Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə25/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   21   22   23   24   25   26   27   28   ...   194

Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

məlumat dərc etdirir. Bu müddət, ləğvetmə haqqında məlumatın dərc 

edildiyi gündən etibarən, iki aydan az ola bilməz. Ləğvetmə komissi-

yası kreditorları aşkar etmək və debitor borcları almaq üçün tədbirlər 

görür, habelə müəssisənin ləğvi haqqında kreditorlara bildiriş gön-

dərir. 


2. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan 

sonra ləğvetmə komissiyası aralıq ləğvetmə balansı  tərtib edir. Ba-

lansa ləğv edilən müəssisəin əmlakının tərkibi, kreditorların irəli sür-

dükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması  nəticələri 

haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansını müəssi-

sənin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçiləri (işti-

rakçıları) və ya nizamnamə ilə buna vəkil olunmuş orqanı təsdiq edir. 

3.  Əgər ləğv edilən müəssisədə olan pul vəsaiti kreditorların tə-

ləblərini ödəmək üçün yetərli deyildirsə, ləğvetmə komissiyası 

müəssisəin əmlakını açıq hərracda satır. 

4. Ləğv edilən müəssisəin kreditorlarına pul vəsaitini ləğvetmə 

komissiyası aşağıda qeyd olunan növbəlik qaydasında, aralıq ləğvet-

mə balansına uyğun olaraq, onun təsdiq edildiyi gündən başlayaraq 

ödəyir. 


Müəssisə  ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı 

növbə ilə ödənilir: 

Birinci növbədə  ləğv edilən müəssisəin  əmlakının girov qoyul-

ması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödəni-

lir;  İkinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması 

yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən müəssisə 

onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün 

məsuliyyət daşıyır; Üçüncü növbədə  işdənçıxma müavinətlərinin 

verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənil-

məsi və müəlliflik müqavilələri üzrə haqların ödənilməsi üzrə he-

sablaşmalar aparılır; Dördüncü növbədə büdcəyə məcburi ödənişlər 

üzrə borc ödənilir; Beşinci növbədə qalan kreditorlar ilə hesablaş-

malar aparılır. 

Hər növbənin tələbləri özündən  əvvəlki növbənin tələbləri tam 

ödənildikdən sonra yerinə yetirilir. Ləğvetmə komissiyası kreditorun 

tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun 

qaçırdıqda kreditorun, müəssisənin ləğvetmə balansı  təsdiq edilənə-

 73



Telman Huseynov 

dək, ləğvetmə komissiyasına qarşı iddia ilə  məhkəməyə müraciət 

etmək hüququ vardır. 

Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyən-

ləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər 

vaxtında bildirilmiş tələblər ödənildikdən sonra ləğv edilən müəssisə-

nin qalan əmlakından ödənilir. 

Ləğv edilən müəssisənin kreditorlarının ləğvetmə komissiyası tə-

rəfindən qəbul edilməmiş  tələbləri kreditorun iddia ilə  məhkəməyə 

müraciət etmədiyi hallarda, habelə  məhkəmə  qərarı ilə kreditora 

ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır. 

Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə ko-

missiyası ləğvetmə balansını tərtib edir. Həmin balansı müəssisənin 

ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçiləri (iştirakçıları) 

və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. Ləğvetmə 

komissiyası təsdiq olunmuş ləğvetmə balansını müəssisələrin dövlət 

qeydiyyatını həyata keçirən Vergilər Nazirliyinə göndərir. 

Kreditorların tələbləri ödənildikdən sonra müəssisənin qalan 

əmlakı,  əgər müəssisəin nizamnaməsində ayrı qayda nəzərdə tutul-

mayıbsa, onun təsisçilərinə (iştirakçılarına) verilir. 

Firmanın (müəssisənin) hüquq və  vəzifələrinin hüquqi varislik 

qaydasında başqa şəxslərə keçmədən onun mövcudluğuna və fəaliy-

yətinə xitam verildiyi hallarda və yaxud firmanın (müəssisənin) ye-

nidən təşkili nəticəsində dövlət qeydiyyatının ləğv edilməsi zərurəti 

yaranan hallarda, Vergilər Nazirliyi onun dövlət qeydiyyatını  ləğv 

edir. 


Firmanın (müəssisənin) ləğvi ilə bağlı prosedurlara Vergilər Na-

zirliyinə daxil olmuş aşağıdakı məlumatlardan hər hansı biri əsasında 

başlanılır: 

– müəssisənin ləğv edilməsi barədə qərar onun ləğvetmə komis-

siyasının “Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) 

çıxarılması haqqında  ərizə” forması üzrə müraciəti və  qəzetdə  dərc 

etdirilmiş müvafiq elan ilə birlikdə təqdim olunur; 

– Azərbaycan Respublikasında filial və nümayəndəliyinin ləğv 

edilməsi barədə xarici müəssisənin qanunvericilikdə müəyyən edil-

miş qaydada vergi orqanına təqdim olunmuş  qərarı “Hüquqi şəxsin 

dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə” 

 

74




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

forması üzrə müraciəti və  qəzetdə  dərc etdirilmiş müvafiq elan ilə 

birlikdə təqdim olunur; 

– müəssisənin ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə 

minmiş qərarı; 

– müəssisənin müflis elan edilməsi və müsabiqə icraatının başa 

çatması haqqında məhkəmənin qərarı; 

– müəssisə yenidən təşkil edildikdə onun qeydiyyatının ləğv edil-

məsi zərurəti yaranan hallarda (birləşmə, qoşulma və ya bölünmə), 

təsisçilərin və ya məhkəmənin yenidən təşkil edilmə barədə müvafiq 

qərarı “Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxa-

rılması haqqında ərizə” forması üzrə müraciəti və qəzetdə dərc etdi-

rilmiş müvafiq elan ilə birlikdə təqdim olunur. 

Müəssisənin dövlət qeydiyyatının ləğv edilməsi zamanı onun ver-

diyi yekun vergi bəyannamələrinin qəbul edilməsi və kameral yoxla-

nılması, son səyyar vergi yoxlamasının aparılması, vergi borclarının 

ödənilməsi işləri Vergilər Nazirliyinin müəyyən etdiyi qaydalara uy-

ğun olaraq yerinə yetirilir. 

Dövlət qeydiyyatının ləğv edilməsi üçün qeydiyyat orqanı aşağı-

dakı sənədləri ləğv edilən müəssisədən təhvil almalıdır: 

– müəssisənin dövlət qeydiyyatı nizamnaməsinin (əsasnaməsinin) 

və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli; 

– müəssisənin möhürü və ştampı; 

– müəssisənin 2008-ci il 1 yanvar tarixədək vergi uçotunda da-

yanmışdırsa, vergi şəhadətnaməsi; 

– vergi ödəyicisi əlavə dəyər vergisi ödəyicisi olduğu halda, ƏDV 

bildirişinin əsli.  

Ləğv edilən müəssisə qeydiyyat və ya vergi şəhadətnaməsi, ƏDV 

bildirişi və ya möhürü itmişdirsə, bu halda, qurum itmiş sənədin və 

ya möhürün etibarsız hesab edilməsi barədə  mətbuatda elan dərc 

etdirib qeydiyyat orqanına təqdim edir. 

Müəssisənin möhür və ştampı qanunvericilikdə müəyyən edilmiş 

qaydada qeydiyyat orqanının  ən azı iki əməkdaşı  tərəfindən məhv 

edildikdən sonra bu barədə müvafiq akt tərtib olunur. 

Müəssisənin ləğvetmə balansı (qurum xarici hüquqi şəxsin nüma-

yəndəliyi və ya filialıdırsa-yekun mənfəət vergisi bəyannaməsi) çap 

edilərək qeydiyyat sənədlərinin  əsli, möhürün məhv edilməsi barədə 

 75



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə