Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə37/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   33   34   35   36   37   38   39   40   ...   194

Telman Huseynov 

Lakin bazar iqtisadiyyatı  şəraitində bunların sərbəstləşdirilməsi daha 

məqsədəuyğundur. Çünki bu halda rəqabət üçün geniş meydan yaranır. 

2.Üfiqi əlaqələr. Bu, son hazır məhsulun istehsalı ilə məşğul olan 

müxtəlif ölçülü müstəqil müəssisələr arasında yaranır. Belə əlaqələrə 

daxil olmaqda hər bir müəssisə sərbəstdir və bu, həmin müəssisələrin 

təsərrüfat müstəqilliklərinə ciddi ziyan gətirmir. Belə  əlaqələr, adə-

tən, bu və ya digər istiqamətdə həmin qrup müəssisələr üçün daha əl-

verişli xarici iqtisadi münasibətlər mühiti yaratmaq üçün qurulur. 

Məsələn, sərbəst müəssisələr birləşib bank, elmi-tədqiqat institutu, 

informasiya-xidmət təşkilatları, sınaq-təcrübə laboratoriyaları, müş-

tərək tələblərə xidmət edən istehsal firmaları  və sahibkarlığın digər 

təşkilati-iqtisadi formalarını yarada bilirlər. 

Sənaye sahələrinin bu cür qruplaşdırılmasının və ayrı-ayrı sahələr-

də müxtəlif ölçülü müəssisələr arasında əlaqə formalarının müəyyən-

ləşdirilməsinin, kiçik müəssisələrin yaranması  və inkişafı perspektiv-

ləri baxımından müstəsna  əhəmiyyəti vardır. Lakin iri, orta və kiçik 

firma və müəssisələrin təsərrüfat fəaliyyətlərinin səmərəli uzlaşdırıl-

ması problemi həmin müəssisələr arasında mütərəqqi əlaqə formaları-

nın seçilməsi ilə öz-özünə həll olunmur. Düzgün əlaqə formalarının 

seçilməsi məsələnin yalnız bir tərəfidir. Müxtəlif ölçülü müəssisələ-

rin səmərəli (perspektivdə isə optimal) uzlaşdırılması probleminin 

daha mühüm və fundamental tərəfi isə iqtisadi inkişafın müasir və 

perspektiv tələblərinə cavab verən mütərəqqi sahə (habelə sənaye, 

ərazi) quruluşunun formalaşdırılmasıdır. 

Bazar iqtisadiyyatı sisteminə keçmiş ölkələrdə istehsalın təmərküz-

ləşdirilməsi prosesi (xüsusilə, aqreqat forması üzrə) ilə yanaşı onun di-

versifikasiyası, başqa sözlə, kiçik müəssisələrin və istehsalların yaran-

ması prosesi də baş verir. Lakin iri müəssisələrin kiçik müəssisələrlə 

mövcudluğu «autsayder»lər üçün nəinki təhlükəlidir,  əksinə, hətta 

faydalıdır. Buna səbəb həmin ölkələrdə fəaliyyət göstərən lizinq şir-

kətləri kiçik müəssisələr üçün bir növ "mühafizəçi" kimi çıxış etmə-

ləridir. Onlar lizinqin köməyilə, yəni maşın, avadanlıq, nəqliyyat va-

sitələri, istehsal qurğuları və s.-ni icarəyə verməklə bunların istehsal-

çıları ilə istehlakçıları – kiçik müəssisələr arasında vasitəçilik edirlər. 

Lizinq icarədarlığın xüsusi növüdür, adi icarədarlıqdan onu fərq-

ləndlirən budur ki, lizinq alan, adi icarədardan fərqli olaraq, aylıq 

 110



Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

icarə haqqı deyil, texnikanın amortizasiya ayırmalarının tam məblə-

ğini ödəyir və elə bu səbəbdən də onun istismarına qayğı ilə yanaşır. 

Lizinqi adi icarədarlıqdan fərqləndirən başqa bir cəhət də odur 

ki, icarə müddəti qurtardıqdan sonra – tərəflərin razılığı ilə – icarəçi 

həmin istehsal-texniki təyinatlı əmlakı, daha dəqiq desək, əmək vasi-

tələrini ala bilər. Bununla da, iqtisadi gücü o qədər də çox olmayan 

kiçik müəssisələr üçün belə alqı-satqı sövdələşməsi daha sərfəlidir. 

Bütün bunlara onu da əlavə etmək lazımdır ki, ümumiyyətlə, lizinq 

şirkətləri kiçik və orta ölçülü müəssisələrin iqtisadi təhlükəsizliyinin 

təminatçısı olmaqla yanaşı, icarəyə verdikləri  əmək vasitələri üzrə 

elmi-texniki tərəqqinin daşıyıcısı rolunu da oynayırlar. 

İri və kiçik müəssisələrin icarə münasibətləri – lizinq və françayzinq – 

haqqında daha geniş məlumat XVI fəslin sonunda veriləcəkdir. 

Nəhayət, müəssisələrin optimal ölçüsü də istehsalın təmərküzləş-

məsi həddi qədər dəqiq hesablamalara əsasən müəyyən olunmalıdır. 

Problemin hər iki tərəfi, həm təmərküzləşmənin yuxarı sərhədinin və 

həm də müəssisənin optimal ölçüsünün düzgün tapılması, nəticə eti-

barilə, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə müsbət 

planda təsir göstərə bilərlər. 



4. İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi 

İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi öz əksini fir-

ma və ya müəssisənin ölçülərinin artması nəticəsində istehsalın texniki-

iqtisadi göstəricilərinin yaxşılaşmasında tapır. Təmərküzləşmənin 

səmərəliliyinin  əsas göstəricilərinə  əmək məhsuldarlığının səviyyə-

sinin yüksəlməsini, məhsul vahidinin maya dəyərinin aşağı düşməsini, 

fondveriminin artmasını səciyyələndirən göstəricilər aiddir. 

Böyük həcmdə istehsal güclərinin, material və əmək resurslarının bir 

müəssisədə toplanması, başqa sözlə, təmərküzləşdirmə, istehsalın bütün 

ünsürlərindən səmərəli istifadə olunmasına  şərait yaradır;  əmək məh-

suldarlığı yüksəlir, maya dəyəri aşağı düşür, fondverimi artır və nəticə 

etibarilə, həmin müəssisədə istehsalın səmərəliliyi təmin edilmiş olur. 



İri müəssisələr səmərəlilik baxımından bir çox üstünlüklərə 

malik olur ki, bunları şərtləndirən amillər aşağıdakılardır: 

1.

 



 İri müəssisələrdə daha güclü və  məhsuldarlığı yüksək olan ava-

danlıqlar tətbiq etmək mümkündür. Avadanlığın fərdi gücünün artırıl-

 111



Telman Huseynov 

ması həmişə texnoloji proseslərin intensivləşdirilməsi ilə müşayiət olu-

nur, çünki avadanlığın çəkisi və qabariti onun gücünə nisbətən az artır 

(«gücdə tərəqqi – çəkidə  tənəzzül!»). Bu baxımdan,  daha güclü ava-



danlığın güc vahidi nisbətən ucuz başa gəlir. Digər tərəfdən, avadan-

lıqların güclərinin artırılması binalara əlavə ehtiyacı azaldır, istehsal sa-

həsindən istifadə səmərəliliyini artırır və nəticədə kapital qoyuluşlarına 

qənaətə səbəb olur. Bir qayda olaraq, avadanlığın fərdi gücü artırılarkən 

xidmətedici heyətin sayı  dəyişməz qalır və ya cüzi artır, bu da əmək 

məhsuldarlığının artmasına səbəb olur. Beləliklə, qeyd edilənlər nəticə-

sində güc vahidinə düşən məhsul istehsalının həcmi artır, avadanlığın 

dəyərinə nisbətən istehsal edilən məhsulun dəyəri çox olur.  

2.İri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili formala-

rına keçmək daha asan olur. İri istehsallarda məhsul buraxılışının küt-

ləvilik səviyyəsi yüksək olduğundan, burada ixtisaslaşmış (xüsusi) 

avadanlıqların, axın xətlərinin tətbiqinə, avtomatlaşdırma və komp-

leks mexanikləşdirmə  işinin həyata keçirilməsinə  şərait yaranır; 

müəssisənin bütün texniki-iqtisadi və iqtisadi göstəriciləri yaxşılaşır. 

3.

 

İstehsalın həcmcə artımına nisbətən qeyri-mütənasib artan xərclər – 



binaların qızdırılması və işıqlandırılmasına enerji sərfi, inzibati-idarə he-

yətinin əmək haqqı və s. azaldığından iri istehsalda hazırlanan məhsulun 

maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur.  

4.Təmərküzləşmə səviyyəsi yüksək olan istehsallarda xammal və 

materiallardan, yanacaqdan qənaətlə istifadə üçün yeni, daha mü-

kəmməl texnika, mütərəqqi texnoloji istehsal üsulunun tətbiqinə  əl-

verişli şərait yaranır. İri istehsallarda tullantıların köməyilə, müəssi-

sənin profilinə uyğun olmasa da, başqa məhsulların istehsalının təş-

kilinə geniş imkanlar açılır. 

5.

 



İri istehsallarda elmi-tədqiqat və  sınaq laboratoriyaları, güclü 

konstruktor büroları yaratmaq mümkün olur ki, bunlar da öz növbəsində 

elmi-texniki tərəqqinin inkişafına əsas yaradır və istehsal ünsürlərindən 

daha səmərəli istifadə üçün elmi tövsiyələr hazırlamaq mümkün olur. 

Qeyd etmək lazımdır ki, təmərküzləşmənin iqtisadi üstünlükləri 

aqreqat təmərküzləşmə forması üçün daha səciyyəvidir. 

İstehsalın ekstensiv yolla təmərküzləşdirilməsi zamanı istehsal 

meydançalarının genişləndirilməsi – əlavə sexlərin tikilməsi, müəs-

sisədaxili nəqliyyat xərcləri, binaların qızdırılması, işıqlandırılması, 

 112



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə