Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə40/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   36   37   38   39   40   41   42   43   ...   194

Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma  

sul göndərən firma və ya müəssisələr son məhsulun hazırlanması üçün 

zəruri olan aqreqat, bağlama, hissə, döymə, tökmə, qaynaq və s. məmu-

latları özlərinin istehsal proqramlarına daxil edirlər. Məhz bu baxımdan 



kooperasiya yolu ilə məhsulgöndərmə təchizat işindən fərqlənir. 

Kooperasiyalaşdırma prosesi aşağıdakıları özündə əks etdirir: 

– müəyyən istehsalın tələbatları üçün dəstləşdirici məmulatların 

və yarımfabrikatların göndərilməsi (istehsalı) və xidmətlərin yerinə 

yetirilməsini; 

– məlum məhsulun müəyyən alıcıları ilə təchizatçının əlaqələrini; 

– təchizatçının məhsul istehsal edən və yarımfabrikatı formalaşdır-

maqda davam edən müəyyən istehlakçılar üçün yerinə yetirdiyi işini. 

Bəzi hallarda kooperasiya heç bir müstəqil asılılığı olmayan, lakin 

onu müəssisələrdən birinin sərbəst istehsal güclərindən daha tam isti-

fadə etmək məqsədilə öz aralarında təşkil edən, ixtisaslaşmış müəssi-

sələr arasında əlaqələr yaratmaqla həyata keçirilir. Burada kooperasi-

yalaşdırma qısamüddətli olur və məhsul alan müəssisə öz istehsal gü-

cündəki «zəif yeri» ləğv etdikdən sonra kooperasiya əlaqəsindən çıxır. 



İxtisaslaşdırma istiqamətlərinə müvafiq olaraq kooperasi-

yalaşdırmanın aşağıdakı formaları fərqləndirilir: 

Aqreqat üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin aqre-

qat növündən texniki səviyyəsinə  və konstruktiv quruluşuna görə 

mürəkkəb məhsul istehsalı ilə məşğul olan baş zavod kooperasiyaya 

daxil olan (əlaqədar) zavodlardan elektrik mühərrikləri, generatorlar, 

reduktorlar, nasoslar, kompressorlar və s. kimi aqreqatlar almaqla 

hazır məhsulun istehsalını tamamlayırlar, onu bir növ dəstləşdirirlər. 



Hissələr üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin bu 

növündə son hazır məhsulun istehsalı üzrə ixtisaslaşdırılmış baş 

müəssisə əlaqədar firmalardan hissə və qovşaqlar almaqla məhsu-

lun istehsalı işini tamamlayır. Buna misal olaraq maşınqayırma sə-

nayesində baş zavodların kooperasiyaya daxil olmuş müəssisələr-

dən porşen, radiator, diyircəkli yastıq, bolt, qayka almasını və ya-

xud ixtisaslaşdırılmış baş kimya sənaye müəssisələrinin digər əla-

qədar müəssisələrdən plastik kütlə, texniki rezin, asbest və s. mə-

mulatlarını almasını misal göstərmək olar. 

Texnoloji mərhələlər üzrə kooperativləşdirmə. Kooperativləş-

dirmənin bu növündə bir müəssisə digərinə müəyyən yarımfabrikatlar 

 119



Telman Huseynov 

göndərir və ya onun üçün məhsul istehsalı texnologiyasının müəyyən 

bir mərhələsinin icrasını həyata keçirir. Buna misal olaraq, bir müəssi-

sənin digərinə döymə, tökmə, ştamplama məmulatı, metal konstruksi-

yalar göndərilməsini göstərmək olar. Əyrilmiş yunun toxucu fabrikinə 

verilməsi texnoloji mərhələ üzrə kooperativləşmə üçün misal ola bilər. 



Ərazi (məkan) və sahələr üzrə təşkili baxımından kooperativ-

ləşdirmə aşağıdakı formalarda olur: 

– rayondaxili kooperativləşdirmə; belə kooperativləşdirmə forması 

iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqə-

lərinin yaradılmasına əsaslanır; 

– rayonlararası kooperativləşdirmə; kooperativləşdirmənin bu for-

masında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəs-

sisələr arasında baş verir; 

– sahədaxili kooperativləşdirmə; belə kooperasiya əlaqələri eyni 

sahənin iki və daha çox müəssisələri arasında yaranır; 

– sahələrarası kooperativləşdirmə; kooperativləşdirmənin bu for-

ması müxtəlif sahələrin müəssisələri arasında yaranır. 

Rayondaxili kooperasiyalaşdırma  əlaqələri rayonun kompleks 

inkişafına nail olmaqda müstəsna rola malikdir. 

Kooperativləşdirmənin bu formasında səmərəli yükdaşımalar 

sxeminin tərtibi nisbətən asan, yerli resurslardan və istehsal güc-

lərindən istifadə səviyyəsini yüksəltmək imkanı daha geniş olur. 

İqtisadi suverenliyə nail olmuş respublikamız üçün rayondaxili 

kooperativləşdirmənin inkişafı üzrə ehtiyat mənbələri araşdırılmalı, 

təsərrüfat dövriyyəsinə cəlb olunmalıdır. 

İnkişaf etmiş ölkələrdə son dövrlərdə (XX əsrin 90-cı illərindən) 

kooperativləşmənin bir forması olan autsorinq prosesi geniş yayıl-

mışdır. Autsorinq – müəssisə  tərəfindən idarəetmənin təkmilləş-



dirilməsi məqsədilə həm xidmət və həm də əsas istehsal struktur-

larından bəzilərinin icarəyə verilməsidir. Bu zaman müəssisə  və 

firmalar "yaxşı bacardığımı özüm etməliyəm, yaxşı bacarmadığımı 

yaxşı bacarana həvalə edirəm" prinsipini əsas götürürlər. Autsorinqin 

genişlənməsi sahibkarlıq fəaliyyətinin mürəkkəbləşməsi, az xərclə 

keyfiyyətli məhsul istehsal etməyə nail olmaq məqsədilə izah olunur. 

İcrası  kənara həvalə olunan sahibkarlıq funksiyası mahiyyətcə 

ümumi istehsaldan ayrılmır,  əksinə onun tərkib hissəsi kimi, yeni 

 120



Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma  

keyfiyyətdə davam etdirilir. Başqa sözlə, autsorsinq prosesi yeni 

keyfiyyətdə kooperasiya əlaqələrinin yaranmasını şərtləndirir.  

3. İxtisaslaşdırma və kooperasiyalaşmanın səviyyəsini müəyyən 

edən göstəricilər  

İstehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini təhlil etmək və 

qiymətləndirmək üçün müəyyən göstəricilər sistemindən istifadə edilir. 

Göstəricilər sistemi ixtisaslaşdırma prosesinin aşağıdakı başlıca cəhət-

lərini özündə əks etdirməli və ya qiymətləndirilməlidir: əmək bölgüsünün 

səviyyəsini, yəni istehsalın ixtisaslaşdırma formasını; məhsulun sahənin 

və ya müəssisənin istehsal prosesinə uyğun gəlməsi dərəcəsini; məhsulun 

nomenklaturası və ya çeşidinin genişliyini; məhsulun konstruktiv-texno-

loji cəhətdən ümumiliyini; texnoloji cəhətdən yekcins məhsulların isteh-

salının təmərküzləşmə və optimallıq səviyyəsini və başqalarını. 



İstehsalın ixtisaslaşma səviyyəsini qiymətləndirərkən aşağıda-

kı göstəricilər sistemi tətbiq edilir: 

– müəyyən növ məhsulun ümumi buraxılışında ixtisaslaşdırılmış 

sahənin xüsusi çəkisi, ''əhatəetmə əmsalı'' adlanan əmsal. ''Əhatəetmə 

əmsalı'' göstəricisi bu və ya digər sahənin formalaşması prosesini və 

iqtisadi inkişaf səviyyəsini səciyyələndirir və ölkədəki ümumi istehsa-

lın həcmində ixtisaslaşdırılmış müəssisələr tərəfindən buraxılan məh-

sulun həcminin xüsusi çəkisi kimi hesablanır; 

– sahənin və ya müəssisənin ümumi məhsul buraxılışında  əsas 

(profil) məhsulun xüsusi çəkisi, "sahə" və ya "müəssisə ixtisaslaşdı-

rılması əmsalı" adlanan əmsal. Müəssisənin əsas (profil) məhsulu onun 

profilinə, yəni mövcud avadanlıqların, texnoloji prosesin və kadrların 

ixtisaslaşması xarakterinə uyğun olan konstruktiv və texnoloji cəhət-

dən yekcins məhsuldur. Əsas məhsul müəssisənin təsdiq olunmuş layi-

həsinə uyğun olur və onun pasportunda öz əksini tapır. ''Əhatəetmə 

əmsalı'' ilə ''sahə" və ya " müəssisə ixtisaslaşdırılması əmsalı'' qarşılıqlı 

surətdə bir-birini tamamlayır. Onlar, bir tərəfdən, ixtisaslaşdırılmış sa-

hə və ya müəssisə tərəfindən müəyyən məhsula ümumi tələbatın necə 

təmin edildiyini, digər tərəfdən isə, həmin sahənin profilinə uyğun 

olmayan məhsulun xüsusi çəkisini səciyyələndirir; 

– ayrı-ayrı detalların, qovşaqların, aqreqatların və pəstahların bu-

raxılışı üzrə ixtisaslaşdırılmış  və ya mərkəzləşdirilmiş istehsalların 

 121



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə