Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə41/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   37   38   39   40   41   42   43   44   ...   194

Telman Huseynov 

müəssisə və sexləri tərəfindən buraxılan məhsulların istehsalın ümu-

mi həcmində xüsusi çəkisi. Bu göstərici hissələr üzrə və texnoloji ix-

tisaslaşdırmanın inkişaf səviyyəsini səciyyələndirir və ayrı-ayrı sahə-

lər, yaxud sahələr qrupu üzrə hesablanır; 

– sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texno-

loji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı, növləri və tipləri. 

Bu göstərici müəssisə  tərəfindən buraxılan məmulatların nomenkla-

turası və ya çeşidinin genişliyini səciyyələndirir. Məhsulun nomenk-

laturası  nə  qədər məhdud olarsa, istehsalın yekcinslik dərəcəsi və 

müəssisənin ixtisaslaşma səviyyəsi bir o qədər yüksək olar. 

Müəssisədaxili ixtisaslaşma səviyyəsi aşağıdakı göstəricilər vasi-

təsilə öyrənilir və təhlil edilir: 

a) ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi

b) bir iş yerinə düşən hissə-əməliyyatların sayı; 

c) əməliyyatların təhkimolunma əmsalı. 

Sonuncu göstərici – təhkimolunma əmsalı (Ə

t.ə


) – aşağıdakı düs-

turun köməyi ilə müəyyən edilir. 

Ə

t.ə 


n

∑P



 

Burada, 


ΣP – sex və ya istehsal sahəsində ay ərzində yerinə 

yetirilmiş istehsal işinin həcmi; istehsal işi – bir iş 

yerində eyni fəhlə  tərəfindən fasiləsiz icra olunan 

bir və ya bir neçə texnoloji əməliyyatdır. 

n – birnövbəli iş rejimində işə çıxmış fəhlələrin və ya 

iş yerlərinin sayıdır. 

İkinci və üçüncü göstəricilər («b» və «c») iş yerlərinin eyni texno-

loji  əməliyyatlarla yüklənməsi səviyyəsini, yəni ixtisaslaşmasını xa-

rakterizə edir. 

Müəssisənin ixtisaslaşma səviyyəsini daha tam xarakterizə etmək 

üçün istehsalın texniki və təşkilati səviyyəsini əks etdirən əlavə göstə-

ricilərdən də istifadə edilə bilər. Bu göstəricilərə  aşağıdakılar aiddir: 

hazırlanan məhsulun seriyalılığı  və kütləvilik səviyyəsi; buraxılan 

məhsulda standartlaşdırılmış, normallaşdırılmış və eyniləşdirilmiş his-

sə, qovşaq və ya aqreqatların xüsusi çəkisi; ümumi avadanlıqlar par-

kında avtomat və xüsusi avadanlıqların payı və s. 

 122



Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma  

Kooperasiyalaşma səviyyəsini təhlil etmək üçün elə göstəricilər 

tətbiq edirlər ki, onlar həm ixtisaslaşdırmanın inkişafını və həm də 

dərinləşməsini səciyyələndirir. Bu göstəricilərə aşağıdakılar daxildir: 

a) kooperasiyalaşma əmsalı, yaxud sahənin və müəssisənin buraxdı-

ğı ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənardan alınan ya-

rımfabrikatların və dəstləşdirici məmulatların xüsusi çəkisi; 

b) baş müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin 

sayı, o cümlədən rayondaxili və ondan kənar müəssisələrin sayı; 

c) məhsul vahidinin maya dəyərində "satın alınmış yarımfabrikat 

və məmulatlar'' adlı xərc maddəsinin xüsusi çəkisi; 

e) bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası koope-

rativləşmənin nisbəti və s. 



4. İxtisaslaşdırma və kooperasiyalaşmanın iqtisadi səmərəliliyi 

İstehsalın ixtisaslaşdırılması onun ölçüsünün optimal səviyyəyə qə-

dər artırılmasına şərait yaradır ki, bu da öz növbəsində istehsala yük-

sək məhsuldarlıqlı texnika və texnologiya tətbiq etməyə, kadrların ixti-

sasını artırmağa, təchizatçı və istehlakçılarla sabit əlaqələr yaratmağa

müəssisənin təşkilati və istehsal strukturunu təkmilləşdirməyə  və s. 

imkan verir. Beləliklə, istehsalın ixtisaslaşdırılması əsasında səmərəli-

liyinin artırılması sahə və müəssisədə həyata keçirilən təşkilati, texniki 

və iqtisadi tədbirlərlə əlaqədardır. Bu baxımdan ixtisaslaşma və koope-

rasiyalaşdırmanın maksimal iqtisadi səmərəni təmin edən optimal va-

riantının əsaslandırılması böyük əhəmiyyət kəsb edir. 

İstehsalın ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin  əsas 

göstəricilərinə: məhsul istehsalına, cari məsrəflərə və onun isteh-

lakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə  qənaət; 

əsaslı vəsait qoyuluşlarına qənaət və onların ödəmə müddəti; is-

tehsalın ixtisaslaşdırılmasından  əldə edilən illik iqtisadi səmərə 

və s. aiddir. 

İxtisaslaşdırma nəticəsində gözlənilən cari qənaət (Q

ix

) aşağıdakı 



düsturla müəyyən edilir: 

Q

ix



= [(M

1

 +X



n1

 ) – (M


2

+X

n2



)]

×B

1



 

Burada, M

1

 və M


2

 – ixtisaslaşdırma keçirilənədək və keçiriləndən 

sonra məhsul vahidinin maya dəyəri, manatla; 

 123



Telman Huseynov 

 X

n



1

və X


n

2

 



– ixtisaslaşdırma keçirilinədək və keçirildikdən 

sonra nəqliyyat xərcləri, manatla; 

 B

1

 – ixtisaslaşdırma keçirildikdən sonra məhsul 



istehsalının illik həcmi. 

Kooperasiya  əlaqələrindən  əldə edilən qənaəti müəyyən edərkən 

nəzərə almaq lazımdır ki, kooperasiya nəticəsində məhsul göndərmə-

lərdə olan dəyişikliklərdən əldə edilən qənaət, yaxud zərər nəqliyyat-

tədarük xərclərinin dəyişməsindən və kooperasiya yolu ilə alınmış 

məhsulun qiymətindəki fərqdən əmələ gəlir. Kooperasiya əlaqələrin-

dən əldə edilən qənaət bu düsturla müəyyən edilir: 

Q

k



= [M – (Q

iy

 +X



nx

)]

×B 



Burada, Q

k

 – kooperasiya əlaqələrindən əldə edilən qənaət, manatla; 



M – müəssisədə məmulatın (hissə, qovşaq, yarımfabrikatın 

və s.) tam zavod maya dəyəridir; 

Q

iy 


– həmin məmulatın ixtisaslaşdırılmış müəssisədən 

daxil olacaq  topdansatış qiymətidir; 

X

nx

 – məmulat vahidinə düşən nəqliyyt-tədarük xərcləridir; 



B – planlaşdırılan ildə kooperasiya yolu ilə ilk dəfə 

alınan məmulatın miqdarıdır. 

Əgər müəssisə kənardan gətirdiyi məhsulun istehsalını özündə təşkil 

edərsə, bu tədbirin maya dəyərinə təsiri (Q

km

) aşağıdakı kimi hesablanır. 



Q

km

 = [Q



kq

 – M


1

) + X


nx

]

×B



Burada, Q

kq

 – kooperasiya yolu ilə alınan məmulatın topdansatış 



qiymətidir; 

 M

1



 – istehlakçı müəssisədə məmulatın istehsal maya də-

yəridir; 

 B



– planlaşdırılan ildə kooperativləşmə yolu ilə göndə-



rilməsi dayandırılan məmulatın miqdarıdır. 

İqtisadi səmərəliliyin hesablanması, əlavə əsaslı vəsait qoyuluşları-

nın kəmiyyəti ilə ixtisaslaşdırmanın optimal variantının həyata keçiril-

məsindən əldə edilən qənaət arasındakı nisbətdən ibarət olan, ixtisaslaş-

dırma üzrə tədbirlərin həyata keçirilməsinə çəkilən məsrəflərin ödənmə 

müddətini və bu məsrəflərin iqtisadi səmərəliliyini müəyyən etməklə 

başa çatdırılır. 

 124



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə