Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə38/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   34   35   36   37   38   39   40   41   ...   194

Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

ventilyasiyaların quraşdırılması və s. üçün əlavə xərclərə ehtiyac ya-

radır. Nəticədə təmərküzləşmənin verdiyi səmərə xərclərin çoxalması 

səbəbindən istehsalın səmərəlilik səviyyəsinə ciddi təsir göstərə bil-

mir. Məhz bu səbəbdən də istehsalın ekstensiv yolla təmərküzləşdi-

rilməsi müəyyən həddə qədər aparılmalıdır. 

Qeyd etmək lazımdır ki, təmərküzləşdirmənin səviyyəsinin art-

masını, yəni müəssisədə istehsalın miqyasını  məhdudlaşdıran  əsas 

amil idarəetmə ilə  əlaqədarlır.  İri istehsalı kiçik istehsala nisbətən 

idarə etmək çətindir.  İri istehsalçıya çevrilmiş firmanın fəaliyyətinə 

səmərəli nəzarətin və koordinasiyanın həyata keçirilməsi prosesində 

əmələ gələn müəyyən çətinliklər miqyasdan "mənfi effektin" yaran-

masına səbəb olur. Çünki istehsalın miqyası artdıqca,  əldə olunan 

əlavə səmərə azalmağa başlayır, idarəetmə isə çətinləşir. Nəticədə is-

tehsalın müəyyən miqyasında miqyasdan əldə olunan səmərə idarəet-

mədəki çətinliklərlə əlaqədar yaranan itkilərə bərabər olur. İstehsalın 

belə səviyyəsi optimal səviyyə hesab edilir. Elmi-texniki tərəqqi həm 

istehsalın miqyasının artmasından  əldə olunan səmərəni çoxaldır, 

həm də idaəetməni asanlaşdırır. Nəticədə, istehsalın optimal ölçüsü 

artır və təmərküzləşmənin iqtisadi səmərəliliyi də yüksəlir.  

 

 

 



F İ K İ R L Ə Ş İ N 

 

1. Əmək bölgüsü və onun növləri; 

2. Təmərküzləşmənin mahiyyətini izah edin

3. Təmərküzləşmənin hansı formaları vardır? 

4. Təmərküzləşmə və istehsalın ictimai təşkilinin digər formalar ilə 

onun əlaqəni izah edin. 

5.

 

 İstehsalın təmərküzləşmə səviyyəsini xarakterizə edən göstəricilər 



hansılardır? 

6.

 



 Firmanın (müəssisənin) optimal ölçüsünün mahiyyətini izah edin. 

7. Müəssisənin optimal ölçüsünə hansı amillər təsir göstərir? 

8. Müəssisənin optimal ölçüsünə görə sənaye sahələri neçə qrupa 

bölünür? 

9. Təmərküzləşmənin iqtisadi əhəmiyyətini izah edin. 

 113



 

 

 

 

 

 

 

Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma  

1. İxtisaslaşdırmanın mahiyyəti və formaları. 

2. Kooperasiyalaşmanın mahiyyəti və formaları.  

3. İxtisaslaşdırma və kooperasiyalaşmanın səviyyəsini müəyyən 

edən  göstəricilər  

4. İxtisaslaşdırma və kooperasiyalaşmanın iqtisadi səmərəliliyi 



1.İxtisaslaşdırmanın mahiyyəti və formaları 

Məhsuldar qüvvələrin inkişafında əmək bölgüsü nəticəsində böyük 

tərəqqi baş vermişdir.  Əmək bölgüsü əmək fəaliyyətinin ixtisaslaş-

ması ilə əlaqədar olub, onun növlərə ayrılması, lakin birgə, möv-

cud qarşılıqlı  əlaqə  və asılılıqda qalması ilə  nəticələnən ictimai-

iqtisadi prosesdir. İngilis iqtisadçısı Adam Smit insanın mübadilə-

yə, ticarətə meylliliyinin nəticəsində əmək bölgüsünün əmələ gəldi-

yini göstərirdi. Mübadilə etmək imkanı  əmək bölgüsünün dərinləş-

məsinə səbəb olduğundan, onun (əmək bölgüsünün) səviyyəsi müba-

dilə imkanlarının hədləri ilə, yəni bazarın həcmi ilə məhdudlaşır.  

Əmək bölgüsü texniki və ictimai əmək bölgüsü kimi 2 qrupa bö-

lünür. İctimai və texniki əmək bölgülərinin birlikdə baş verməsi pe-

şələr üzrə əmək bölgüsünün əsasını təşkil etmişdir. 

Texniki  əmək bölgüsü – müəssisə miqyasında istifadə olunan insan 

əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksi-

ya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır. 

İctimai əmək bölgüsünün özünün 3 forması biri-birindən fərqləndirilir: 



 ümumi əmək bölgüsü iqtisadiyyatın iri sahələrə – sənaye, kənd 

təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsində təzahür edir; 



– xüsusi əmək bölgüsü özünü sənayenin, kənd təsərrüfatının və 

başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) 

əmələ gəlməsində tgöstərir; 

 114



Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma  

– fərdi əmək bölgüsü bilavasitə müəssisə miqyasında baş verdi-

yindən onu istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələ-

rinə – sex və istehsal sahələrinə ayırmışdır. 

Beləliklə, əmək bölgüsünün inkişafı və dərinləşməsi bir neçə sə-

viyyədə – ölkə, sahə, müəssisə və müəssisə daxilində baş verə bilər. 

Sahə üzrə ixtisaslaşma – ictimai və ya şəxsi tələbatı ödəmək 

üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun 

dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sa-

hənin uyğunlaşdırılması, daha doğrusu təhkim olunması deməkdir. 



Müəssisə miqyasında ixtisaslaşdırma isə – özünün konstruktiv 

quruluşuna, hazırlanma texnologiyasına görə analoq təşkil edən, tət-

biq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrarlanan məhsul 

istehsalının bir müəssisədə təmərküzləşməsidir. Belə ixtisaslaşma şə-

raitində istehsal prosesinin səmərəli və yüksək məhsuldarlıqlı texnika 

ilə təmin olunması, istehsalın təşkilinin mütərəqqi metodlarından isti-

fadə edilməsi imkanları yaranır və kadrların peşə  tərkibindən daha 

səmərəli istifadə olunması təmin edilir.  



Müəssisədaxili ixtisaslaşdırma müəyyən texnoloji əməliyyat-

ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri 

arasında bölüşdürülərək cəmləşdirilməsidir. 

Beynəlxalq ixtisaslaşdırma isə iqtisadi əməkdaşlıq birliklərinə 

daxil olan ölkələr arasında baş verir. Lakin beynəlxalq ixtisaslaşmanı 

müəyyən edən amil ölkələrdən hər birinin özünün ölkədaxili ixtisas-

laşmasıdır ki, bunun da əsas səbəbi ölkənin malik olduğu mütləq və 

müqayisəli üstünlüklərdir. 



İstehsalın ixtisaslaşması bir çox hallarda ölkənin ərazilərində 

də baş verir; buna misal olaraq sənaye mərkəzləri, iqtisadi regionları 

və sənaye rayonlarını göstərmək olar. 



Müəssisələr üzrə istehsalın ixtisaslaşdırılmasının  əşya, hissə 

və texnoloji ixtisaslaşma formaları vardır. 

İxtisaslaşdırmanın əşya forması bilavasitə istehlakçıya çatan hazır 

məhsul istehsalının bu və ya digər bir müəssisədə  cəmləşdirilməsi 

deməkdir. Əşya üzrə ixtisaslaşdırmaya avtomobil, dəzgah, soyuducu, 

mebel istehsal edən firma və müəssisələri misal gətirmək olar. 

Hissələr üzrə ixtisaslaşdırma forması sonradan istehsalda istifadə 

edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı 

 115



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə