Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə29/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   25   26   27   28   29   30   31   32   ...   194

Telman Huseynov 

İstehsal tsiklinə nəqletmə və nəzarət işinə sərf olunan vaxtlar da 

daxildir. Müəssisədaxili nəqletmə vaxtını əmək predmetlərinin yeri-

nin dəyişdirilməsinə və bununla əlaqədar olan yükləmə-boşaltma əmə-

liyyatlarına sərf olunan vaxtları əhatə edir. Nəzarət işinə sərf olunan 

vaxt buraxılan məhsulların standartlara, texniki şərtlərə  və fabrik-za-

vod normativlərinə uyğunluğunun yoxlanması ilə əlaqədardır. 

İstehsal prosesindəki fasilələr müəssisədə müəyyən edilmiş iş reji-

mi ilə əlaqədar və təşkilati-texniki səbəblərlə şərtlənən boşdayanmalar 

nəticəsində yaranır. Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqə-



dar fasilələrə qeyri-iş günləri və növbələri, növbələrarası və nahar 

fasilələri, işçilərin istirahəti ilə əlaqədar növbədaxili reqlamentləş-

dirilmiş fasilələr və s. aiddirlər. Təşkilati-texniki səbəblərlə şərtlənən 

fasilələrə isə müxtəlif iş yerlərində iş ritmlərinin fərqli olması, xammal 

və materialların, enerjinin və s.-nin olmaması ilə  əlaqədar boşdayan-

malar daxil edilir. Qeyd etmək lazımdır ki, istehsal tsiklinə müxtəlif 

səbəbdən baş verən boşdayanmalar deyil, müəssisədə müəyyən edil-

miş iş rejimi ilə əlaqədar fasilələr aid olunur.  

Əvvəllər qeyd olunduğu kimi, istehsal tsikli xammal və material-

ların əsas istehsala buraxılmasından hazır məhsulun alınmasına qədər 

istehsalda qaldığı təqvim iş vaxtını (T

i.t


) əhatə edir və aşağıdakı kimi 

hesablanır: 

T

i.t


 = 

ΣT

tex



 + 

ΣT

təb



 + 

ΣT

n



 + 

ΣT

nəq



 + 

ΣT

əa



 + 

ΣT

na



 

Burada, 


ΣT

tex


ΣT

təb



ΣT

n



ΣT

nəq



 – müvafiq olaraq texnoloji, təbii, 

nəzarət və  nəqletmə  əməliyyatlarının yerinə ye-

tirilməsinə sərf olunan vaxtlardır; 

ΣT

əa 



– əməliyyatlararası fasilə vaxtı; 

ΣT

na



 – növbələrarası fasilə vaxtı.  

İstehsal tsiklinin ayrı-ayrı vaxt ünsürlərinin onun ümumi uzun-

luğunda xüsusi çəkisi istehsal tsiklinin strukturunu əmələ gətirir. 

Müxtəlif məhsulların istehsal tsikli müxtəlif olur. Məsələn, fasiləsiz 

istehsalda istehsal tsiklinin tərkibində fasilələr olmur, fasiləli isteh-

salların əksəriyyətində isə (məsələn, maşınqayırma sənayesində) təbii 

proseslərin xüsusi çəkisi ya çox az olur, ya da heç olmur. Eyni za-

manda müxtəlif müəssisələrdə istehsalın texniki və təşkilati səviyyə-

sindən, məhsulun xarakterindən, texnologiyanın xüsusiyyətindən, is-

 

86




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

tehsalın tipindən, istehsal prosesində əmək predmetlərinin hərəkət et-

dirilmə üsulundan asılı olaraq istehsal tsiklinin uzunluğu və onun 

vaxta görə strukturu fərqli olur. İstehsal tsiklinin tərkibində texnoloji 

proseslərin  ən yüksək çəkiyə malik olduğu hallarda onun (istehsal 

tsiklinin) strukturu səmərəli hesab edilir.  



İstehsal tsiklinin uzunluğu göstəricisindən müəssisənin, sexin 

və istehsal sahəsinin istehsal proqramını müəyyən edərkən, bit-

məmiş istehsalın həcmini hesablayarkən, dövriyyə fondlarının 

kəmiyyəti planlaşdırılarkən istifadə olunur. 

İstehsal tsiklinin uzunluğuna texnoloji, təşkilati və iqtisadi amil-

lər təsir göstərir. Texnoloji proseslərin mürəkkəbliyi və əməyin tex-

niki silahlanma səviyyəsi məhsulun emalı vaxtını müəyyən edir. 

Əmək predmetlərinin emal prosesində hərəkətinin təşkilati amilləri 

iş yerlərinin, əməyin özünün və əmək haqqının təşkili ilə əlaqədar-

dır. Təşkilati şərtlər isə əsasən köməkçi əməliyyatların, xidmətedici 

proseslərin yerinə yetirilməsi və istehsalın gedişatında yaranan fasi-

lələrin müddətinə təsir göstərir. İqtisadi amillər istehsal prosesləri-

nin mexanikləşdirmə  və texniki cəhətdən silahlanması  səviyyəsini, 

fəhlə üçün istehsal, məhsul vahidinə vaxt və habelə bitməmiş isteh-

sal normalarının hesablanmasına imkan yaradır.  



İstehsal prosesləri nə  qədər sürətlə baş verirsə, yəni istehsal 

tsikli nə  qədər qısadırsa, dövriyyə fondlarının dövretmə sürəti 

bir o qədər yüksək olur. Nəticədə, müəyyən həcmdə dövriyyə fon-

du təsərrüfat dövriyyəsindən azad olur ki, bu da müəssisədə istehsa-

lın genişləndirliməsi üçün istifadə edilə  və eyni zamanda bitməmiş 

istehsalın həcmi azala bilər. 

Qeyd etmək lazımdır ki, istehsal prosesinin səmərəli təşkili üçün 

bitməmiş istehsalın (zadelin) həcminin hesablanması da çox vacibdir 

(zadel – natural ifadədə emalı başa çatdırılmamış, bitirilməmiş «məh-

suldur»).  Yaranma xarakterinə  və  təyinatına görə normal, döv-



riyyə və sığorta zadelləri biri-birindən fərqlənirlər. 

Normal zadel istehsal prosesinin fasiləsiz gedişini təmin etmək 

məqsədilə yaradılır və bu, iş yerləri ilə müəssisədaxili nəqliyyat vasi-

tələrindəki əmək predmetlərinin cəminə bərabər olur. Normal zadelin 

həcmi (Bİ

n

) axınlı istehsal üçün aşağıdakı düsturun köməyi ilə hesab-



lanır: 

 87



Telman Huseynov 



= (ƏP x İş

s

 ) + ƏP



n

 + ƏP


ng

 

Burada, ƏP – bir iş yerində mövcud olan zadellərin miqdarı; 



İş

s

 – iş yerlərinin sayı; 



ƏP

n

 – sexdaxili və sexlərarası nəqliyyat vasitələrinə yük-



lənmiş zadellərin miqdarı; 

ƏP

ng



 – nəqliyyatı (nəqletməni) gözləyən əmək predmet-

lərinin miqdarı. 

Dəstəli istehsalda isə zadelin həcmi (Bİ

n

) hesablanarkən aşağıda-



kı düsturdan sitifadə edilir: 

n



 = ƏP

os 


× T

i.t


 

Burada, ƏP

os

 – zadellərə orta günlük tələbat; 



              T

i.t 


– istehsal tsiklinin uzunluğu. 

Dövriyyə zadeli (Bİ

d

) ayrı-ayrı  iş yerlərinin, istehsal sahələrinin 



əlaqəsizliyi zamanı, yəni bir iş yerində əməliyyata sərf olunan vaxtın 

başqasına nisbətən fərqləndiyi halda yaradılır. Onun həcmi aşağıdakı 

düsturla müəyyən edilir: 

d



 = (ƏM

maks


 – ƏM

min


× T


birg

 

Burada,  ƏM



maks

,  ƏM


min 

– müvafiq olaraq daha çox və daha az 

məhsul buraxmaq qabliyyəti olan iş yerlərində 

orta saatlıq məhsuldarlıq; 

T

birg


 – iki əlaqəli iş yerinin birgə, üst-üstə düşən (sinx-

ron) fəaliyyət vaxtı. 

Sığorta zadeli ayrı-ayrı iş yerlərində əvvəlcədən nəzərdə tutulmamış 

boşdayanmalar yarandığı və zay məhsulların buraxıldığı təqdirdə – is-

tehsal prosesinin normal gedişini təmin etmək məqsədilə – yaradılır. 

Sığorta zadelinin plan norması keçmiş dövrlərin faktiki məlumatları 

əsasında istehsalda baş vermiş boşdayanmaların aradan qaldırılması-

na yönəldilmiş tədbirləri nəzərə almaqla müəyyən edilir. 

Fərdi istehsalda ayrı-ayrı detallar üzrə zadellər müəyyən olunmur, 

çünki onun yaradılması texniki-təşkilati baxımdan zəruri deyil. Lakin 

bununla yanaşı emal olunacaq materialın istehsala buraxılması qrafi-

kinə və istehsal tsklinin uzunluğuna görə bitməmiş istehsalın ümumi 

həcmi müəyyən olunur. 

 

88




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə