Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə30/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   26   27   28   29   30   31   32   33   ...   194

Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

Qeyd etmək lazımdır ki, müəssisənin istehsal gücü – onun plan 

dövründə maksimum məhsul buraxmaq qabliyyətini əks etdirən bu 

göstərici – istehsal tsiklinin uzunluğundan birbaşa asılıdır. Aydındır 

ki, istehsal tsiklinin uzunluğu nə  qədər qısadırsa, müəyyən zaman 

kəsiyində daha çox məhsul istehsal etmək mümkün olur. 



İstehsal tsiklinin uzunluğu azaldıqda istehsal gücünün artma-

sı hesabına məhsul buraxılışı həcmi artır, ona görə ki, məhsul va-

hidinin istehsalına sərf olunan köməkçi və xidmətedici işçilərin, 

mühəndis-texniki heyətin və fəhlələrin iş vaxtına qənaət edilir. 

İstehsal tsiklinin azalması  nəticəsində  məhsul vahidinə düşən 

ümumzavod və ümumsex xərclərinin azalması hesabına onun (məh-

sulun) maya dəyəri də aşağı düşür. 

Beləliklə, bütün bunlar göstərir ki, istehsal tsiklinin qısaldılması 

müəssisədə istehsalın səmərəliliyinin yüksəldilməsinin  əsas ehtiyyat 

mənbələrindən biridir. 

İstehsal tsiklinin azaldılmasının  əsas istiqamətləri aşağıdakı-

lardır: 

– texnologiyanın təkmilləşdirilməsi; 

– təbii proseslərin süni üsulların köməyi ilə sürətləndirilməsi;  

– nəqliyyat və  nəzarət  əməliyyatlarının texnoloji əməliyyatlarla 

səmərəli şəkildə əlaqələndirilməsi; 

– növbələrarası fasilələrin azaldılması  məqsədilə müəssisənin iş 

rejiminin təkmilləşdirilməsi; 

– iş yerlərində əməyin elmi təşkilinin tətbiqi

– əməliyyatların  əlaqələndirilməsinin səmərəli üsullarının tətbiqi 

və s. 


Beləliklə, müəssisədə istehsal tsiklinin azaldılması istehsal-təsər-

rüfat fəaliyyətinin kəmiyyət və keyfiyyət tərəflərinə ciddi təsir gös-

tərir, başqa sözlə, onun texniki-iqtisadi və iqtisadi göstəricilərini yax-

şılaşdırır və nəticə etibarı ilə, istehsalın iqtisadi səmərəliliyinin artı-

rılmasının əsas amillərindən biri kimi çıxış edir.  

3. Firmada istehsal prosesinin təşkili prinsipləri 

İstehsal prosesinin təşkili dedikdə, istehsal amillərindən: iş 

qüvvəsi, əmək predmetləri və əmək vasitələrindən səmərəli istifa-

dəni təmin etmək məqsədilə onların zaman və  məkan baxımın-

 89



Telman Huseynov 

dan düzgün əlaqələndirilməsinə yönəldilmiş texniki-təşkilati təd-

birlər kompleksi nəzərdə tutulur. 

İstehsal prosesinin təşkilinin  əsas vəzifələrinə texnoloji əməliy-

yatların yerinə yetirilməsinin səmərəli üsul və  fəndlərinin müəyyən 

edilməsi, istehsal prosesinin əməliyyatlara bölüşdürülməsi, sexlərdə 

və istehsal sahələrində istifadə edilən avadanlıqların düzgün yerləş-

dirilməsi, məhsul buraxılışının ahəngdarlığını və birqərarlığını təmin 

etmək üçün iş yerləri arasında qarşılıqlı  səmərəli  əlaqələrin təmin 

olunması aiddirlər. 

İstehsal prosesinin təşkili müəyyən prinsiplərə söykənir və onlar 

aşağıdakılardır: 

–  ixtisaslaşma prinsipi –müəssisənin ayrı-ayırı bölmələri və  iş 

yerləri arasında  əməyin peşələrə görə düzgün bölgüsünü və onların 

kooperasiyasını əks etdirir; 

paralellik prinsipi – müəyyən məhsulun istehsalı ilə  əlaqədar 

istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində hə-

yata keçirilməsini nəzərdə tutur; 

– mütənasiblik prinsipi – müəssisənin qarşılıqlı əlaqəli və biri-

birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bə-

rabər məhsuldarlığını nəzərdə tutur; 

– düzxətlilik prinsipi – xammal, material və ya yarımfabrikatın 

istehsala buraxılıb hazır məhsul alınana qədər onların  ən qısa yolu-

nun təmin edilməsinə əsaslanır;  

–  fasiləsizlik prinsipi – əməliyyatlararası fasilələrin maksimum 

ixtisar edilməsini nəzərdə tutur; 

– ahəngdarlıq prinispi – müəyyən miqdar məhsulun hazırlanma-

sı üzrə istehsal prosesi və onu təşkil edən ayrı-ayrı tərkib hissələrinin 

eyni vaxtdan bir təkrar olunmasına əsaslanır. 

Müəssisədə istehsalın təşkili prosesində  əməliyyatların  əlaqələn-

dirilməsi vaxt və məkan baxımından həyata keçirilir və bunlarsız is-

tehsalın səmərəli təşkili, ümumiyyətlə, qeyri-mümkündür.  

İstehsalın təşkilinin vaxt strukturu istehsal prosesinin elementləri-

nin vaxta görə qarşılıqlı təsiri qaydası ilə müəyyən edilir. Vaxt struk-



turunun növlərinə görə istehsalın təşkili formaları  əmək pred-

metlərinin istehsala verilməsinin ardıcıl, paralel və paralel-ardı-

cıl (qarışıq) formaları fərqləndirilir. 

 

90




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsinə  əsas-

lanan istehsalın təşkili forması emal edilən materialın bütün istehsal 

sahələri üzrə istənilən miqdar partiyalarla hərəkətini təmin edən is-

tehsal amillərinin  əlaqələndirilməsini özündə  əks etdirir. Belə halda 

əmək predmetləri növbəti iş yerlərinə əvvəlki əməliyyatda bütün par-

tiyanın emalı başa çatdıqdan sonra verilir, yəni hər bir əməliyyatda 

detallar partiyalarla emal edilir. Belə forma istehsal proqramındakı 

yarana biləcək dəyişikliklərə qarşı daha çevik olur, avadanlıqlardan 

kifayət qədər tam istifadə etməyə imkan verir. İstehsalın təşkilinin bu 

formasının çatışmamazlığı istehsal tsiklinin nisbətən – nisbi mənada – 

uzunluğu ilə əlaqədar olur. Belə ki, hər bir detal sonrakı əməliyyatın 

yerinə yetirilməsini bütün partiyaya daxil olan detalların emalının 

başa çatdırılması qədər gözləməli olur.  



Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsi za-

manı istehsal tsiklinin uzunluğu (T

i.t.a

) aşağıdakı düsturun köməyi ilə 



müəyyən edilir: 

T

i.t.a



 = T

d

 x N 



Burda, T

– dəstədəki detalların sayı; 



 N – bütün əməliyyatlarda bir detalın emalına faktiki vaxt 

məsrəfidir. 

Əmək predmetlərinin paralel verilməsi prinsipinə əsaslanan isteh-

salın təşkili forması  əmək predmetlərinin  əməliyyatdan  əməliyyata 

tək-tək və partiyadakı bütün detalların emalını gözləmədən buraxma-

ğa imkan verən istehsal amillərinin əlaqələndirilməsinə əsaslanır. İs-

tehsalın belə təşkili emalda olan detalların sayını, anbar və keçidlər 

üçün zəruri olan sahəyə  tələbatı azaltmağa gətirib çıxarır.  İstehsalın 

təşkilinin paralellik formasının çatışmazlığı əməliyyatların yerinə yeti-

rilməsi müddətlərindəki fərqlərlə əlaqədar avadanlıqların və fəhlələrin 

boşdayanması ilə müşayət olunur. 

İstehsalın paralellik prinisipinə  əsaslanan təşkili formasında 

istehsal tsiklinin uzunluğu (T

i.t.p

) aşağıdakı kimi hesablanır: 



T

i.t.p


 = T

d

 + (N–1) x T



ə.u 

Burada, T

ə.u

 – ən uzun vaxt tələb edən əməliyyatın yerinə yetiril-



məsinə sərf olunan vaxtdır.  

 91



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə