Telman Huseynov
Lakin bazar iqtisadiyyatı şəraitində bunların sərbəstləşdirilməsi daha
məqsədəuyğundur. Çünki bu halda rəqabət üçün geniş meydan yaranır.
2.Üfiqi əlaqələr. Bu, son hazır məhsulun istehsalı ilə məşğul olan
müxtəlif ölçülü müstəqil müəssisələr arasında yaranır. Belə əlaqələrə
daxil olmaqda hər bir müəssisə sərbəstdir və bu, həmin müəssisələrin
təsərrüfat müstəqilliklərinə ciddi ziyan gətirmir. Belə əlaqələr, adə-
tən, bu və ya digər istiqamətdə həmin qrup müəssisələr üçün daha əl-
verişli xarici iqtisadi münasibətlər mühiti yaratmaq üçün qurulur.
Məsələn, sərbəst müəssisələr birləşib bank, elmi-tədqiqat institutu,
informasiya-xidmət təşkilatları, sınaq-təcrübə laboratoriyaları, müş-
tərək tələblərə xidmət edən istehsal firmaları və sahibkarlığın digər
təşkilati-iqtisadi formalarını yarada bilirlər.
Sənaye sahələrinin bu cür qruplaşdırılmasının və ayrı-ayrı sahələr-
də müxtəlif ölçülü müəssisələr arasında əlaqə formalarının müəyyən-
ləşdirilməsinin, kiçik müəssisələrin yaranması və inkişafı perspektiv-
ləri baxımından müstəsna əhəmiyyəti vardır. Lakin iri, orta və kiçik
firma və müəssisələrin təsərrüfat fəaliyyətlərinin səmərəli uzlaşdırıl-
ması problemi həmin müəssisələr arasında mütərəqqi əlaqə formaları-
nın seçilməsi ilə öz-özünə həll olunmur. Düzgün əlaqə formalarının
seçilməsi məsələnin yalnız bir tərəfidir. Müxtəlif ölçülü müəssisələ-
rin səmərəli (perspektivdə isə optimal) uzlaşdırılması probleminin
daha mühüm və fundamental tərəfi isə iqtisadi inkişafın müasir və
perspektiv tələblərinə cavab verən mütərəqqi sahə (habelə sənaye,
ərazi) quruluşunun formalaşdırılmasıdır.
Bazar iqtisadiyyatı sisteminə keçmiş ölkələrdə istehsalın təmərküz-
ləşdirilməsi prosesi (xüsusilə, aqreqat forması üzrə) ilə yanaşı onun di-
versifikasiyası, başqa sözlə, kiçik müəssisələrin və istehsalların yaran-
ması prosesi də baş verir. Lakin iri müəssisələrin kiçik müəssisələrlə
mövcudluğu «autsayder»lər üçün nəinki təhlükəlidir, əksinə, hətta
faydalıdır. Buna səbəb həmin ölkələrdə fəaliyyət göstərən lizinq şir-
kətləri kiçik müəssisələr üçün bir növ "mühafizəçi" kimi çıxış etmə-
ləridir. Onlar lizinqin köməyilə, yəni maşın, avadanlıq, nəqliyyat va-
sitələri, istehsal qurğuları və s.-ni icarəyə verməklə bunların istehsal-
çıları ilə istehlakçıları – kiçik müəssisələr arasında vasitəçilik edirlər.
Lizinq icarədarlığın xüsusi növüdür, adi icarədarlıqdan onu fərq-
ləndlirən budur ki, lizinq alan, adi icarədardan fərqli olaraq, aylıq
110
Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü
icarə haqqı deyil, texnikanın amortizasiya ayırmalarının tam məblə-
ğini ödəyir və elə bu səbəbdən də onun istismarına qayğı ilə yanaşır.
Lizinqi adi icarədarlıqdan fərqləndirən başqa bir cəhət də odur
ki, icarə müddəti qurtardıqdan sonra – tərəflərin razılığı ilə – icarəçi
həmin istehsal-texniki təyinatlı əmlakı, daha dəqiq desək, əmək vasi-
tələrini ala bilər. Bununla da, iqtisadi gücü o qədər də çox olmayan
kiçik müəssisələr üçün belə alqı-satqı sövdələşməsi daha sərfəlidir.
Bütün bunlara onu da əlavə etmək lazımdır ki, ümumiyyətlə, lizinq
şirkətləri kiçik və orta ölçülü müəssisələrin iqtisadi təhlükəsizliyinin
təminatçısı olmaqla yanaşı, icarəyə verdikləri əmək vasitələri üzrə
elmi-texniki tərəqqinin daşıyıcısı rolunu da oynayırlar.
İri və kiçik müəssisələrin icarə münasibətləri – lizinq və françayzinq –
haqqında daha geniş məlumat XVI fəslin sonunda veriləcəkdir.
Nəhayət, müəssisələrin optimal ölçüsü də istehsalın təmərküzləş-
məsi həddi qədər dəqiq hesablamalara əsasən müəyyən olunmalıdır.
Problemin hər iki tərəfi, həm təmərküzləşmənin yuxarı sərhədinin və
həm də müəssisənin optimal ölçüsünün düzgün tapılması, nəticə eti-
barilə, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə müsbət
planda təsir göstərə bilərlər.
4. İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi
İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi öz əksini fir-
ma və ya müəssisənin ölçülərinin artması nəticəsində istehsalın texniki-
iqtisadi göstəricilərinin yaxşılaşmasında tapır. Təmərküzləşmənin
səmərəliliyinin əsas göstəricilərinə əmək məhsuldarlığının səviyyə-
sinin yüksəlməsini, məhsul vahidinin maya dəyərinin aşağı düşməsini,
fondveriminin artmasını səciyyələndirən göstəricilər aiddir.
Böyük həcmdə istehsal güclərinin, material və əmək resurslarının bir
müəssisədə toplanması, başqa sözlə, təmərküzləşdirmə, istehsalın bütün
ünsürlərindən səmərəli istifadə olunmasına şərait yaradır; əmək məh-
suldarlığı yüksəlir, maya dəyəri aşağı düşür, fondverimi artır və nəticə
etibarilə, həmin müəssisədə istehsalın səmərəliliyi təmin edilmiş olur.
İri müəssisələr səmərəlilik baxımından bir çox üstünlüklərə
malik olur ki, bunları şərtləndirən amillər aşağıdakılardır:
1.
İri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan ava-
danlıqlar tətbiq etmək mümkündür. Avadanlığın fərdi gücünün artırıl-
111
Telman Huseynov
ması həmişə texnoloji proseslərin intensivləşdirilməsi ilə müşayiət olu-
nur, çünki avadanlığın çəkisi və qabariti onun gücünə nisbətən az artır
(«gücdə tərəqqi – çəkidə tənəzzül!»). Bu baxımdan, daha güclü ava-
danlığın güc vahidi nisbətən ucuz başa gəlir. Digər tərəfdən, avadan-
lıqların güclərinin artırılması binalara əlavə ehtiyacı azaldır, istehsal sa-
həsindən istifadə səmərəliliyini artırır və nəticədə kapital qoyuluşlarına
qənaətə səbəb olur. Bir qayda olaraq, avadanlığın fərdi gücü artırılarkən
xidmətedici heyətin sayı dəyişməz qalır və ya cüzi artır, bu da əmək
məhsuldarlığının artmasına səbəb olur. Beləliklə, qeyd edilənlər nəticə-
sində güc vahidinə düşən məhsul istehsalının həcmi artır, avadanlığın
dəyərinə nisbətən istehsal edilən məhsulun dəyəri çox olur.
2.İri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili formala-
rına keçmək daha asan olur. İri istehsallarda məhsul buraxılışının küt-
ləvilik səviyyəsi yüksək olduğundan, burada ixtisaslaşmış (xüsusi)
avadanlıqların, axın xətlərinin tətbiqinə, avtomatlaşdırma və komp-
leks mexanikləşdirmə işinin həyata keçirilməsinə şərait yaranır;
müəssisənin bütün texniki-iqtisadi və iqtisadi göstəriciləri yaxşılaşır.
3.
İstehsalın həcmcə artımına nisbətən qeyri-mütənasib artan xərclər –
binaların qızdırılması və işıqlandırılmasına enerji sərfi, inzibati-idarə he-
yətinin əmək haqqı və s. azaldığından iri istehsalda hazırlanan məhsulun
maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur.
4.Təmərküzləşmə səviyyəsi yüksək olan istehsallarda xammal və
materiallardan, yanacaqdan qənaətlə istifadə üçün yeni, daha mü-
kəmməl texnika, mütərəqqi texnoloji istehsal üsulunun tətbiqinə əl-
verişli şərait yaranır. İri istehsallarda tullantıların köməyilə, müəssi-
sənin profilinə uyğun olmasa da, başqa məhsulların istehsalının təş-
kilinə geniş imkanlar açılır.
5.
İri istehsallarda elmi-tədqiqat və sınaq laboratoriyaları, güclü
konstruktor büroları yaratmaq mümkün olur ki, bunlar da öz növbəsində
elmi-texniki tərəqqinin inkişafına əsas yaradır və istehsal ünsürlərindən
daha səmərəli istifadə üçün elmi tövsiyələr hazırlamaq mümkün olur.
Qeyd etmək lazımdır ki, təmərküzləşmənin iqtisadi üstünlükləri
aqreqat təmərküzləşmə forması üçün daha səciyyəvidir.
İstehsalın ekstensiv yolla təmərküzləşdirilməsi zamanı istehsal
meydançalarının genişləndirilməsi – əlavə sexlərin tikilməsi, müəs-
sisədaxili nəqliyyat xərcləri, binaların qızdırılması, işıqlandırılması,
112
Dostları ilə paylaş: |