Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə44/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   40   41   42   43   44   45   46   47   ...   194

Fəsil 6. Firmada kombinələşdirmə  

liyyatları icra edən avadanlıqlar «kombayn»larla əvəz olunurlar. Bütün 

bunlar isə, şübhəsizki elektrikləşdirməsiz qeyri-mümkündür. 

Xammalın kompleks emalına əsaslanan kombinələşdirilmiş isteh-

sallar yalnız o vaxt mümkündür ki, texnoloji mərhələnin hər biri üçün 

mükəmməl texniki işləmələr mövcud olsun və onların tətbiqi texniki 

cəhətdən heç bir çətinlik törətməsin. Yaxud, əgər yaranmış tullantıla-

rın utilləşdirilməsi (faydalı edilməsi) üçün müvafiq texnologiya möv-

cuddursa, onda həmin kombinatda emal edilən xammal – əgər həmin 

istehsalda təşkilati itkilərə yol verilmirsə – son faydalı komponentinə 

qədər emal oluna bilir. Belə halda, istehsala daxil olan xammal öz 

çəkisinə görə istehsaldan çıxan hazır məhsulun çəkisinə bərabər 

ola bilər.

 Deməli, müəssisənin kombinələşdirilmiş müəssisə olması, 

istifadə edilən xammalın tam dərinliyinə qədər emal olunması üçün 

əsas şərt elmi-texniki nailiyyətlərin həmin istehsalın bütün mərhələ-

lərini əhatə edə bilməsidir. 

3. Müxtəlif sənaye sahələrində kombinələşdirmənin xüsusiyyətləri 

 Kombinələşmə və bunun əsasında kombinatların yaradılması sə-

nayenin bir sıra sahələrində geniş vüsət almışdır. Belə sənaye sahələ-

rindən, artıq qeyd olunduğu kimi, metallurgiya, kimya, yeyinti və 

ağac emalı sənaye sahələrini göstərmək olar.  

Kombinələşdirmə  sənayenin  ən böyük sahələrindən olan hasil-

edici sənayedə, daha dəqiq desək, hasiledici sənayeyə daxil olan sa-

hələr arasında mümkün deyildir. Çünki kombinələşmənin həlledici 

şərti olan müxtəlif sənaye sahələrinin birgə səyi ilə «xammalın ardı-

cıl emalı» şərti pozulur – «hasiledici» anlayışı ilə «xammalın ardıcıl 

emalı» anlayışları bir-birini inkar edir, «emaledici» və «hasiledici» 

sənayelər arasındakı prinsipial texniki-texnoloji fərqlər silinir; hasil-

edici sənaye firması eyni zamanda emaledici firma ola bilməz . 

Doğrudur, hasiledici sənaye sahələrindən olan dağ-mədən səna-

yesində, məsələn, filiz zənginləşdirmə kombinatları  fəaliyyət göstə-

rir. Lakin burada, ümumiyyətlə, xammalın emalından söhbət gedə 

bilməz, o, filizi emal etmir, emal üçün hazırlayır; mexaniki qarışıq-

lardan azad etməklə zənginləşdirir.  

Hasiledici və emaledici sənaye sahələri arasında kombinələşməyə 

gəlincə, göstərmək lazımdır ki, bu sahələrə aid müəssisələr arasında 

 131



Telman Huseynov 

(«müştərək») istehsalın ictimai təşkilinin, haqqında bəhs olunan for-

ması çox geniş yayılmışdır. Buna misal olaraq metallurgiya zavodla-

rının (emal sənayesi) filiz mədənlərilə (hasiledici sənaye), koks-kimya 

zavodlarının (emal sənayesi) kömür şaxtaları ilə (hasiledici sənaye), 

neft emalı zavodlarının (emal sənayesi) neft-mədən sənaye müəssisə-

lərilə (hasiledici sənaye) kombinələşməsini göstərmək olar. Hasiledici 

sənaye müəssisələri ilə emaledici sənaye müəssisələri arasındakı 

istehsal  əlaqələrinin qurulması  əmək predmetlərinin ardıcıl və 

kompleks emalına  əsaslanan kombinatların yaradılması  və 

fəaliyyəti üçün həlledici şərt olur.

 

Emaledici sənaye müəssisəsinin hasiledici sənaye müəssisəsinə 



yaxınlaşdırılmasına – kombinasiya olunmasına  əsaslanan kombinat-

lar əmək predmetinin alınması xərclərini ciddi surətdə azaldır, başqa 

sözlə, ixtisara salır, daşınan əmək predmeti deyil, artıq bir dəfə emala 

məruz qalan əmək «predmeti» – məhsul olur. 

Hasiledici və emaledici sənaye müəssisələrinin kombinələşdiril-

məsi,  əmək predmetinə  təsirin kimyəvi üsullarının tətbiqinə  əsas-

lanan istehsal üçün (neft-kimya, koks-kimya və s.) daha səciyyəvidir. 

Mexaniki üsulla əmək predmetlərinə  təsirə  əsaslanan istehsallar, 

məlum olduğu kimi, emal olunan xammalın kimiyəvi məzmununa 

müdaxilə etmir, yalnız onun formasını dəyişdirə bilir. Buna görə də 

burada xammalın kompleks emalından söhbət gedə bilməz, mexaniki 

təsirlərlə əmək predmetinin formaca dəyişdirilməsi şəraitində yalnız 

xammalın ardıcıl emalına əsaslanan kombinatlar yaratmaq olar. 

Xammalın mexaniki üsulla ardıcıl emalına, başqa sözlə, bu prin-

sipə əsaslanaraq maşınqayırma və yüngül sənaye sahələrində kombi-

natlar yaratmaq mümkündür. Lakin mövcud obyektiv texniki və təş-

kilati məhdudiyyətlər buna o qədər də imkan vermir. Məsələn, ma-

şınqayırma,  əsasən, metal istehlakçısı olduğundan təbiidir ki, onun 

(metalın) burada kompleks emalı istisnalıq təşkil etdiyi kimi, maşın-

qayırmanın məhsullarını istehlak edən müəssisələrlə də kombinələş-

mə işi mümkün deyildir. 

Əmək predmetinin mexaniki yolla işlənməsinə  əsaslanan maşın-

qayırmada kombinələşmənin  əsas forması xammalın ardıcıl emalı 

forması ola bilər. Bu halda «metallurgiya-maşınqayırma-metallurgiya» 

sxemi üzrə maşınqayırma və metallurgiya istehsalları uzlaşdırılma-

 132



Fəsil 6. Firmada kombinələşdirmə  

dır. Əvvəlki «metallurgiya» dəmir filizinin emalına aiddirsə, sonuncu 

«metallurgiya» maşınqayırmada yaranan texnoloji tullantının – yon-

qarın şixtə materialının tərkib hissəsi kimi marten istehsalına aiddir. 

Azərbaycan Respublikasının maşınqayırması üçün belə kombinat 

formasından istifadə etmək mümkün deyil, çünki maşınqayırmanı nə 

dəmir filizi mədəninə yaxınlaşdırmaq mümkündür, nə  də böyük 

həcmdə yonqar «istehsal edən» maşınqayırma müəssisələri yoxdur. 



Nəzəri və həm də praktiki baxımdan metallurgiya və maşın-

qayırma müəssisələrini xammalın ardıcıl emalına  əsaslanan 

kombinatda birləşdirmək olar. Vaxtı ilə belə kombinatlar yara-

dılmış və indi də mövcuddur.

 Lakin bu, iqtisadi məqsədəuyğunluq 

baxımından – «kombinat yaratmaq xatirinə kombinat yaratmaq» – 

səhv olardı, çünki belə olduğu şəraitdə bütün maşınqayırma zavodları 

nəzdində  orta  ölçülü  və ya kiçik metallurgiya zavodları inşa etmək 

lazım gələrdi. 

Mexaniki emal üsuluna əsaslanan yüngül sənayedə də kombinə-

ləşmənin inkişafına təsir göstərən amillər vardır. Əsas amil isə səna-

yenin bu sahəsində təmərküzləşmə səviyyəsinin aşağı olmasıdır. La-

kin buna baxmayaraq dünya ölkələrində olduğu kimi, Azərbaycanın 

da yüngül sənayesində bir çox kombinatlar yaradılmışdı. Belə kom-

binatlara Bakı komvol, Bakı  zərif mahud, Mingəçevir toxuculuq 

kombinatlarını və başqalarını misal göstərmək olar. 

Elmi-texniki tərəqqi  əsasında  əmək predmetlərinin daxili struk-

turuna tam nüfuz etmək qabiliyyətinə nail olmuş kimyaya əsaslanan 

istehsallarda kombinələşmənin imkanları daha genişdir. 

Kimyəvi üsulla emala əsaslanan istehsallarda kombinələşmənin hər 

3  şərti – xammalın ardıcıl və kompleks emalı, tullantılardan istifadə 

üçün obyektiv texniki-texnoloji və digər şərait yaranır.  

Elmi-texniki tərəqqi kimya sənaye texnikası  və texnologiyasını 

inkişaf etdirmək və təkmilləşdirməklə əmək predmetini öz tərkib his-

sələrinə parçalamaq və hər bir faydalı komponentin iqtisadiyyatlaşdı-

rılması imkanını genişləndirir. 

Əmək predmetinə təsir etməyin kimyəvi üsulları vasitəsilə metal-

lurgiya, kimya sənayesinin özündə, ağac emalı, yeyinti sənayesi və sə-

nayenin digər sahələrində kombinələşmə kimi istehsalın ictimai təşkili 

formasından iqtisadi inkişaf üçün istifadəyə geniş meydan açılır. 

 133



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə