Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə27/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   23   24   25   26   27   28   29   30   ...   194

Telman Huseynov 

Beləliklə, məhsulun hazırlanması üzrə istehsal prosesi texnoloji 

(əsas) və köməkçi əməliyyatların və təbii proseslərin məcmusundan 

ibarətdir. 



Əməliyyatların tempi və taktı istehsal prosesinin əsas para-

metrlərindəndir.  Əməliyyatın tempi vaxt vahidi ərzində  əməliy-

yata daxil olan (və ya əməliyyatdan çıxan) detalların sayını, takt 

isə materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı 

vaxtı özündə əks etdirir. 

Məhsulun hazırlanmasındakı roluna görə  də istehsal özü də  əsas, 

köməkçi və xidmətedici istehsal proseslərinə ayrılır. Lakin xammal və 

materialın hazır məhsula çevrilməsi işində onların rolu eyni olmur. 

Əsas (texnoloji) istehsal prosesi emal edilən məmulatın forması-

nın, ölçülərinin və daxili strukturunun dəyişdirilməsi ilə bilavasitə 

əlaqədardır. Əsas istehsal prosesini bəzən texnoloji proses də adlan-

dırırlar və burada elmi cəhətdən heç bir qəbahətə yol verilmir. Tex-

noloji prosesin xarakterini, bir qayda olaraq, istehsalın təşkilati şərt-

ləri – texnoloji ardıcıllığa görə avadanlıqların istehsal meydançala-

rında düzgün quraşdırılması, anbarların təyinatı və onların məkanca 

düzgün yerləşdirilməsi, nəqliyyat marşrutlarının istiqaməti və uzun-

luğu müəyyən edir. Əsas istehsal proseslərinə, məsələn, maşınqayır-

ma müəssisələrində detalların mexaniki (yonma, pardaxlama, cilala-

ma və s.) və termiki (qızdırmaq və s.) emalını, onların (detalların) yı-

ğılmasını (quraşdırılmasını) və s. misal göstərmək olar. 

Köməkçi və xidmətedici istehsal prosesləri məhsulun hazırlan-

masında bilavasitə  iştirak etmirlər, lakin əsas (texnoloji) prosesin 

yerinə yetirilməsinə şəraitin yaradılması onlar tərəfindən həyata ke-

çirilir. Əsas istehsal köməkçi və xidmətedici proseslərsiz keçinə bil-

məzlər. Köməkçi sexlərin istehsal etdikləri məmulatlar  əsas isteh-

salda istifadə olunmaqla son məhsulun istehsalına yardım göstərir-

lər. Köməkçi istehsalın məhsullarına alət,  ştamp, tərtibat, bütün 

enerji növlərini və tara istehsalını misal gətirmək olar. 

 Maşınqayırma müəssisəsində xidmətedici proseslərə nəqletməni, 

hazır məhsulun anbarlaşdırılmasını, müəssisədaxili təchizatı, labora-

toriya sınaqlarını və s. aid etmək olar. Bu proseslər də məhsul isteh-

salında dolayı yolla iştirak edirlər, başqa sözlə əsas istehsala xidmət 

göstərirlər. 

 

80




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

Əgər köməkçi proseslər yalnız  əsas istehsala köməkçi olurlarsa, 

xidmətedici proseslər həm əsas və həm də köməkçi istehsallara xid-

mət göstərirlər; köməkçi proseslər  əsas istehsala «maddi cəhətdən» 

köməklik göstərirlərsə (alət, tərtibat və s. verməklə), xidmət təsərrü-

fatının «xidməti» qeyri-maddidir. Sırf xidmət mahiyyətlidir. 

Maşınqayırma müəssisəsində istehsal prosesinin strukturu 

aşağıdakı kimidir (bax: şəkil.3.1) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

T



əmir se

xi 


İstehsal prosesi 

Əsas istehsal 

Xidmət təsərrüfatı

Köməkçi istehsal

Al

ət sex


En

erji sex



Mo

del



 se

xi

 



Tökm

ə se


xi 

D

əmirçi-pres s



exi 

Me

xani



ki

 emal


 sexi

 

Y



ığ

ma

 se



xi 

N

əq



liyy

at 


An

ba



Dispetçer 

T

əchizat 



 

Şəkil 3.1. Maşınqayırma müəssisəsində istehsal prosesinin quruluşu 

İstehsal prosesləri sadə və mürəkkəb proseslər kimi də fərqləndirilir. 

Sintez və analizə  əsaslanan istehsal prosesləri mürəkkəb hesab 

olunurlar, çünki onlardan hər biri bir neçə sadə istehsallardan ibarət 

olurlar. 

 Sadə istehsal prosesində bir növ xammal və materialdan bir növ 

məhsul, sintetik istehsal prosesində bir neçə növ xammal və mate-

rialdan bir növ məhsul, analizə (tərkib hissələrinə ayırmağa) əsasla-

nan istehsal prosesində bir növ xammal və materialdan bir neçə növ 

məhsul hazırlanır. Sadə istehsal proseslərinə kərpic istehsalını, sin-

tezə (birləşdirməyə)  əsaslanan prosesə çuqun istehsalını, analizə 

əsaslanana isə neft emalını misal göstərmək olar. 

İstehsal prosesləri əmək predmetlərinə edilən təsirə görə mexa-

niki, fiziki, kimyəvi proseslərə bölünürlər. Mexaniki istehsal pro-

 81



Telman Huseynov 

sesləri zamanı  əmək predmetinin forma və ölçüsünün dəyişməsi 

mexaniki güc vasitəsilə, fiziki və kimyəvi proseslər zamanı isə 

əmək predmetinin daxili quruluşundakı  dəyişikliklər isə istiliyin, 

kimyəvi reaksiyaların və elektrik enerjisinin təsirləri altında baş 

verir. 


Fəhlələrin istehsal prosesində  iştirakı miqyasından asılı olaraq 

onlar sırf əl əməyinə əsaslanan, qismən və tam mexanikləşdirilmiş və 

avtomatlaşdırılmış proseslərə ayrılır.  Əl  əməyinə  əsaslanan isteh-

salda işlər maşın və mexanizmlərin köməyi olmadan yerinə yeti-

rilir; qismən mexanikləşdirilmiş istehsallarda ayrı-ayrı  əməliy-

yatlar, xüsusilə əsas istehsal proseslərində əl əməyi maşın və me-

xanizmlərlə  əvəz olunur; tam mexanikləşdirilmiş istehsallarda – 

maşın və mexanizmlərin idarə edilməsi istisna olunmaqla – bü-

tün istehsal əməliyyatlırı qarşılıqlı şəkildə əlaqələndirilmiş maşın 

və mexanizmlər vasitəsilə yerinə yetirilir; avtomatlaşdırılmış is-

tehsallarda isə bütün istehsal prosesinin, o cümlədən maşın və 

mexanizmlərinin idarə edilməsi işçilərin bilavasitə iştirakı olma-

dan, lakin onların nəzarətilə maşınlar tərəfindən yerinə yetirilir. 

Burada maşınları maşınlar idarə edir. 

Vaxtaşırı  təkrarlanmaq baxımından istehsal prosesləri fasiləli və 

fasiləsiz istehsallar kimi də qruplaşdırılır. Fasiləli istehsal prosesləri-

nə maşınqayırma müəssisələrindəki istehsal prosesini, fasiləsiz isteh-

sal prosesinə isə neft emalını misal göstərmək olar.  

İstehsalın təşkili tipinə görə istehsal prosesləri fərdi, seriyalı  və 

kütləvi istehsal proseslərinə bölünürlər.  İstehsal proseslərinin bu və 

ya digər tipə aid olunması  məhsul buraxılışının kütləvilik dərəcəsi 

göstəricisi vasitəsilə müəyyən edilir. 

İstehsalın tipi məhsulun nomenklaturasının genişliyi, buraxılışın 

müntəzəmliyi, stabilliyi və həcmi ilə şərtlənən istehsalın texniki, təş-

kilati və iqtisadi xüsusiyyətləri ilə müəyyən olunur. İstehsalın tipini 



xarakterizə edən  əsas göstərici  əməliyyatların təhkim olunma 

əmsalıdır. Bu göstərici müəyyən vaxt vahidi ərzində yerinə yetiri-

lən və ya yetirilməli olan müxtəlif texnoloji əməliyyatların iş yer-

lərinin sayına nisbəti kimi müəyyən edilir. 

Fərdi istehsal təkrar istehsalı, əsasən, nəzərdə tutulmayan bircinsli 

məmulatların buraxılışının kiçik həcmi ilə xarakterizə olunur. Fərdi 

 

82



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə