Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə55/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   51   52   53   54   55   56   57   58   ...   194

Telman Huseynov 

Əmək məhsuldarlığının yüksəldilməsinin stimullaşdırılmasında 

və  işçilərin sosial rifahının artırılmasında  əmək haqqının səviyyəsi 

böyük rol oynayır. Əmək haqqının təşkilinin təkmilləşdirilməsi əmək 

məhsuldarlığı artımının mühüm amillərindən biridir. Hazırda bazar 

münasibətlərinə keçidlə  əlaqədar qiymətlərin sərbəstləşdiyi, sosial 

xidmətlərin kommersiyalaşdığı şəraitdə əmək haqqının yeni tələblərə 

uyğun müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.  

Əmək kəmiyyət və keyfiyyətinə görə düzgün ödənildikdə  hər bir 

işçi bütün istehsal imkanlarından dolğun istifadə etmək, öz mədəni-

texniki səviyyəsini və ixtisasını yüksəltmək, iş vaxtından düzgün və 

səmərəli istifadə etmək üçün maddi cəhətdən maraqlı olur. Buna görə 

də, onu müəyyən edən prinsip və amillər elmi əsaslara söykənməlidir.  

Əmək haqqının həcmi müəssisə  rəhbərliyinin və  işçilərin və ya 

həmkarlar ittifaqının razılılığı əsasında müəyyən olunur. Əmək haqqı 

digər firma və müəssisələrin ödədiyi əmək haqqının səviyyəsi, ödə-

mə imkanı, yaşayışın dəyəri,  əmək məhsuldarlığının səviyyəsi kimi 

meyarlar üzrə müəyyən olunur. 

Bazar iqtisadiyyatı şəraitində əmək haqqının səviyyəsi aşağıdaki 

amillərin təsiri altında formalaşır: 

1. Əmək bazarında mövcud olan konyunktura. Buraya iş qüvvəsi-

nə olan tələblə onun təklifi arasında tarazlıq dərəcəsi, ölkədə işsizli-

yin səviyyəsi və s. daxildir.  

2. Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər – 

minimum əmək haqqı, minimum istehlak dərəcəsi və s.  

3. İşin xarakteri ilə əlaqədar amillər – işin mürəkkəbliyi, əmək şə-

raiti,  əməyin təhlükəsizlik dərəcəsi, işin icrası üçün məsuliyyətin sə-

viyyəsi, tələb edilən iş təcrübəsi və vərdişlər, fəhlənin ixtisası və s. 

4. Firma ilə bağlı amillər – mülkiyyət mənsubiyyəti, əmək məh-

suldarlığının səviyyəsi, müəssisənin gəlirliyi, həmkarlar və digər fəh-

lə təşkilatlarının mütəşəkkilliyi və s.  

5.  İstehsal heyəti ilə  əlaqədar amillər – işə  qəbulun miqyası  və 

müddəti (fərdi əmək müqaviləsinin şərtləri). 

Bu amillərin bəziləri əmək haqqının ümumi səviyyəsinə, digərləri 

isə ayrı-ayrı kateqoriyadan olan işçilərin əmək haqqına təsir edirlər.  

Bazar münasibətləri şəraitində əmək münasibətləri işə götürən və 

işçilər tərəfindən bağlanmış kollektiv və  fərdi müqavilələr  əsasında 

 164



Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

tənzimlənir.  İstənilən  əmək müqaviləsinin  əsas bölmələrindən biri 

əmək haqqının həcminin müəyyən edilməsidir. Bu müqavilələrdə 

həm də əmək şəraiti, işdən azad olunma, işdən azad olunanlara veri-

lən müavinətlərin həcmi və s. ilə bağlı məsələlər öz əksini tapır. 

Firma və müəssisələrdə  əmək haqqının tənzimlənməsi və bu sa-

hədə müəyyən sistemlilik yaratmaq üçün, yəni ixtisaslı və ixtisassız, 

ağır və yüngül, ziyanlı  və ziyansız  şəraitdə çalışanların arasında 

əmək haqqı üzrə nisbətlərin düzgün müəyyən olunması məqsədilə ta-

rif sistemindən istifadə edilir. 

Tarif sistemi üç hissədən: 1) tarif maaşından, 2) tarif cədvəlindən (şə-

bəkəsindən) və 3) tarif-ixtisas məlumat (sorğu) kitabçasından ibarət olur. 

Tarif sisteminin tənzimləyicilərindən biri olan Vahid Tarif cəd-

vəlində  əməyin ödənilməsi dərəcələri və tarif əmsalları vasitəsilə 

sənaye-istehsal heyətinin mühüm qrupu olan fəhlələrin  əmək haqqı 

müəyyən edilir. Məsələn, ''Azneftkimyamaş'' Dövlət  Şirkətinin tarif 

cədvəlində 19 kateqoriya üzrə tarif əmsalları müəyyənləşdirilmişdir-

ki, bu tarif əmsalları da 1-dən 7,5-ə qədər dəyişir. 

Əhəmiyyətinə  və  məsuliyyətinə görə  fərqlənən işləri icra edən 

yüksək ixtisaslı  fəhlələrin tarif maaşları kollektiv (müştərək) müqa-

vilələr əsasında müəyyən olunur. 

Tarif maaşları iş şəraitindən asılı olaraq ayrı-arı sahə müəssisələri 

üzrə  əmək haqqı forması  və habelə bu və ya digər fəhlə qrupunun 

istehsal prosesində oynadıqları rola görə differensiallaşdırılır. Lakin 

müəssisələr öz maliyyə imkanları  çərçivəsində  həmin variantlardan 

hər hansı birini seçməkdə sərbəstdirlər.  

Tarif maaşı əmək haqqının ölçüsünü vaxt vahidi – saat, gün, ay 

ərzində müəyyənləşdirir. Fəhlələr üçün o, gün ərzində (gündəlik) və 

ya saat ərzində (saatlıq) I dərəcəli əmək haqqı şəklində müəyyən olu-

nur. Yüksək tarif dərəcələrinə aid edilən işlər üçün əmək haqqının 

miqdarı I dərəcənin əmək haqqını tarif dərəcələri üzrə müvafiq tarif 

əmsalına vurmaqla müəyyənləşdirilir. 

Mürəkkəb və müxtəlif texnoloji prosesli müəssisələrdə I dərəcə-

nin üç növ əmək haqqı olur:  

a) normal şəraitdə işləyənlər üçün;  

b) ağır şəraitdə işləyənlər üçün; 

c) isti və zərərli sahələrdə işləyənlər üçün.  

 165



Telman Huseynov 

Hər bir dərəcənin tarif maaşı elə müəyyən edilir ki, onların arasın-

da optimal ölçüdə  fərq yaransın- ibtidaidən aliyə yüksəlmək  şərtilə. 

Hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbətinə ta-

rif əmsalı, ən yüksək dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına 

nisbətinə isə tarif cədvəlinin (şəbəkəsinin) diapozonu deyilir. 

Adətən, II qrupda çalışanların əmək haqqı I qrupa nisbətən 5-10 

faiz, III qrupda isə bu fərq 15-30 faiz artıq olur.  

Fəhlələr arasında ixtisası artırmaq marağını gücləndirmək üçün 

mövcud olan VI dərəcə ilə I dərəcə arasında fərq 2-5 dəfə arasındadır. 

Beləliklə, tarif cədvəlləri yüksək ixtisasa malik fəhlənin əməyinin 

ödənilməsinin uçotunu aparmaq və habelə müxtəlif ixtisas səviyyə-

sinə malik fəhlələrin əmək haqlarının ödənişindəki nisbəti müəyyən 

etmək üçün tətbiq olunur. 

Fikrimizi aydınlaşdırmaq üçün maşınqayırma zavodunda fəhlələr 

üçün tətbiq olunan tarif cədvəlinə müraciət edək (cədvəl 7.1). 

Cədvəl 7.1 

Maşınqayırma zavodunda fəhlələr üçün tətbiq olunan tarif cədvəli 

Dərəcələr  

II 



III 

IV 


VI 


Tarif əmsalı 

0,1  1,17 1,37 1,54 1,71 1,92 

Tarif əmsallarının mütləq artımı 

  0,17 0,20 0,17 0,17 0,21 

Əvvəlki dərəcəyə nisbətən artım, faizlə 

  17,1 17,1 12,4 11,0 12,3 

Tarif cədvəlində  dərəcələr arasındakı artım fərqi nə  qədər çox 

olarsa, fəhlə aşağı dərəcədən yuxarı dərəcəyə keçməkdə maddi cəhət-

dən daha çox maraqlı olar, öz ixtisas səviyyəsini artırmağa cəhd gös-

tərər, onun əmək məhsuldarlığı  və gördüyü işin keyfiyyəti yüksələr 

və nəticə etibarilə istehsalın səmərəliliyi təmin edilmiş olar. 

Qeyd etmək lazımdır ki, bütün tarif sisteminin əsası olan "Tarif-ix-

tisas məlumat (sorğu)" kitabçasının hər bir ixtisas dərəcəsi və vəzifəni 

səciyyələndirən ''Vəzifə borcları'' adlanan birinci bölməsində ixtisas 

və  vəzifənin tapşırıldığı  şəxsin tam və ya qismən yerinə yetirəcəyi 

funksiyaların xarakteristikası verilir. 

''Bilməlidir'' adlanan ikinci bölmədə  işçinin ixtisas üzrə bilikləri 

qarşısında qoyulan tələblər göstərilir, öz işinin icrası üçün ona lazım 

olacaq qanunvericilik aktları, təlimat və normativ sənədlər verilir. O, 

bunlardan və yenə də həmin bölmədə tövsiyə olunan metod və vasitə-

lərdən istifadə edərək öz vəzifə borcunu icra etməlidir. 

 166



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə