Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə35/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   31   32   33   34   35   36   37   38   ...   194

Telman Huseynov 

nün gücə görə təkamülü dinamikasını və habelə müxtəlif güc qrupu-

na daxil edilən aqreqatların ümumi istehsaldakı payını öyrənmək da-

ha düzgündür. Natural göstəricilərin köməyilə yalnız yekcins məhsul 

buraxan və müəssisənin sadə strukturu ilə fərqlənən sahələrdə istehsa-

lın təmərküzləşmə səviyyəsini öyrənmək mümkündür. 

Geniş nomenklaturada məhsul buraxan istehsallarda, məsələn, ma-

şınqayırmada natural göstəricilərin tətbiqi nəinki mövcud reallığı daha 

düzgün aşkar edə bilər, əksinə, hətta onların tətbiqi belə mümkün ol-

mur. Belə halda dəyər göstəricilərinin tətbiqi məqsədəuyğundur. 



Məhsulun həcm göstəricisi istehsalın təmərküzləşməsini daha 

düzgün  əks etdirir. Lakin bu zaman məhsulun həcmini xarakterizə 

edən göstəricilərdən birinin düzgün seçilməsi çox vacibdir. Çünki bə-

zən ümumi, əmtəəlik və reallaşdırılan məhsulun həcm göstəriciləri 

müəssisədə istehsalın təmərküzləşməsi haqqında düzgün təsəvvür ya-

ratmır, dəqiq informasiya vermir. Məsələn, müəssisənin  əmtəəlik 

məhsulunda kənardan alınmış xammal, material və dəstləşdirici mə-

mulatların xüsusi çəkisi yüksəkdirsə, belə müəssisənin iri müəssisə 

kimi qəbul edilməsi düzgün olmazdı. Buna görə də, müəssisənin öl-

çüsünü və ya mütləq təmərküzləşməni qiymətləndirərkən müəssisə-

nin kənardan alınan (kooperativləşmə yolu ilə) deyil, daxilində yara-

dılan dəyərin nəzərə alınması daha düzgün və məqsədəuyğun olardı. 

Belə göstəricilərə şərti-xalis məhsulu, normativ emal dəyərini, əlavə 

olunmuş dəyərin həcmini və s. aid etmək olar. 

Təmərküzləşmə  səviyyəsini öyrənmək üçün istifadə edilən 

göstəricilərdən biri də «sənaye-istehsal heyətinin orta illik sayı» 

göstəricisidir. Lakin bu göstərici ilə  təmərküzləşmənin səviyyəsini 

qiymətləndirmək əməyin texnika ilə silahlılığı səviyyəsindən asılıdır 

və  həmin göstəricinin səviyyəsi də ayrı-ayrı müəssisələrdə müxtəlif 

olur. Buna görə də istehsal prosesinin mexanikləşdirmə və avtomat-

laşdırılma dərəcəsi yüksək olan iri müəssisənin, əməyin texniki silah-

lılığı aşağı olan nisbətən kiçik müəssisə ilə müqayisədə təmərküzləş-

mə səviyyəsi aşağı qiymətləndirilə bilər. Digər tərəfdən, elmi-texniki 

tərəqqinin təsiri nəticəsində istehsalda məşğul olan işçilərin sayının 

artımına nisbətən məhsul istehsalı həcmi və istehsal əsas fondlarının 

dəyəri daha yüksək templə artır, bu da işçilərin sayına görə istehsalın 

təmərküzləşməsi səviyyəsini qiymətləndirərkən müəssisənin orta öl-

 104



Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

çüsünün və iri müəssisələrin xüsusi çəkisinin artımı haqqında düzgün 

nəticəyə gəlməyə imkan vermir. 

Əməyin texniki silahlılığının yüksək olduğu sahələrdə (qara metal-

lurgiya, energetika, kimya sənayesi və s.) məhsul buraxılışı,  əsasən, 

müəssisənin istehsal əsas fondlarından asılı olur. Bu sahələrdə  təmər-



küzləşmənin səviyyəsini müəyyən etmək üçün istehsal əsas fondla-

rının orta illik dəyərindən, maşın və avadanlıqların, əsas aqreqatla-

rın sayı və gücü göstəricilərindən istifadə etmək məqsədəuyğundur. 

İstehsal  əsas fondlarının orta illik dəyər göstəricisi təmərküzləş-

mənin səviyyəsini və dinamikasını daha düzgün əks etdirir. İstehsalın 

maddi-texniki bazası genişləndikcə və elmi-texniki tərəqqinin tempi 

yüksəldikcə bu göstəricinin rolu da artır. Lakin bu göstəricinin də ça-

tışmayan cəhətləri mövcuddur. Belə ki, müəssisədə əsas fondlar ilkin 

dəyərləri ilə uçota alınır. Zaman keçdikcə iqtisadi vəziyyətin dəyiş-

məsi (məsələn, inflyasiya) nəticəsində ayrı-ayrı dövrlərdə alınmış, la-

kin eyni texniki xarakteristikaya malik istehsal əsas fondları  dəyər-

lərinə görə bir-birindən fərqlənir. Bu da istehsalın təmərküzləşməsini 

qiymətləndirərkən kənarlaşmalara gətirib çıxarır. 

Bəzən təmərküzləşmənin səviyyəsini xarakterizə etmək üçün 

texnoloji prosesə sərf edilən enerji gücünün kəmiyyətindən istifa-

də edirlər. Lakin bu göstərici sahələr üzrə enerji tutumundakı fərqlə-

ri nəzərə almır və bu da onun analitik təhlil üçün dəyərini, mötəbərli-

lik səviyyəsini aşağı salır. 

Bir sözlə, təmərküzləşmə formaları və təmərküzləşmənin texniki-

iqtisadi və təşkilati amillərinin müxtəlifliyi onların səviyyələrini öy-

rənmək üçün tətbiq olunacaq göstəricilərin də mahiyyətcə müxtəlif 

olmalarını tələb edir. 

3. Müəssisənin optimal ölçüsü və onu müəyyən edən amillər 

Firmaların böyüməsinin başlıca mənbəyini istehsalın miqyasca ar-

tımından əldə olunan qənaət təşkil edir. Lakin istehsal proseslərinin xü-

susiyyətlərindən, istehsal olunan məhsulun həcmindən, müasir elmi-

texniki tərəqqinin tələblərindən və s.-dən asılı olaraq, ayrı-ayrı sahə-

lərin bu qənaəti reallaşdırmaq imkanları müxtəlif olur. Buna görə də 

müxtəlif sənaye sahələrində firma və müəssisələrin müxtəlif ölçü 

strukturları formalaşır. 

 105



Telman Huseynov 

Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatda inten-

siv amillərin rolu kəskin surətdə artacaqdır. Həm istehsala cəlb olunan 

müxtəlif resursların (maddi, əmək, maliyyə, informasiya) məhdudluğu, 

həm də onların qiymətlərinin yüksək olması istehsal xərclərinin artması 

ilə baş verir. Məhz buna görə də, mövcud istehsal güclərindən daha tam 

istifadə olunması, istehsalın material, enerji və əmək tutumunun azaldıl-

ması təsərrüfatçılıqda prioritetə çevrilir. Ümumiyyətlə, intensivləşdirmə – 

məhsulun, istehsal vasitələrinin və iş qüvvəsinin təkrar istehsaldakı key-

fiyyət dəyişiklikləri – yeni texnoloji istehsal üsullarının orta və kiçik 

müəssisələr qrupuna uyğunlaşdırılmasına gətirib çıxarır, bütün bunlar isə 

firma və müəssisələrin səmərəli ölçüsünün seçilməsi ilə əlaqədar olur. 



Beləliklə, yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq istehsal 

firmaları və müəssisələrin optimal ölçüsü problemi yenidən, həm 

də daha aktual məzmunda meydana çıxır. Başqa sözlə, bu proble-

min həlli əvvəlkindən fərqli, yeni yanaşma tərzi tələb edir. Məsələ-



nin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan iki tərəfi ön plana keçir:  

a) firmanın daha yüksək son nəticə  əldə etməyinə imkan verən 

ölçüsünün seçilməsi üçün əsas götürüləcək texniki, iqtisadi, sosial və 

s. amillərin müəyyənləşdirilməsi; 

b) sənayedə, onun ayrı-ayrı sahələrində, hətta ayrı-ayrı bölgələrdə 

firma və müəssisələrin optimal təsərrüfat əlaqələrinin müəyyənləşdi-

rilməsi. Bu cür optimallaşdırma meyli bütün inkişaf etmiş ölkələr, o 

cümlədən elmi-texniki tərəqqinin ən yüksək templərinə malik ölkələr 

üçün səciyyəvidir. 

Bu və ya digər firmanın yaradılması zamanı sahibkar bazar 

konyunkturasını, məhsula olan tələbatı və onun dəyişməsini, baza-

rın miqyasını, rəqabət səviyyəsini və s. amilləri əsas götürür. Bu-

nunla yanaşı, hər bir istehsal firması üçün istehsalın texnoloji cə-

hətdən yol verilə bilən minimal ölçüsü mövcuddur və firmanın hə-

min ölçüdən kiçik yaradılması texnoloji tələblər baxımından müm-

kün, iqtisadi baxımdan məqsədəuyğun olmur. Firmanın ölçüsünün 

yuxarı  həddi isə bazarda mövcud olan konyunktura vasitəsilə 

müəyyənləşir. Bütün bunlar isə, nəticə etibarilə, firma və müəssi-

sənin optimal ölçüsünün müəyyənləşdirilməsi zərurətini yaradır. 

Yəni sahibkar öz vəsaitlərini daha səmərəli istehsala yönəltməklə 

daha çox gəlir əldə etməyə üstünlük verir. 

 106



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə