Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə33/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   29   30   31   32   33   34   35   36   ...   194

Telman Huseynov 

larla təchiz edilir və belə müəssisələrdə avtomatlaşdırılmış axın xət-

lərinin tətbiqi geniş yayılmışdır. Kütləvi istehsal şəraitində mexani-

ki emalın texnoloji prosesləri üzrə keçidləri daha dəqiq hazırlanır. 

Hər bir dəzgaha az miqdarda əməliyyat təhkim edilir ki, bu da iş 

yerlərinin nisbətən tam yüklənməsini təmin edir. Avadanlıqlar ayrı-

ayrı detalların emalı texnologiyasının gedişinə uyğun yerləşdirilir, 

fəhlələr bir və ya iki əməliyyatın yerinə yetirilməsi üzrə ixtisaslaşır-

lar, detallar isə əməliyyatdan əməliyyata tək-tək verilir.  

 Kütləvi istehsal şəraitində  əməliyyatlararası  nəqletmənin və  iş 

yerlərinə texniki xidmətin təşkilinin əhəmiyyəti artır. Maşın, avadan-

lıq və alətlərin vəziyyətinə mütəmadi nəzarət istehsal prosesinin fasi-

ləsizliyini təmin etməyin  əsas  şərtlərindən birinə çevrilir. İstehsalın 

bütün həlqələrində müəyyən edilmiş ahəngdarlığın təmin olunması 

zəruriliyi kütləvi istehsalın təşkilinin fərqləndirici cəhətlərindəndir. 

Kütləvi istehsal avadanlıqlardan tam istifadəni, əmək məhsuldar-

lığı səviyyəsinin yüksək və hazırlanan məhsulun maya dəyərinin di-

gər istehsal tiplərilə müqayisədə aşağı olmasını təmin edir. 

 

 

 



F İ K İ R L Ə Ş İ N 

 

1. İstehsal prosesinin mahiyyəti – istehsal prosesi nədir? 

2. Əməliyyat, keçid, fənd və əməl haqqında nə bilirsiniz? 

3. Əsas, köməkçi və xidmətedici prosesləri şərh edə bilərsinizmi? 

4. Fərdi, seriyalı və kütləvi istehsalları fərqləndirə bilərsinizmi? 

5. İstehsalın təşkilinin axınlı, dəstəli və fərdi növlərinin hansı əla-

mətləri vardır? 

6. İstehsalın təşkili və tərkibini izah edin. 

7. İstehsal tsiklinin qısaldılmasının əsas istiqamətlərini şərh edin. 

8. İstehsalın təşkilinin əsas prinsipləri haqqında nə kimi məluma-

tınız vardır? 

9.  İstehsalın təşkili formaları (texnoloji, predmet, düzxətli, fərdi 

və qarışıq)  haqqında nə bilirsiniz? 

 

98




 

 

 



 

 

 

 

Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin 

optimal ölçüsü 

1. İstehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları 

2. İstehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri  

3. İstehsal firmasının optimal ölçüsü və onu müəyyən edən amillər  

4. İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi 

1. İstehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları 

İctimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldil-

məsinin çoxsaylı amilləri içərisində onun (istehsalın) ictimai təşkili 

və idarə olunmasının elmi cəhətdən əsaslandırılmış forma və metod-

larının özünəməxsus yeri və rolu vardır. İstehsalın ictimai təşkili for-

maları, öz təzahürünü təmərküzləşmə, ixtisaslaşma, kooperativləşmə 

və kombinələşmə proseslərində tapan əməyin bölgüsü və ictimailəş-

məsi ilə sıx surətdə əlaqədardır. 



İstehsalın ictimailəşməsi və əməyin bölgüsü öz əksini müəssi-

sələrin iriləşməsində – istehsalın təmərküzləşməsində; əmək böl-

güsünün dərinləşməsində – ixtisaslaşma və kooperativləşmədə; 

texnoloji cəhətdən müxtəlif istehsalların bir müəssisədə uzlaşdı-

rılmasında – kombinələşmədə tapır. 

İstehsalın təmərküzləşməsi – məhsul istehsalının daha iri müəs-

sisələrdə toplanması prosesidir. 

İstehsalın təmərküzləşməsi, ixtisaslaşması, kooperativləşməsi və 

kombinələşməsi arasında sıx qarşılıqlı əlaqələr vardır. İstehsalın tə-

mərküzləşməsi istehsalın ictimai təşkili formaları içərisində ən mü-

rəkkəbidir, onun inkişafı digər formalarda da dəyişikliklərə  səbəb 

olur. O, istehsalın ixtisaslaşması üçün əsas yaradır, onun inkişaf 

tempini və səviyyəsini müəyyən edir. İxtisaslaşma isə öz növbəsin-

də əmək məhsuldarlığının artımı ilə nəticələnir, müəssisələrin ölçü-

 99



Telman Huseynov 

lərinin artımına səbəb olur, həmçinin kooperativləşmənin inkişafı-

nın  şərti kimi çıxış edir. Kooperativləşmə ixtisaslaşmanın inkişafı 

üçün əlverişli şərait, istehsalın ölçüsünün artması üçün isə əlavə im-

kanlar yaradır. Nəhayət, əmək bölgüsünün dərinləşməsi və müxtəlif 

texnoloji proseslərin bir müəssisədə uzlaşdırılaraq təmərküzləşməsi 

əsasında istehsalın kombinələşməsi yaranır. 

Təmərküzləşmə, istehsalın ictimai təşkili formalarından biri kimi, 

texnikanın inkişafı  və  səmərəli istifadəsinə, müəssisələrin iqtisadi 

göstəricilərinin yaxşılaşdırılmasına təminat verir. 

Təmərküzləşmə prosesinin mahiyyəti iqtisadiyyatın sahələrində 

məhsul istehsalı üzrə iri müəssisələrin xüsusi çəkilərinin mütəmadi 

artması ilə səciyyələnir. 

Sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasına 

nisbi təmərküzləşmə deyilir. 

Təmərküzləşmə mütləq mənada da arta bilər. Belə halda sahəyə 

daxil olan müəssisələrin ölçüləri artır. 

Təmərküzləşmə prosesinin birinci cəhəti (nisbi) müəssisələr 

arasında ümumi məhsul istehsalının bölüşdürülməsi ilə əlaqədar-

dırsa, ikincisi – istehsal müəssisələrinin özlərinin ölçülərinin (müt-

ləq) dəyişməsilə bağlıdır. 

Mütləq təmərküzləşmə nisbi təmərküzləşməni doğurur və əməyin 

ictimailəşməsi dərəcəsinin yüksəlməsində ilkin şərt kimi çıxış edir. 

İstehsalın təmərküzləşməsi və onun müxtəlif formaları müəyyən 

məhsul növlərinə  tələbatın artması  və elmi-texniki tərəqqinin təsiri 

nəticəsində inkişaf edir. Buna görə  də, hər bir inkişaf səviyyəsində 

istehsalın təmərküzləşməsi istehsalın optimal ölçüsünə  və avadan-

lıqların məhsuldarlığına uyğun olmalıdır.  

Təmərküzləşmə prosesinin təməlində dayanan elmi-texniki tə-

rəqqi həmin prosesin mürəkkəbliyindən asılı olaraq, onların müxtəlif 

formada getməsi üçün həlledici təsir gücünə malik olur. 

Təmərküzləşmənin aqreqat, istehsal-texniki və texnoloji formaları 

mövcuddur ki, bunlar da intensiv və ekstensiv yolla inkişaf etmiş və 

formalaşmışlar.  



Aqreqat təmərküzləşməsi elmi-texniki tərəqqinin mövcud inki-

şaf səviyyəsi, aqreqat və avadanlıqların texnoloji strukturunda daha 

güclülərin, məhsuldarlığı yüksək olanların payının artması və onların 

 100



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə