Ряйчиляр: амеа-нын мцхбир цзвц


istehsal üsullarının tətbiq olunması – bütün bunlar istehsalın in-



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə53/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   49   50   51   52   53   54   55   56   ...   194

Telman Huseynov 

istehsal üsullarının tətbiq olunması – bütün bunlar istehsalın in-

kişafı üçün əsasdır. 

Sadalanan tədbirlərin səmərəliliyi isə kadrların 

ixtisasını artırmadan mümkün deyildir. Çünki yeni texnikadan istifadə 

və yeni texnoloji proseslərin idarə olunması yalnız yüksək ixtisaslı 

kadrlar tərəfindən həyata keçirilə bilər. 

Lakin texnikanın inkişafı da, insanın əməyi də o zaman səmərəli 

ola bilər ki, onlar istehsalın düzgün təşkili  şəraitində  fəaliyyət gös-

tərmiş olsunlar. Elmi-texniki tərəqqi istehsalın təşkilini yaxşılaşdır-

mağın mühüm şərti olsa da, o, istehsalın təşkilinin yeni metodlarını 

tətbiq etmədən fayda gətirə bilməz.  İstehsalın texniki səviyyəsi də-

yişməz qaldıqda və ya müəyyən qədər inkişaf etdirildikdə – istehsa-

lın təşkilini təkmilləşdirmək hesabına – nisbətən az məsrəflərlə bö-

yük iqtisadi səmərə  əldə etmək olur. Texnikanın müasir inkişaf sə-

viyyəsində əməyin elmi təşkilinin rolu xüsusilə artır. 

Müəssisənin optimal ölçüsü, ixtisaslaşmanın, kooperativləşmənin 

və kombinələşmənin optimal səviyyəsi, müəssisənin səmərəli yerləş-

dirilməsi – bütün bunlar əmək məhsuldarlığının yüksəldilməsi üçün 

böyük ehtiyatlardır. Artıq qeyd olunduğu kimi, istehsalın inkişafına 

iqtisadi təsir metodlarının gücləndirilməsi, idarəetmənin təşkilinin və 

planlaşdırmanın təkmilləşdirilməsi, istehsalın inkişaf etdirilməsində 

işçilərin maddi marağının gücləndirilməsi  əmək məhsuldarlığının 

yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. 

Sənayenin bir sıra sahələrində, xususilə hasiledici sənayedə əmək 

məhsuldarlığına təbii-coğrafi mühit də təsir göstərir. Hasilat sahələ-

rində əmək məhsuldarlığı maşın və avadanlıqların özü, tətbiq edilən 

texnologiyanın xarakteri, əməyin təşkili xeyli dərəcədə  təbii-geoloji 

şəraitdən asılı olur.  

Əmək məhsuldarlığına təsir edən amilləri araşdıraraq onun yük-

səldilməsi ehtiyatlarını aşkara çıxarmaq üçün iş vaxtından istifadə sə-

viyyəsinin təhlilinin böyük əhəmiyyəti vardır.  Əmək məhsuldarlığı-

nın artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri 

iş vaxtı itkilərinin azaldılmasıdır. İş vaxtı itkiləri iki növə – bütün gü-

nü və növbədaxili iş vaxtı itkilərinə ayrılır. Bütün günü iş vaxtı it-

kilərinə aşağıdakılar aiddir:  

– xəstəlik üzündən; 

– müdiriyyətin icazəsinə görə; 

 158



Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

– bütün günü boşdayanma; 

– üzürsüz səbəbdən işdən yayınma. 

Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən 

və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxtı itkiləri-

nin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texno-

loqun, ustanın, iş naryadının, tapşırığın, iş alətlərinin, qaldırıcı-nəqliyyat 

vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanaca-

ğın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda ol-

maması; işin özünün müvəqqəti olmaması. 

Növbədaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri: növ-

bənin başlancığında və nahar fasiləsindən sonra işə gec başlamaq; 

nahar fasiləsindən qabaq və növbənin axırında işi tez qurtarmaq, iş 

yerində kənar danışıqlara aludəçilik və s. 



5. Firmada əməyin normalaşdırılması  

Firmada əməyin təşkilinin əsas elementlərindən biri onun (əməyin) 

normalaşdırılmasıdır. Çünki dəqiq normalar işin icra edilməsinin ən əl-

verişli, məhsuldar, mütərəqqi və məqsədəuyğun formasının müəyyən-

ləşdirilməsini özündə əks etdirir. Əməyin normalaşdırılmasında məq-

səd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi

müxtəlif qrupa daxil olan işçilərin sayı və avadanlıqların miqdarı ara-

sında nisbətin müəyyən olunmasıdır. Bu normalar əməyin, istehsalın 

və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır. 

Konkret texniki-təşkilati  şərait daxilində  iş yerində müəyyən 

həcmdə işin yerinə yetirilməsinə sərf olunan iş vaxtı sərfinin ölçülməsi 

əməyin normalaşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər bir 

iş yerində, sexdə və müəssisədə vaxt sərfi üzrə daxili ehtiyatlar əmək 

məhsuldarlığını yüksəltməynin  əlavə ehtiyatı olmaqla normalaşdırma 

vasitəsilə  aşkar edilir. Bu ehtiyatların aşkar edilməsi və reallaşdırıl-

ması əməyin normalaşdırılmasının bilavasitə məqsədini təşkil edir. 

Müəssisədə əməyin normalaşdırılması aşağıdakıları təmin edir: 

– istehsal olunan detal, qovşaq və məmulatın plan əməktutumunu 

müəyyən etməyi; 

– peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı;  

–  əməyin nəticələrini qiymətləndirməyi,  əmək haqqı  və maddi 

stimullaşdırma fondunun həcmini müəyyən etməyi; 

 159



Telman Huseynov 

– yeni texnika və texnologiyanın tətbiqi səmərəliliyini qiymətlən-

dirməyi; 

– əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı; 

– sexin, istehsal sahəsinin, ayrı-ayrı  iş yerlərinin istehsal proq-

ramlarını hesablamağı; 

– zəruri avadanlıqların miqdarını müəyyən etməyi; 

– iş yerlərinin attestasiyasını apararkən onların təşkilati səviyyə-

lərini qiymətləndirməyi və iş yerlərinin təşkilinin optimal variantları-

nın hazırlanmasını. 

Əmək normaları istehsalın, əməyin ödənilməsinin, əmək məhsul-

darlığının yüksəldilməsinin stimullaşdırılmasının təşkili və planlaşdı-

rılmasında həlledici rol oynayır. 

Firma və müəssisədə vaxt, əməliyyatın əməktutumu, istehsal, xid-

mət, işçilərin say, idarə olunabilmə normaları və habelə tapşırıqların 

normaları hesablanır və tətbiq olunur. 

Əmək normaları içərisində vaxt norması əsas yer tutur. 

Vaxt norması  məhsul vahidinin hazırlanması  və ya müəyyən 

həcmdə işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtının müddəti-

dir. Vaxt norması aşağıdakı kimi müəyyən olunur: 

N

vaxt


 = t

ə

 + t



+ t


x

 + t


i

 + t


tt

 + t


ht

 

Burada, t



ə

 – əsas vaxt; 

             t

k

 – köməkçi vaxt; 



             t

x

 – iş yerinə xidmət vaxtı; 



              t

i

 – işçilərin istirahət vaxtı; 



              t

tt

 – təşkilati-texniki səbəblərdən yaranan fasilələr



              t

ht 


– hazırlıq-tamamlama vaxtı. 

İş yerinə xidmət vaxtı norması – fəhlənin avadanlıqların və iş ye-

rinin işçi vəziyyətdə saxlanması ilə  əlaqədar sərf etdiyi vaxtdır. Bu 

da öz növbəsində iki yerə bölünür: 

– texniki xidmətə sərf olunan vaxt; 

– təşkilati xidmətə sərf olunan vaxt. 

İstehsal norması  (N

ist


) müəyyən vaxt ərzində bir işçinin istehsal 

etməli olduğu məhsulun miqdarı ilə müəyyən olunur: 

T

h

 



N

ist 


=

N

v



 

 160



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə