Telman Huseynov
nün gücə görə təkamülü dinamikasını və habelə müxtəlif güc qrupu-
na daxil edilən aqreqatların ümumi istehsaldakı payını öyrənmək da-
ha düzgündür. Natural göstəricilərin köməyilə yalnız yekcins məhsul
buraxan və müəssisənin sadə strukturu ilə fərqlənən sahələrdə istehsa-
lın təmərküzləşmə səviyyəsini öyrənmək mümkündür.
Geniş nomenklaturada məhsul buraxan istehsallarda, məsələn, ma-
şınqayırmada natural göstəricilərin tətbiqi nəinki mövcud reallığı daha
düzgün aşkar edə bilər, əksinə, hətta onların tətbiqi belə mümkün ol-
mur. Belə halda dəyər göstəricilərinin tətbiqi məqsədəuyğundur.
Məhsulun həcm göstəricisi istehsalın təmərküzləşməsini daha
düzgün əks etdirir. Lakin bu zaman məhsulun həcmini xarakterizə
edən göstəricilərdən birinin düzgün seçilməsi çox vacibdir. Çünki bə-
zən ümumi, əmtəəlik və reallaşdırılan məhsulun həcm göstəriciləri
müəssisədə istehsalın təmərküzləşməsi haqqında düzgün təsəvvür ya-
ratmır, dəqiq informasiya vermir. Məsələn, müəssisənin əmtəəlik
məhsulunda kənardan alınmış xammal, material və dəstləşdirici mə-
mulatların xüsusi çəkisi yüksəkdirsə, belə müəssisənin iri müəssisə
kimi qəbul edilməsi düzgün olmazdı. Buna görə də, müəssisənin öl-
çüsünü və ya mütləq təmərküzləşməni qiymətləndirərkən müəssisə-
nin kənardan alınan (kooperativləşmə yolu ilə) deyil, daxilində yara-
dılan dəyərin nəzərə alınması daha düzgün və məqsədəuyğun olardı.
Belə göstəricilərə şərti-xalis məhsulu, normativ emal dəyərini, əlavə
olunmuş dəyərin həcmini və s. aid etmək olar.
Təmərküzləşmə səviyyəsini öyrənmək üçün istifadə edilən
göstəricilərdən biri də «sənaye-istehsal heyətinin orta illik sayı»
göstəricisidir. Lakin bu göstərici ilə təmərküzləşmənin səviyyəsini
qiymətləndirmək əməyin texnika ilə silahlılığı səviyyəsindən asılıdır
və həmin göstəricinin səviyyəsi də ayrı-ayrı müəssisələrdə müxtəlif
olur. Buna görə də istehsal prosesinin mexanikləşdirmə və avtomat-
laşdırılma dərəcəsi yüksək olan iri müəssisənin, əməyin texniki silah-
lılığı aşağı olan nisbətən kiçik müəssisə ilə müqayisədə təmərküzləş-
mə səviyyəsi aşağı qiymətləndirilə bilər. Digər tərəfdən, elmi-texniki
tərəqqinin təsiri nəticəsində istehsalda məşğul olan işçilərin sayının
artımına nisbətən məhsul istehsalı həcmi və istehsal əsas fondlarının
dəyəri daha yüksək templə artır, bu da işçilərin sayına görə istehsalın
təmərküzləşməsi səviyyəsini qiymətləndirərkən müəssisənin orta öl-
104
Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü
çüsünün və iri müəssisələrin xüsusi çəkisinin artımı haqqında düzgün
nəticəyə gəlməyə imkan vermir.
Əməyin texniki silahlılığının yüksək olduğu sahələrdə (qara metal-
lurgiya, energetika, kimya sənayesi və s.) məhsul buraxılışı, əsasən,
müəssisənin istehsal əsas fondlarından asılı olur. Bu sahələrdə təmər-
küzləşmənin səviyyəsini müəyyən etmək üçün istehsal əsas fondla-
rının orta illik dəyərindən, maşın və avadanlıqların, əsas aqreqatla-
rın sayı və gücü göstəricilərindən istifadə etmək məqsədəuyğundur.
İstehsal əsas fondlarının orta illik dəyər göstəricisi təmərküzləş-
mənin səviyyəsini və dinamikasını daha düzgün əks etdirir. İstehsalın
maddi-texniki bazası genişləndikcə və elmi-texniki tərəqqinin tempi
yüksəldikcə bu göstəricinin rolu da artır. Lakin bu göstəricinin də ça-
tışmayan cəhətləri mövcuddur. Belə ki, müəssisədə əsas fondlar ilkin
dəyərləri ilə uçota alınır. Zaman keçdikcə iqtisadi vəziyyətin dəyiş-
məsi (məsələn, inflyasiya) nəticəsində ayrı-ayrı dövrlərdə alınmış, la-
kin eyni texniki xarakteristikaya malik istehsal əsas fondları dəyər-
lərinə görə bir-birindən fərqlənir. Bu da istehsalın təmərküzləşməsini
qiymətləndirərkən kənarlaşmalara gətirib çıxarır.
Bəzən təmərküzləşmənin səviyyəsini xarakterizə etmək üçün
texnoloji prosesə sərf edilən enerji gücünün kəmiyyətindən istifa-
də edirlər. Lakin bu göstərici sahələr üzrə enerji tutumundakı fərqlə-
ri nəzərə almır və bu da onun analitik təhlil üçün dəyərini, mötəbərli-
lik səviyyəsini aşağı salır.
Bir sözlə, təmərküzləşmə formaları və təmərküzləşmənin texniki-
iqtisadi və təşkilati amillərinin müxtəlifliyi onların səviyyələrini öy-
rənmək üçün tətbiq olunacaq göstəricilərin də mahiyyətcə müxtəlif
olmalarını tələb edir.
3. Müəssisənin optimal ölçüsü və onu müəyyən edən amillər
Firmaların böyüməsinin başlıca mənbəyini istehsalın miqyasca ar-
tımından əldə olunan qənaət təşkil edir. Lakin istehsal proseslərinin xü-
susiyyətlərindən, istehsal olunan məhsulun həcmindən, müasir elmi-
texniki tərəqqinin tələblərindən və s.-dən asılı olaraq, ayrı-ayrı sahə-
lərin bu qənaəti reallaşdırmaq imkanları müxtəlif olur. Buna görə də
müxtəlif sənaye sahələrində firma və müəssisələrin müxtəlif ölçü
strukturları formalaşır.
105
Telman Huseynov
Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatda inten-
siv amillərin rolu kəskin surətdə artacaqdır. Həm istehsala cəlb olunan
müxtəlif resursların (maddi, əmək, maliyyə, informasiya) məhdudluğu,
həm də onların qiymətlərinin yüksək olması istehsal xərclərinin artması
ilə baş verir. Məhz buna görə də, mövcud istehsal güclərindən daha tam
istifadə olunması, istehsalın material, enerji və əmək tutumunun azaldıl-
ması təsərrüfatçılıqda prioritetə çevrilir. Ümumiyyətlə, intensivləşdirmə –
məhsulun, istehsal vasitələrinin və iş qüvvəsinin təkrar istehsaldakı key-
fiyyət dəyişiklikləri – yeni texnoloji istehsal üsullarının orta və kiçik
müəssisələr qrupuna uyğunlaşdırılmasına gətirib çıxarır, bütün bunlar isə
firma və müəssisələrin səmərəli ölçüsünün seçilməsi ilə əlaqədar olur.
Beləliklə, yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq istehsal
firmaları və müəssisələrin optimal ölçüsü problemi yenidən, həm
də daha aktual məzmunda meydana çıxır. Başqa sözlə, bu proble-
min həlli əvvəlkindən fərqli, yeni yanaşma tərzi tələb edir. Məsələ-
nin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan iki tərəfi ön plana keçir:
a) firmanın daha yüksək son nəticə əldə etməyinə imkan verən
ölçüsünün seçilməsi üçün əsas götürüləcək texniki, iqtisadi, sosial və
s. amillərin müəyyənləşdirilməsi;
b) sənayedə, onun ayrı-ayrı sahələrində, hətta ayrı-ayrı bölgələrdə
firma və müəssisələrin optimal təsərrüfat əlaqələrinin müəyyənləşdi-
rilməsi. Bu cür optimallaşdırma meyli bütün inkişaf etmiş ölkələr, o
cümlədən elmi-texniki tərəqqinin ən yüksək templərinə malik ölkələr
üçün səciyyəvidir.
Bu və ya digər firmanın yaradılması zamanı sahibkar bazar
konyunkturasını, məhsula olan tələbatı və onun dəyişməsini, baza-
rın miqyasını, rəqabət səviyyəsini və s. amilləri əsas götürür. Bu-
nunla yanaşı, hər bir istehsal firması üçün istehsalın texnoloji cə-
hətdən yol verilə bilən minimal ölçüsü mövcuddur və firmanın hə-
min ölçüdən kiçik yaradılması texnoloji tələblər baxımından müm-
kün, iqtisadi baxımdan məqsədəuyğun olmur. Firmanın ölçüsünün
yuxarı həddi isə bazarda mövcud olan konyunktura vasitəsilə
müəyyənləşir. Bütün bunlar isə, nəticə etibarilə, firma və müəssi-
sənin optimal ölçüsünün müəyyənləşdirilməsi zərurətini yaradır.
Yəni sahibkar öz vəsaitlərini daha səmərəli istehsala yönəltməklə
daha çox gəlir əldə etməyə üstünlük verir.
106
Dostları ilə paylaş: |