prosesinin ele-

mentlərindən – əmək vasitələri, əmək cisimləri və iş qüvvəsindən – 

istifadə olunmasının təşkili vəziyyəti, nəticə etibarilə, müəssisə iq-

tisadiyyatının inkişaf imkanlarının səviyyəsini müəyyən edir. 

Müxtəlif sənaye sahələrinə mənsub müəssisələrin istehsal prosesi 

haqqında ümumi bilikləri mənimsəməklə iqtisadçı, həm müəssisənin 

bütünlükdə və həm də onun istehsal sexləri və sahələrinin iqtisadi və 

təsərrüfat fəaliyyətini dərindən təhlil edə, mövcud vəziyyətlə bazarın 

tələblərinin uyğunluğu səviyyəsini müqayisəli şəkildə öyrənmək im-

 77



Telman Huseynov 

kanı qazana bilər. Öz-özlüyündə aydındır ki, burada istehsal firma-

larında istehsalın təşkilindən müfəssəl deyil, onun ən ümumi məsələ-

lərindən bəhs olunacaqdır. 

İstehsal prosesinin təşkilinin mükəmməlliyi, tətbiq olunan texnika 

və texnologiyanın müasirliyi, son olaraq, rəqabət qabiliyyəti yüksək

dəyəri (qiyməti) nisbətən aşağı olan məhsullar istehsalı üçün həlledi-

ci rol oynayır.  

İstehsal prosesi nədir?  

İstehsal prosesi əsas, köməkçi və xidmətedici əmək və habelə 

təbii proseslərin məcmusu olub, onların qarşılıqlı  təsiri və  əla-

ələri vasitəsilə xammal və ya materialın hazır məhsula çevrilməsi 

texnologiyasıdır. Başqa sözlə, müəssisənin istehsal prosesi əmək ci-

simlərinin (xammal, material və s.-nin) hazır məhsula çevrilməsinə 

yönəldilmiş müxiəlif maşın və avadanlıqların vasitəsilə həyata keçi-

rilən texnoloji əməliyyatları özündə birləşdirir, onların məcmusudur. 

İstehsal prosesi məhsulun istehsalı ilə bağlı, insanların silahlandıqları 

texnika vasitəsi ilə əmək cisimlərinə yönəltdiyi məqsədyönlü, qarşı-

lıqlı təsir və əlaqələri olan işlərin vəhdətidir. 

Firma və ya müəssisədə istehsal prosesinin özü də müstəqil, lakin 

bir-birilə bağlı olan mərhələlərə bölünür. Məsələn, ayaqqabı fabrikində 

belə mərhələlərə – ştamplama, biçmə və tikiş, yaxud maşınqayırmada 

tökmə, mexaniki emal və yığma prosesləri həmin istehsalların müxtə-

lif mərhələləridir.  İstehsal prosesinin hər bir mərhələsi, məxsusi (ya-

xud xüsusi) proseslərdən ibarət olur. Xüsusi proseslər məhsul istehsa-

lının müəyyən mərhələsinin bitkinliyi ilə xarakterizə olunur (məsələn, 

tökmə sexində – torpağın hazırlanması, formanın (qəlibin) qurulması, 

metalın əridilməsi, ərintinin qəliblərə tökülməsi və s.). Xüsusi proses-

lər özü də texnoloji (əsas) və köməkçi əməliyyatlara bölünürlər. 

 Əməliyyat – istehsal prosesinin xüsusiləşdirilmiş tərkib hissəsi 

olmaqla – bir iş yerində bir və ya bir neçə işçi tərəfindən əmək 

predmeti (xammal, material, yarımfabrikat) üzərində ardıcıl ye-

rinə yetirilən işlərin cəmindən ibarətdir.  

İstehsal prosesinin əməliyyatlara  şaxələnməsi və  hər bir əməliy-

yatın tərkibi istehsalın miqyası və ixtisaslaşdırma səviyyəsindən, tət-

biq olunan texnika və texnologiyadan və habelə istehsalın təşkilindən 

asılıdır. 

 

78




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər.  



Keçidlər (fazalar) – istehsal prosesinin texnoloji baxımdan həm-

cins, təşkilati baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı 

üçün istifadə olunan istehsal komponentlərinin və avadanlıqların tər-

kibcə və habelə sonuncuların iş rejimlərinin sabitliyi ilə səciyyələnir.  

Əməliyyatlar fəhlə əməyinin strukturu baxımından həm də fənd-

lərə və əməllərə bölünür. 

Məsələn, tornaçı fəhlənin pəstahı qaldırıb torna dəzgahının başlı-

ğına qoyması, açarla onu başlığa bərkitməsi, dəzgahı işə salması, kə-

sici aləti – pəstahı yonmaq üçün – ona yaxınlaşdırması, yonması, 

yonmadan sonra qismən emal olunmuş  pəstahı başlıqdan açarla aç-

ması, pəstahı başlıqdan çıxarıb yerə qoyması – bütün bunların hər 

biri ayrı-ayrılıqda əməliyyatlardır. 



Fənd, fəhlənin əmək fəndi – müəyyən məqsədli təyinatı olan və 

fəhlə  tərəfindən yerinə yetirilən bitkin, tamamlanmış  hərəkətlərin 

məcmusudur. 

Əməl – fəndin bir hissəsi olmaqla fəhlənin özünün bir neçə fiziki 

hərəkətinin (bədən, əl, barmaq və s.) və ya hərəkətlər kompleksinin 

hər hansı predmetin götürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə 

bağlı görülən işdir.  

Fasiləsiz istehsallarda əməliyyatın uzunluğu, şərti olaraq, bir iş 

növbəsinin müddəti qədər qəbul olunmuşdur. Texnoloji (əsas) pro-

ses əmək predmetlərində müəyyən dəyişikliklərin (fiziki, mexaniki, 

kimyəvi və s.) baş verməsinə səbəb olan əməliyyatlar məcmusudur. 

Köməkçi  əməliyyatlar isə texnoloji əməliyyatların yerinə yetiril-

məsi üçün şəraitin yaradılmasına istiqamətlənən (məsələn,  əmək 

predmetlərinin bir iş yerindən digərinə hərəkəti, emal edilən detal-

ların ölçülərinə nəzarət və s.) hərəkətlərin məcmusudur. 

Məhsulun istehsalında əmək (texnoloji və köməkçi) prosesləri ilə 

yanaşı, təbii proseslərdən də (məsələn, xəmirin qıcqırması, ağacın, 

rənglənmiş maşınların boyasının quruması və s.) istifadə zərurəti ya-

ranır. Əgər əmək prosesi bilavasitə işçilər tərəfindən yerinə yetirilir-

sə, təbii proseslər işçilərin müdaxiləsi olmadan, təbii yolla, öz-özünə 

baş verir. Təbii prosesin vaxt reqlamentinə düzgün əməl olunması 

çox vacibdir; onu süni şəkildə sürətləndirmək prosesin əhəmiyyətini 

azalda, işin keyfiyyətini pisləşdirə bilər. 

 79



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə