Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə32/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   28   29   30   31   32   33   34   35   ...   194

Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

ilə quraşdırılmasını göstərmək olar. İstehsalın təşkilinin belə forması 

bir sıra üstünlüklərə malikdir. İstehsalın təşkilinin fərdi forması mə-

mulatın konstruksiyasını və emalı ardıcıllığını tez-tez dəyişməməyə, 

istehsalın tələbatı ilə müəyyən edilən miqdarda müxtəlif nomenklatu-

ralı  məhsullar istehsal etməyə, avadanlıqların yerinin dəyişdirilməsi 

ilə  əlaqədar vaxta və  xərcə  qənaət etməyə  və habelə istehsalın çe-

vikliyini artırmağa imkan verir.  



İstehsalın təşkilinin qarışıq forması materialların istehsala ardı-

cıl, paralel və ya qarışıq  şəkildə verilməsi ilə qarışıq və ya xətti 

struktura  əsaslanan  əsas və köməkçi  əməliyyatların vahid istehsal 

prosesində birləşdirilməsinə  əsaslanır.  İstehsalın təşkilinin qarışıq 

(birləşdirilmiş) formasında sahələrdə emaletmə, nəqletmə, anbarlaş-

dırma və idarəetmə vahid istehsal prosesində birləşdirilir və bütün bu 

işlər koordinasiya edilir. Bunlar isə, bütün iş yerlərinin «avtomatik 

nəqliyyat – anbar kompleksi» vasitəsilə birləşdirilməsi yolu ilə təmin 

edilir. Burada istehsal prosesinin idarə olunması elektron hesablama 

maşınlarının köməyi ilə həyata keçirilir ki, bu da istehsal sahəsində 

texnoloji prosesin bütün elementlərinin «anbarda zəruri xammal və 

materialların axtarılması – onların iş yerlərinə nəqledilməsi – emalı – 

emal edilmiş detalların anbara qaytarılması» sxemi üzrə fəaliyyətini 

təmin edir. Ayrı-ayrı  iş yerlərində detalların emalı  və  nəql edilməsi 

zamanı yaranan vaxt fərqləri əməliyyatlararası və sığorta zadellərinin 

bufer anbarlarını yaratmaqla nizama salınır. Qarışıq (birləşdirilmiş) 

istehsal sahələrinin yaradılması, istehsal proseslərinin birləşdirilməsi 

və avtomatlaşdırılması birdəfəlik xərclərin yüksək olması ilə nəticə-

lənir. 

İstehsalın təşkilinin birləşdirilmiş formasına keçidin iqtisadi sə-



mərəsi istehsal tsiklinin azaldılması, avadanlıqların yüklənmə səviy-

yəsinin artırılması, istehsal prosesinin tənzimlənməsi və ona nəzarə-

tin yaxşılaşdırılması hesabına əldə edilir.  

İstehsalın təşkilinin yuxarıda qeyd olunan formalarını – yeni 

məhsulun buraxılışına uyğunlaşdırmaq qabiliyyətindən asılı ola-

raq – çevik və qeyri-çevik formalara bölmək olar. 

İstehsalın təşkilinin çevik formaları çox az vaxt və əmək sərf et-

məklə istehsal prosesinin elementlərini dəyişmədən yeni məhsul bu-

raxılışına keçidi təmin edir. 

 95



Telman Huseynov 

İstehsalın təşkilinin qeyri-çevik formaları bir neçə növ detalın de-

yil, yalnız bir növ detalın emalını nəzərdə tutur. Buraxılan məhsulun 

nomenklaturasında dəyişiklik və məmulatın konstruktiv cəhətdən ye-

ni seriyasının buraxılışna keçid istehsal sahəsinin yenidən planlaş-

dırılmasını, avadanlıq və ləvazimatların dəyişdirilməsini tələb edir. 



Fərdi istehsal şəraitində istehsalın təşkilinin özünəməxsus xü-

susiyyətləri  vardır. Bu istehsal tipində detallar, onların emalının 

üsulları müxtəlif olduğundan istehsal sahələri eyni təyinatdan olan 

avadanlıqların qruplar halında yerləşdirilməsinə  əsaslanan texnoloji 

prinsip üzrə qurulur. İstehsalın bu cür təşkilində detallar hazırlanma 

prosesində müxtəlif istehsal sahələrindən keçirlər. Buna görə də, de-

talların istehsal sahəsinə (əməliyyatı həyata keçirmək üçün) verilməsi 

zamanı onların emalının keyfiyyətinə  nəzarətin həyata keçirilməsi, 

nəqledilməsi, əməliyyatları yerinə yetirmək üçün iş yerlərinin müəy-

yən olunması  məsələləri dəqiq müəyyənləşdirilməlidir. Fərdi isteh-

salda operativ planlaşdırma və idarəetmənin xüsusiyyətləri sifarişlə-

rin vaxtında yerinə yetirilməsi, əməliyyatlar arasında hər bir detalın 

hərəkətinə  nəzarət, istehsal sahələrinin və  iş yerlərinin birqərarda 

yüklənməsi ilə müəyyən olunur. Bu zaman müəssisədə maddi-texniki 

təminatın təşkilində ciddi çətinliklər yaranır. Hazırlanan məhsulların 

nomenklaturasının geniş olması, materiallardan iriləşdirilmiş  məsrəf 

normalarının tətbiqi fasiləsiz təminatda problemlər yaradır ki, bu da 

müəssisədə, bəzən, materiallardan böyük həcmdə istehsal ehtiyatları-

nın yaranmasına gətirib çıxarır. 

Fərdi istehsalın təşkili xüsusiyyətləri onun iqtisadi göstəricilərinə 

də təsir göstərir. Bu istehsal tipinin üstünlük təşkil etdiyi müəssisələr 

üçün nisbətən yüksək  əməktutumluluğu və müxtəlif  əməliyyatlar 

arasında detalların uzun müddət toplanıb qalması hesabına bitmə-

miş istehsalın həcminin böyük olması səciyyəvidir.  

Fərdi istehsalın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılma-

sının  əsas ehtiyatları onun texniki-təşkilati səviyyəsinə görə seriyalı 

istehsal tipinə yaxınlaşdırılması ilə  əlaqədardır.  İstehsalın təşkilinin 

dəstəli üsullarının tətbiqi hazırlanan məhsulların sayca məhdudlaş-

dırılması, detal və qovşaqların unifikasiyası (eyniləşdirilməsi) yolu 

ilə mümkündür ki, bu da ixtisaslaşmış istehsal sahələrinin təşkilinə, 

istehsalın hazırlığına sərf olunan vaxtı azaltmaq üçün məhsulun kon-

 

96



Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

struktiv quruluşuna və hazırlanma texnologiyasına görə oxşar olan 

detalları qruplaşdırmağa və avadanlıqlardan istifadəni yaxşılaşdırma-

ğa imkan verir. 

Seriyalı istehsalın təşkili üçün sexlərin, adətən, predmet üzrə ix-

tisaslaşmış qapalı istehsal sahələrindən ibarət olması, avadanlıqların 

texnoloji proses üzrə ardıcıllıqla yerləşdirilməsi daha çox səciyyəvi-

dir. Bunun nəticəsində isə, iş yerləri arasında nisbətən sadə əlaqələr 

yaranır və məhsulun hazırlanması prosesində detalların birbaşa hərə-

kətini təşkil etmək mümkün olur. Müəssisədə istehsal sahələrinin 

predmet üzrə ixtisaslaşması əməliyyatların ardıcıl olaraq yerinə yeti-

rildiyi bir neçə avadanlıqlarda detallar partiyasının paralel emal edil-

məsinə  şərait yaradır. Bütün detallar partiyasının emalı başa çatana 

qədər ayrı-ayrı detallar üzərində bir əməliyyat qurtardıqdan sonra o, 

onun üzərində digər əməliyyatın yerinə yetirilməsi üçün sonrakı mər-

hələyə verilir. Beləliklə, seriyalı istehsal şəraitində istehsal prosesinin 

paralel-ardıcıl təşkili mümkün olur. 

Seriyalı istehsal şəraitində istehsalın təşkilinin bu və ya digər 

formasının tətbiqi istehsal sahəsinə  təhkim edilmiş  məmulatların 

əməktutumundan və buraxılış həcmindən asılı olur. Məsələn, böyük 

miqdarda hazırlanan və oxşar texnoloji prosesə malik iri, əməktu-

tumlu detallar dəyişən axınlı istehsalın təşkili ilə bir istehsal sahəsinə 

təhkim edilir. Orta ölçülü, çoxəməliyyatlı və az əməktutumlu detallar 

partiyalarda birləşdirilir. Əgər onların istehsalı müntəzəm təkrar olu-

nursa, bu detalların qrup şəklində emalı üçün xüsusi istehsal sahəsi 

təşkil edilir. Kiçik, az əməktutumlu detallar onların istehsalı üzrə ixti-

saslaşmış istehsal sahəsinə təhkim olunur və bu zaman birbaşa axınlı 

istehsalın təşkili forması mümkün olur. 

Seriyalı istehsalda fərdi istehsala nisbətən məhsulların əməktutu-

mu və ya maya dəyəri əhəmiyyətli şəkildə aşağı olur və istehsal tsik-

lində fasilələrin xüsusi çəkisi nisbətən az olur ki, bu da bitməmiş is-

tehsalın həcmini xeyli azaldır. 

İstehsalın təşkili baxımından seriyalı istehsalda iqtisadi səmərəli-

liyin artırılmasının  əsas ehtiyatlarından biri istehsalın axınlı  təşkili 

üsullarının tətbiqidir.  



Kütləvi istehsal şəraitində işləyən müəssisələrdə sexlər isteh-

salı tam avtomatlaşdırmağa imkan verən daha mütərəqqi avadanlıq-

 97



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə