Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə28/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   24   25   26   27   28   29   30   31   ...   194

Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

istehsalda təhkimetmə əmsalı adətən 40-dan yüksək olur, iş yerləri az 

əməliyatlar isə çox olurlar.  

Seriyalı istehsal dövri olaraq istehsalı vaxtaşırı təkrar edilən, fər-

di deyil, müəyyən partiyalarla məhsul istehsalı ilə xarakterizə olunur. 

Partiyadakı, məmulatların sayından və təhkimetmə əmsalının qiymə-

tindən asılı olaraq seriyalı istehsal özü də kiçik, orta və iri seriyalı is-

tehsallara bölünür.  

Kiçik seriyalı istehsallar üçün təhkimetmə  əmsalı 21 – 40, orta 

seriyalı üçün 11 – 20, iri seriyalı üçün isə 1 – 10 arasında olur.  

Kütləvi istehsal uzun müddət  ərzində fasiləsiz istehsal edilən 

məmulat buraxılışının böyük həcmi ilə xarakterizə olunur ki, bu za-

man hər bir iş yerində yalnız bir əməliyyat yerinə yetirilir və elə buna 

görə  də kütləvi istehsal üçün əməliyyatların təhkimetmə  əmsalı 1 - 

dən çox olmur. 

Fərdi və ona yaxın olan kiçik seriyalı istehsallarda hər bir iş yerin-

də geniş nomenklaturalı məmulatların hazırlanması ilə əlaqədar olaraq 

ixtisaslaşdırma aparmaq, demək olar ki, qeyri-mümkündür. Belə isteh-

sallar kifayət qədər çevik, «tez dönəbilən» və bazarın tələbatını ödə-

mək məqsədilə, müxtəlif məhsulların istehsalı sifarişlərinin yerinə ye-

tirilməsinə hazır olmalı, uyğunlaşmalıdır.  

Fərdi istehsal şəraitində texnoloji proseslər hər bir sifariş üzrə 

detalların hazırlanmasının marşrut xəritəsi üzrə iriləşdirilmiş şəkil-

də hazırlanır, geniş nomenklaturalı  məmulatlar hazırlanmasını  tə-

min etmək üçün istehsal sahələri universal əmək vasitələrilə təchiz 

olunur. Fəhlələr tərəfindən yerinə yetirilən işlər öz xarakterinə görə 

çox müxtəlif olduğundan onlardan müxtəlif peşələr üzrə  zəruri bi-

lik, vərdiş və bacarıq tələb edildiyindən fərdi istehsalda əməliyyat-

ların yerinə yetirilməsi üçün buraya (istehsalata) həm yüksək ixti-

saslı və həm də geniş profilli fəhlələr cəlb olunurlar. 

Seriyalı istehsal, müəyyən vaxtaşırılılıqla (müəyyən müddətdən 

bir) təkrar olunan, qismən məhdud nomenklaturalı məhsulların parti-

yalarla hazırlanması ilə xarakterizə olunur. Bu vəziyyət universal ava-

danlıqlarla yanaşı xüsusi və aqreqat (xüsusi və universal avadanlığın 

«kombinələşmiş» – «xüsusi»liyi «universal»laşdıran, «universal»lığı 

«xüsusi»ləşdirən – modeli) avadanlıqlardan da istifadə etməyə imkan 

verir. Seriyalı istehsallar üçün texnoloji proseslərin layihələndirilmə-

 83



Telman Huseynov 

si zamanı hər bir əməliyyatın yerinə yetirilməsi üçün onun (seriyalı 

istehsalın) zəruri olan texnoloji avadanlıqlarla təmin olunması mütləq 

nəzərə alınır. 

Kütləvi istehsal yüksək ixtisaslaşma və çox məhdud nomenklaturada 

məhsulların böyük həcmdə və vaxt etibarilə uzun müddət ərzində isteh-

salı ilə xarakterizə olunur. Bu istehsal tipinin zəruri  şərtlərindən biri 

onun məhsuluna bazarın tələbi həcminin böyük olmasıdır. 



İstehsalın təşkili üsuluna görə istehsal prosesləri axınlı, dəstəli 

və fərdi proseslərə bölünür. Bunlardan iqtisadi cəhətdən ən səmərə-

lisi axınlı istehsal prosesləridir, çünki belə istehsal üsullarının tətbiqi 

istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün 

həlledici şərt olur.  



İstehsalın təşkilinin axınlı üsulu aşağıdakı əlamətlərlə xarak-

terizə olunur: 

– istehsal prosesinin böyük sayda əməliyyatlara bölünməsi; 

– ayrı-ayırı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ixtisas-

laşması; 

– avadanlıqların texnoloji xəritəyə müvafiq olaraq yerləşdirilməsi; 

– istehsal prosesinin fasiləsizliyinin səviyyəcə yüksək olması; 

–  əmək predmetlərinin bir iş yerindən digərinə verilməsi üçün 

əməliyyatlararası xüsusi nəqliyyatın mövcud olması. 

Axınlı istehsal üsulunun əsas struktur vahidi axın xəttidir. Axın 

xətti texnoloji prosesin gedişi üzrə yerləşdirilmiş, təhkim olunmuş 

əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş  və  əməliy-

yatlararası nəqliyyat vasitələrilə əlaqələndirilən iş yerlərinin məcmu-

sunu əks etdirir. 

 İstehsalın təşkilinin dəstəli üsulu aşağıdakı  əlamətlərlə xa-



rakterizə olunur: 

– emal olunacaq materialın istehsala partiyalarla buraxılması; 

– bir neçə növ materialın eyni zamanda emalı; 

– bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi; 

– ixtisaslaşmış  və aqreqat avadanlıqla yanaşı universal avadan-

lıqdan da geniş istifadə olunması; 

– yüksək ixtisaslı və nisbətən geniş ixtisas profilli kadrlardan is-

tifadə edilməsi; 

– eyni tip avadanlıqlarıın əsasən qrup halında yerləşdirlməsi. 

 

84




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

İstehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsini və ya 

kiçik partiya halında istehsalını  nəzərdə tutur. O, mürəkkəb, unikal 

avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə olunur. 



İstehsalın təşkilinin fərdi üsulunun fərqləndirici xüsusiyyətlə-

ri aşağıdakılardır: 

– istehsalı təkrar olunmayan geniş nomenklatura; 

– yalnız universal avadanlıqlardan istifadə; 

– eyni tipli avadanlıqların qrup şəklində yerləşdirilməsi; 

– iriləşdirilmiş texnologiyaların hazırlanması; 

– yüksək ixtisaslı və həm də geniş ixtisas profilli fəhlələrdən isti-

fadə; 

– icra olunan işin, əsasən, əl əməyi ilə yerinə yetirilməsi; 



– bitməmiş istehsalın və istehsal ehtiyatları həcminin yüksək olma-

sı ilə əlaqədar maddi-texniki təminatın təşkilinin mürəkkəbliyi; 

– istehsal və məhsulun satışı xərclərinin yüksək, dövriyyə fondlarının 

dövretmə sürətinin və avadanlıqlardan istifadə səviyyəsinin aşağı olması. 

İxtisaslaşdırma dərəcəsinə görə universal və ixtisaslaşdırılmış is-

tehsal prosesləri fərqləndirilir. Fərdi və kiçik seriyalı istehsal şəraitin-

də universal proseslər və deməli, universal avadanlıqlar, iri seriyalı 

və kütləvi istehsal şəraitində isə ixtisaslaşdırılmış proseslər və bu-

nunla əlaqədar xüsusiləşmiş və avtomat avadanlıqlar tətbiq edilir. 

 2. İstehsal tsikli və onun tərkibi 

İstehsal tsikli – xammal və materialların istehsal prosesinin ilk 

əməliyyatına daxil olduğu andan hazır məhsulun alınmasına qə-

dər sərf olunan təqvim vaxtını əks etdirir. İstehsal tsiklinin əsasında 

müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin bir sıra vacib texniki-

iqtisadi və iqtisadi göstəriciləri hesablanır.  İstehsal tsiklinə  məhsulun 

hazırlanması üzrə  əməliyyatların yerinə yetirilməsi ilə bağlı  və fasilə-

lələri əhatə edən vaxtlar aiddir. Əməliyyatların yerinə yetirilməsinə sərf 

olunan vaxta texnoloji əməliyyatların, köməkçi və xidmətedici işlərin, 

nəzarət və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan 

və  təbii proseslərin tələb etdiyi vaxtlar daxildir. Məhsulun emalı ilə 

əlaqədar olan əsas əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxt 

texnoloji tsikli əks etdirir və bu, əmək predmetinə insanın birbaşa və 

ya dolayı təsirinin həyata keçirildiyi müddəti özündə əks etdirir.  

 85



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə