Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə39/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   35   36   37   38   39   40   41   42   ...   194

Telman Huseynov 

hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə  təmərküz-

ləşdirilməsi ilə  səciyyələnir. Hissə üzrə ixtisaslaşdırmaya diyircəkli 

yastıq, bölüşdürücü val, karbürator, porşen və s. hissələrin istehsalı 

təşkil olunmuş müəssisələri misal göstərmək olar. 

Texnologiya üzrə  və ya mərhələlər üzrə ixtisaslaşdırma forması 

bu və ya digər müəssisənin əmək predmetinin emalı mərhələlərindən 

birinin yerinə yetirilməsinə cəlb edilməsini səciyyələndirir.  

İxtisaslaşmanın bu formasında texnologiyanın mərhələlərindən 

biri ayrılır, müstəqilləşir, daha doğrusu, "muxtariyyət" statusu alaraq 

fəaliyyət göstərir. Texnoloji prinsiplər üzrə ixtisaslaşdırılmış müəssi-

sələrə  mərkəzləşdirilmiş tökmə, mərkəzləşdirilmiş  dəmirçi-press is-

tehsallarını, yığma zavodları və s. aid edirlər. 

Müasir sənaye istehsalı şəraitində istehsal prosesinin funksional böl-

güsünün güclənməsi nəticəsində funksional ixtisaslaşdırma getdikcə daha 

geniş vüsət alır. Köməkçi və xidmətedici işlərin müəyyən növlərinin mər-

kəzləşdirilməsi və onların yerinə yetirilməsinin ixtisaslaşdırılmış müəs-

sisələrdə  cəmləşdirilməsi istehsal prosesinin funksional bölgüsü üçün 

xarakterik haldır. Belə funksional ixtisaslaşdırılmış müəssisələrə  təmir 

və tara zavodlarını, energetika mərkəzlərini və s. misal göstərmək olar. 



İstehsalın ixtisaslaşdırılmasının dərinləşməsi bir sıra amillə-

rin təsiri nəticəsində baş verir ki, bunlara da aşağıdakılar aiddir: 

– buraxılan məhsula perspektiv dövr üçün tələbatın artması  və 

satış bazarının genişlənməsi. Məhsulun kifayət qədər sabit və mütə-

madi olaraq təkrarlanan nomenklaturası müəssisənin istehsal proqra-

mının – sifarişlər portfelinin – sabitliyini müəyyən edir. İstehsalın 

bütün ünsürlərinin yüksək təkrar olunma dərəcəsi, onların daim art-

maqda olan həmcins məhsul buraxılışına uyğunlaşması istehsalın 

ahəngdarlığının artmasına, istehsalın və əməyin təşkilinin mütərəqqi 

metodlarının tətbiq edilməsinə səbəb olur; 

– elmi-texniki tərəqqinin yüksək tempi. İxtisaslaşdırma elmi-

texniki tərəqqinin mühüm şərtidir və eyni zamanda onun nəticəsidir 

(bu iki proses arasında səbəb – nəticə əlaqələri mövcuddur), çünki 

elmi-texniki tərəqqi ixtisaslaşdırılmış müəssisələrin yaradılması yo-

lu ilə əmək bölgüsünün dərinləşməsinə səbəb olan ciddi bir amildir; 

– iqtisadi cəhətdən məqsədəuyğun səviyyədə ixtisaslaşdırılmış 

müəssisədə məhsul buraxılışının təmərküzləşməsi və istehsalın opti-

 116



Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma  

mal ölçüyədək artması. Bu, məhsul istehsalı zamanı tətbiq edilən tex-

nikanı və iş qüvvəsini maksimal səviyyədə yükləməyə imkan verir; 

– buraxılan məhsulun çeşidinin uzunmüddətli və  məqsədəuyğun 

konstruktiv sabitliyinin yaradılması, məmulatların mütərəqqi və pers-

pektiv tiplərinin işlənib hazırlanması, baza modellərinin və onların 

əsasında qurulmuş  məmulatların yeni modifikasiyasının istehsalına 

başlanması və mənimsənilməsi. Mütərəqqi konstruktiv quruluşa ma-

lik avadanlığın istehsalın texnoloji dəyişkənliyi ilə sıx əlaqəsi, elmi-

texniki tərəqqi və bazarın tələbləri nəticəsində  məhsul nomenklatu-

rasının tez-tez dəyişdiyi bir şəraitdə ixtisaslaşdırılmış maşın və ava-

danlıqlardan səmərəli istifadə etməyə şərait yaradır; 

– müasir dövrdə elmi-texniki tərəqqi bir tərəfdən istehsal olunan 

məhsulların nomenklaturasının artması və tez-tez dəyişməsi ilə, digər 

tərəfdən isə  qısa müddətdə ucuz məhsul istehsalının təmin edilməsi 

məqsədilə istehsalın ixtisaslaşması, mexanikləşdirilməsi və avtomat-

laşdırılması ilə xarakterizə olunur. Bu ziddiyyət birtipli məmulat və 

yarımfabrikatların kütləvi və iri seriyalı istehsalı ilə həll oluna bilər ki, 

bu da standartlaşdırma və eyniləşdirmə ilə (unifikasiya) sıx bağlıdır. 

Standartlaşdırma – istehsal olunan məmulat və yarımfabrikat-

ların fiziki, kimyəvi, həcm və digər ölçülərinə norma və tələblərin 

müəyyən olunmasıdır. Bu norma və tələblər standart adlanan sənəd-

lər formasında rəsmiləşdirilir. Eyniləşdirmə isə  məmulatın və onun 

elementlərinin vahid forma, ölçü və struktura gətirilməsini əks etdirir. 

Standartlaşdırma və eyniləşdirmə material və yarımfabrikat növlərinin 

sayını – səmərəlilik baxımından – minimuma endirməyə, eyni cinsli 

istehsalların ölçüsünü artırmağa və daha məhsuldar avadanlıqların tət-

biqinə imkan verir və nəticədə, iqtisadi səmərəliliyi yüksəltməyə səbəb 

olan ixtisaslaşdırılmış müəssisələrin inkişafına şərait yaradır. 

İctimai  əmək bölgüsünün, ixtisaslaşmanın dərinləşməsi  əməyin 

məhsuldarlığının yüksəlməsinə,  əmək vasitələrindən istifadə  səmə-

rəliliyinin artırılmasına,  əmək cisimlərindən qənaətlə istifadə olun-

masına müsbət planda təsir göstərir. 

İxtisaslaşmanın dərinləşdirilməsi istehsalın səmərəli təşkili for-

masına keçməyi nəzərdə tutan mühüm texniki-təşkilati tədbirdir. Bu 

onunla nəticələnir ki, istehsalın həcmi artır, bir iş yerində eyni əmə-

liyyat dəfələrlə təkrar olunur, fəhlənin bu və ya digər əməliyyatı icra 

 117



Telman Huseynov 

etmək vərdişi formalaşır – əmək məhsuldarlığı yüksəlir və həmin iş 

yerində avtomat və xüsusi dəzgahlar tətbiq etməyə və onlardan istifa-

dənin yaxşılaşdırılmasına imkan yaranır. 

Bir sözlə, ixtisaslaşdırma, xüsusi avadanlıqların tətbiqilə istehsal 

olunan məhsulu kəmiyyətcə artırır, fəhlənin əmək vərdişlərinin inki-

şafı ilə əlaqədar olaraq istehsal edilən məhsun keyfiyyətini yüksəldir. 

2. Kooperasiyalaşmanın mahiyyəti və formaları 

İxtisaslaşdırma, artıq qeyd olunduğu kimi, məhsul istehsalı prose-

sinin ya mərhələlər və ya da məhsulun konstruksiyasını təşkil edən detal 

və bağlamalar üzrə tərkib hissələrinə bölünməsi və bunlardan hər birinin 

müstəqil istehsala çevrilməsidir.  İxtisaslaşma nəticəsində  həmin isteh-

sallar məkanca ayrı düşsələr də, onlar sonradan həmin mürəkkəb məh-

sulun istehsalı üçün kooperasiya əlaqələrinə girirlər. Başqa sözlə, ixti-

saslaşdırma kooperasiyalaşdırma üçün texniki, iqtisadi və  təşkilati zə-

min yaradır. İstehsalın ixtisaslaşdırılmasının dərinləşməsi, bütöv bir 

istehsalın öz tərkib hissələrinə parçalanaraq müstəqilləşməsi, onlar-

dan hər birinin ayrılıqda təsərrüfat nəticələrini yaxşılaşdırsa da, 

onları bir-birindən asılı edir, bunların, ayrılıqda olsa da, ümumi 

məqsədə çatmaq üçün səylərinin birləşdirilməsinə obyektiv ehtiyac 

yaradır. Belə bir ehtiyacın təmin olunması təsərrüfat əlaqələrinin qurul-

ması və inkişaf etdirilməsi vasitəsilə həyata keçirilir. 

İxtisaslaşdırmanın dərinləşməsi eyni bir məhsul istehsalının işti-

rakçıları arasında təsərrüfat  əlaqələrinin yaranmasını  tələb edir ki, 

buna da istehsalın kooperasiyalaşması deyilir. 

Kooperasiyalaşma müəyyən bir məhsulun birgə istehsalı ilə 

məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əla-

qələri formasıdır. 

Təsərrüfat əlaqələri formaları kimi maddi-texniki təminatla koope-

rasiyalaşdırmanı bir-birindən fərqləndirmək lazımdır. Onlar zahirən 

bir-birlərinə bənzəsələr də, mahiyyətcə ciddi fərqləri olan proseslərdir. 

Firma və müəssisələr arasındakı kooperasiya əlaqələri uzun dövrü – 

konkret məhsulun istehsalı dövrünü əhatə edir və bir növ müntəzəm xa-

rakterli olur. Müəyyən bir mürəkkəb məhsulun istehsalında birgə iştirak 

edən firmalar (müəssisələr) onu tamamlayan baş müəssisənin xüsusi tə-

ləblərinə uyğun olaraq fəaliyyət göstərirlər. Kooperasiya qaydası ilə məh-

 118



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə