Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə47/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   43   44   45   46   47   48   49   50   ...   194

Telman Huseynov 

müəyyən qruplar üzrə konkret sayını nəzərdə tutur. Bunun üçün müəs-

sisənin kadrları funksional tərkibinə görə təsnifləşdirilir. 

Firmanın kadrları, ilk əvvəl, istehsal heyəti (başqa sözlə,  əsas 

fəaliyyət heyəti) və qeyri-istehsal heyəti (qeyri-əsas fəaliyyət heyə-

ti) kimi (başqa sözlə, mənzil-kommunal təsərrüfatının, uşaq bağ-

çalarının, səhiyyə  və yardımçı  təsərrüfatlarının işçiləri) qruplaş-

dırılır.  

İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə  fəh-

lələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, 

şagirdlər və mühafizə işçiləri kateqoriyalarına bölünürlər.  



İstehsal heyətinin əsas tərkib hissəsi olan fəhlələr qrupuna bi-

lavasitə  məhsul yaradılmasında iştirak edən və habelə istehsal 

prosesinin normal gedişatını təmin edən işçilər aid olunurlar.  

İcra etdikləri işin xarakterindəki fərqlərə görə fəhlələr kateqori-



yasını 4 əsas qrupa bölmək olar: 

1.Texnoloji prosesdə  iştirak edən,  əmək predmetini emal etmək 

yolu ilə bilavasitə hazır məhsula çevirən fəhlələr. Lakin bunlardan əla-

və, avtomatlaşdırılmış istehsallarda fəhlə-nizamlayıcılar da bu qrupa 

daxil edilirlər, çünki onlar avadanlıqların normal işini təmin edirlər;  

2.Xammal, material və hazır məhsulun, yarımfabrikatların daşın-

ması, anbarlaşdırılması və qorunması ilə məşğul olan fəhlələr

3.Əsas fondların təmirini, istehsal avadanlıqlarının profilaktikasını 

həyata keçirən, təmir üçün hissə və tərtibatlar istehsal edən fəhlələr; 

4. Hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr.  

Birinci qrupa daxil olan fəhlələr əsas, digər qruplara aid edilənlər 

isə köməkçi fəhlələr hesab olunurlar.  



Mühəndis-texniki, mütəxəssis və rəhbər işçilər kateqoriyasına 

istehsala texniki rəhbərlik funksiyasını  həyata keçirən kadrlar 

aid olunurlar. 

Əqli əmək nümayəndələri olan bu kateqoriya işçilər 

istehsala rəhbərlik və onun təşkilinin konstruktor, texnoloji, təşkilati-

texniki və sırf istehsal məsələləri ilə məşğul olurlar. Bu kateqoriya iş-

çilərə firmanın rəhbərliyi, menecerlər, baş mütəxəssislər, sex (sahə, 

növbə) rəisləri, mühəndislər, texniklər, ustalar və s. daxildirlər. Bura-

ya bəzi iqtisadçılar (əmək, normalaşdırma və s.) da daxil edilir.  

Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-satış, dəf-

tərxana və bəzi inzibati-idarə işçiləri aid olunurlar.  

 140



Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

Şagirdlər kateqoriyasına fəhlə peşəsinə yiyələnmək üçün fərdi 

və briqada (qrup) şəklində  həm bilavasitə müəssisənin özündə 

hamilik yolu ilə və həm də başqa məktəblərə ezamiyyə olunmuş 

gənclər aid olunur.

 Bu kateqoriyaya habelə müəssisənin balansında 

olan texniki-peşə məktəblərinin şagirdləri də daxil edilir.  

Kiçik xidmətedici heyətə inzibati-idarə binalarına qulluq edən 

xadimələr, süpürgəçilər, minik avtomobillərinin sürücüləri, kur-

yerlər, paltarasanlar və s. işçilər aiddirlər.  

Mühafizə  işçilərinə isə müəssisənin gözətçiləri və yanğından 

mühafizə işçiləri aid edilirlər.  

Firmanın qeyri-istehsal sahələrində çalışan işçilər istehsal heyətinə 

aid edilmir. Bu qəbildən olan işçilərə yaşayış binalarına, səhiyyə mən-

təqələrinə, uşaq bağçalarına, klublara, yardımçı təsərrüfatlara xidmət 

edən işçilər daxil olunurlar. Bundan məqsəd istehsal işçilərilə istehsal 

xarakterli işləri icra etməyənlər arasındakı optimal say nisbətini 

müəyyənləşdirməkdir.  

Təsərrüfatçılıq təcrübəsində firmalar istehsal heyətinin tərkibi üz-

rə bəzi işçi kateqoriyalarının nisbətlərini hesablayır və təhlil edirlər. 

Bu iş xüsusilə, əsas və köməkçi fəhlələrin nisbətinin, bir də onlarla 

(əsas və köməkçi fəhlələrlə) idarə aparatında çalışan işçilərin say nis-

bətlərinin öyrənilməsində istifadə olunur. 

İstehsal heyətinin tərkibini təşkil edən müxtəlif kateqoriyalardan 

olan işçilərin say nisbətinin öyrənilməsi heyətin idarə olunmasında 

böyük  əhəmiyyət kəsb edir. Məsələn,  əsas və köməkçi fəhlələrinin 

say nisbətinin dinamikasını izləmək firma üçün maraq doğuran nəti-

cələr çıxarmağa, ümumiləşdirmələr aparmağa yardımçı ola bilir.  

Bunun üçün aşağıdakı düstura müraciət edilir: 

ф

ф

К



Я

=

n



F

 

Burda F



– əsas və köməkçi fəhlələrin say nisbəti

          Ə

f

 – əsas fəhlələrin sayı; 



          K

– köməkçi fəhlələrin sayı 



Əgər əsas və köməkçi fəhlələrin say nisbəti ikincinin hesabına çoxa-

larsa, bu, o deməkdir ki, həmin firmada köməkçi işlərin mexanizmləş-

dirmə səviyyəsi artır və bununla əlaqədar köməkçi fəhlələr sayca azalır. 

 141



Telman Huseynov 

Bundan əlavə firmanın fəhlə kontingentinin say ilə, idarə aparatı 

işçilərinin – «idarə olunanlarla idarə edilənlərin» – say nisbəti tədqiq 

və təhlil edilir. Bu məqsədlə aşağıdakı düsturdan istifadə olunur: 

П

ф

ф



Я

А

К

J

ap

+

=



 

Burada J


ap 

– firmanın fəhlələrinin sayı ilə idarə aparatı işçilərinin 

say nisbətidir;

 

            A



P

 – firmanın idarəetmə aparatı işçilərinin sayıdır. 

Əgər – burada da – kəsrin qiyməti onun məxrəcinin azalması he-

sabına baş verirsə, bu o deməkdir ki, firmanın idarə aparatı sadələşir. 

İdarəetmə ilə məşğul olanların sayı azalır və bilavasitə məhsul isteh-

salı ilə məşğul olanların sayı isə artır. 



İstehsal işçilərinin peşə-ixtisas tərkibinə  gəlincə o, hər bir 

müəssisənin özünəməxsus xarakterindən asılı olaraq fərqlənir. 

Məsələn, metallurgiya üçün səciyyəvi olan peşə-ixtisas işçisi polad-

əridən və polad yayandırsa, toxuculuq üçün – əyirici və toxucu, kim-

ya müəssisəsində aparatçı  və operator, maşınqayırma üçün torna-

çılar, dəmirçilər, çilingərlər və s.-dir. Bütün bu müxtəliflik müəssi-

sələrin texnoloji özünəməxsusluğundan irəli gəlir, texnoloji əməliy-

yatları icra etmək üçün isə müvafiq peşə sahiblərinin xüsusi hazırlı-

ğı tələb olunur.  

Müəssisənin kadrlarının peşə-ixtisas dərəcələri (kvalifikasiya) üz-

rə təsnifləşdirilməsi onun (müəssisənin) istehsal strukturunda, texniki 

bazasında və işçilərinin mədəni-texniki səviyyələrində baş verən də-

yişikliklərin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.  

Hər bir istehsal sahəsində baş verən  əmək bölgüsü elmi-texniki 

işləmələrin istehsala tətbiqi və bununla əlaqədar olaraq müxtəlif iş 



növlərinin yaranması və həmin işlərin fəhlələr tərəfindən yerinə 

yetirilməsi, onlardan müəyyən nəzəri və empirik biliklər tələb 

edir ki, bunlar da öz əksini müxtəlif peşələrdə tapır.

  

Peşənin tərkibində isə  əlavə bilik və  vərdiş  tələb edən ixtisaslar 



formalaşır. Məsələn, çilingər peşəsi müxtəlif çilingər ixtisaslarına – 

çilingər-yığıcı, çilingər-alətçi, çilingər-təmirçi və s. bölünür.  



İxtisas isə öz tərkibində müxtəlif ixtisas dərəcələrini birləşdi-

rir.

 Yerinə yetirilən işin mürəkkəbliyi, dəqiqliyi, məsuliyyəti müəy-

 142



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə