Ряйчиляр: амеа-нын мцхбир цзвц


Tullantılardan istifadəyə görə



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə43/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   39   40   41   42   43   44   45   46   ...   194

Telman Huseynov 

3.Tullantılardan istifadəyə görə.

 Hər şeydən əvvəl, qeyd etmək 

lazımdır ki, təbiətdə monotərkibli mineral xammal yoxdur. Buna gö-

rə də, bu qəbildən olan hər hansı bir xammalın emalı zamanı həmin 

istehsal üçün həm əsas olan və həm də əsas olmayan məhsullar alınır 

və bir də texnoloji tullantılar yaranır. Buna misal olaraq misin alın-

ması üçün kombinələşməni misal göstərmək olar. 

Təbiətdə misin bir neçə birləşmələri olsa da, bunlardan sənaye əhə-

miyyətlisi onun kükürdlə olan birləşməsi, mis kolçedanıdır-piritdir. 

Piritin emalından əsas məhsul kimi təmiz mis alınırsa, həmin istehsal 

üçün əsas olmayan yanaşı (yanaki, səmt) məhsul kimi kükürd anhid-

ridi də alınır. Kükürd anhidridinin emalından kükürd və sonuncunun 

emalından isə sulfat turşusu istehsal edilir (şəkil 6.3). Əgər istehsal 

yalnız misin alınması ilə tamamlanardısa, onda sulfat anhidridi hə-

min istehsalın tullantısı hesab olunardı və həmin müəssisə isə kombi-

nat deyil, zavod adlanardı. 

 

 

 



 

 

 



 

 

Kükürd 



Mis 

Kükürd anhidridi 

Sulfat turşusu 

Mis kolçedanı 

Şəkil 6.3. Mis kolçedanının (piritin) emal mərhələləri 

Ümumiyyətlə, istehsal (texnoloji, təşkilati-texniki) tullantıları-

nı onların fiziki hallarından asılı olaraq müxtəlif üsulların kömə-

yi ilə emal edir və utilləşdirirlər: 

1.Maye və qaz halında – absorbsiya (hopdurma, udma), çökdür-

mə, filtrləşdirmə və termiki emal; 

2.Maye və bərk halında – kristallaşdırma və termiki emal; 

3.Maye halında – buxarlandırma, distilləmə və rektifikasiya (ayırma); 

4.Bərk halında – ekstraksiya (çıxarmaq) və kimyəvi emal. 

İstehsallar arasında  əlaqələrin xarakterindən asılı olaraq kombi-

nələşmə üç tipə: şaquli, üfiqi və qarışıq tiplərə bölünür. 



Şaquli kombinələşmə

 xammalın ardıcıl olaraq emal edilərək 

yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur. 

 128



Fəsil 6. Firmada kombinələşdirmə  

Üfiqi kombinələşmə

 xammalın kompleks emalı ilə  əlaqədardır. 

Bu kombinələşmə növü ilkin xammalın emalının bir neçə axınının 

mövcudluğunu nəzərdə tutur ki, nəticədə bir neçə sahənin məhsulu alı-

nır. Ufiqi kombinələşməyə misal neft-kimya kombinatlarını göstərmək 

olar. Burada neft məhsulları ilə yanaşı kimya məhsulları da alınır. 



Qarışıq kombinələşmə

 o halda olur ki, xammalın bir növünün 

ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullantılar-

dan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınır.  

Qeyd etmək lazımdır ki, kombinələşmə istehsalın ictimai təşkili-

nin forması kimi müxtəlif istehsal müəssisələri arasında daha sıx tə-

sərrüfat  əlaqələri  əsasında fəaliyyət göstərir. Bu onunla izah olunur 

ki,  əgər təsərrüfat  əlaqələri forması kimi maddi-texniki təminat və 

kooperativləşmə məkanca müxtəlif ərazilərdə yerləşdirilmiş müəssi-

sələr arasında baş verirsə, kombinələşmədəki təsərrüfat əlaqələri eyni 

məkan daxilində olur. 

2.Kombinələşdirmənin şərtləri və inkişafı 

Kombinələşdirmə müəssisədə istehsalların  ən sıx  əlaqələndiril-

məsinə  əsaslanan istehsalın ictimai təşkili formasıdır.  Kombinələş-

miş müəssisələrdə texnoloji prosesin bir mərhələsindən digərinə 

keçid fasiləsiz və ən qısa yolla, az vaxt intervalında baş verir; is-

tehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur – birinin 

məhsulu digəri üçün xammal, material və ya yarımfabrikat ro-

lunda çıxış edir.

 Bir qayda olaraq, kombinatlar ümumi istilik-enerji 

təchizatına, vahid nəqliyyat sisteminə malik olur və əksər hallarda bir 

ərazidə yerləşirlər. Bütövlükdə isə, kombinatlara 3 əsas cəhət səciy-

yəvidir: 

a) müxtəlif istehsalların birliyi; 

b) kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti; 

c) vahid enerji sistemi və nəqliyyat bazası. 

Kombinələşmənin müxtəlif istehsalların vəhdəti kimi şərtlənməsi 

onu (kombinələşməni) təmərküzləşdirmədən – mahiyyətcə, prinsipial 

olmasa da – fərqləndirən cəhətdir. Çünki artıq qeyd olunduğu kimi, 

əgər eyni bir ərazidə analoji müəssisələrin cəmləşdirilməsi təmərküz-

ləşdirilmədirsə, müxtəlif istehsalların eyni bir ərazidə (məkanda) tə-

mərküzləşdirilməsi kombinələşdirmədir. Yalnız müxtəlif istehsalların 

 129



Telman Huseynov 

birləşdirilməsi, başqa sözlə, təmərküzləşdirilməsi yolu ilə səmərəli şə-

kildə xammalın ardıcıl emalına nail olmaq və onun (xammalın) sub-

stansiyasına daxil olan bütün faydalı komponentləri ayırmaqla – müx-

təlif iqtisadi təyinatlı – məhsullar istehsalını təmin etmək mümkündür. 

Kombinələşmənin özünəməxsus xarakterik cəhətlərindən biri də 

ona daxil olan müəssisələrin texniki-iqtisadi vəhdətidir. Bu o demək-

dir ki, kombinata daxil olan müxtəlif müəssisələrin istehsal gücləri öz 

ölçülərinə görə uzlaşdırılmış olur, məhsulun nomenklaturası və keyfiy-

yətinə görə isə bir-birilə analoq təşkil edirlər; buraxılan məhsullar eyni 

mənşəli xammaldan istehsal olunduqlarından onların fiziki-kimyəvi 

xassələri də biri-birindən ciddi surətdə fərqlənmir. 

Kombinələşmə müxtəlif istehsal profilli müəssisələrin eyni əra-

zidə birləşdirilməsinə  əsaslandığından onların enerji, su, buxar və 

qaz təchizatı vahid sistemə daxil olur, nəqliyyat xidməti mərkəzləşdi-

rilmiş qaydada təşkil edilir, onlara eyni köməkçi təsərrüfatlar xidmət 

göstərə bilirlər və s. 

Qeyd etmək lazımdır ki, kombinələşmənin əsas şərti, artıq qeyd 



edildiyi kimi, müxtəlif profilli istehsalların eyni bir məkanda tə-

mərküzləşdirilməsi olsa da, həmin «müxtəlif istehsalların» özləri-

nin ixtisaslaşmış istehsallar olmaları şəraitində kombinələşmənin 

səmərəli təşkilinə  və yüksək təsərrüfat nəticələrinə daha çox tə-

minat verə bilərlər. 

Elmi-texniki tərəqqi, xüsusilə onun kimyalaşdırma, elektrikləşdir-

mə, mexanikləşdirmə və avtomatlaşdırma istiqamətləri kombinələşdir-

mə üçün daha böyük imkanlar açır, onun texniki-iqtisadi göstəricilə-

rini daha mütəhərrik edirlər. 

Elmi-texniki tərəqqinin kimyalaşdırma istiqaməti texnologiya-

sında kimyəvi və fiziki-kimyəvi emal əməliyyatlarının üstünlük 

təşkil etdiyi sənaye sahələrində, kombinələşmə üçün daha əlverişli 

imkanlar yaradır.

 Belə sahələrdən kimya, metallurgiya, neft emalı, 

neft-kimya, qaz, meşə, yüngül və yeyinti sənaye sahələrini göstərmək 

olar. Digər tərəfdən elmi-texniki tərəqqinin mexanikləşdirmə və avto-

matlaşdırma istiqaməti kombinələşmə üçün səciyyəvi olan texnoloji 

müxtəliflikləri konstruksiyalarına görə mürəkkəb istehsal avadanlıqla-

rında təmərküzləşdirə bilir. Əgər belə demək mümkündürsə,  əmək 

predmetinin emalında çoxsaylı, lakin mahiyyətinə görə həmcins əmə-

 130



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə