Telman Huseynov
Kombinələşdirmə əmək predmetinin emalında, mexaniki və kim-
yəvi üsullara əsaslanan sənaye sahələrində eyni tərzdə baş vermir,
fərqlənirlər. Kimyəvi üsullar vasitəsilə əmək predmetinin emalını hə-
yata keçirən istehsallarda texnoloji prosesin xarakteri kombinatların
yaradılması zəruriliyinə daha çox meylli olurlar. Belə ki, kimya kom-
binatlarında texnoloji mərhələnin hansısa bir yerində fasilə yaratmaq
qeyri-mümkündür. Buna səbəb emalın texnoloji ardıcıllığındakı üz-
vi bağlılıqdır və fasilələyə yol verilərsə, emalın sonrakı mərhələlə-
rinə daxil olacaq bitməmiş istehsal öz fiziki-kimyəvi xüsusiyyətlə-
rini itirə bilər.
Buraya onu da əlavə etmək lazımdır ki, reqlamentlərə
riayət olunmazsa, kimya texnologiyasına əsaslanan istehsallar, daha
dəqiq desək, kimya məhsullarının istehsalı ətraf mühitin çirklənməsi
üçün təhlükə yarada bilər. Əgər kimya kombinatlarının müəyyən mər-
hələlərindən birini ayırıb başqa ərazidə yeni müəssisə yaratmaqla kim-
yəvi yarımfabrikatlar yenidən emal edilərsə, ətraf mühitin qorunması
işi daha da mürəkkəbləşə bilər. Başqa sözlə, kimya məhsullarının
nəinki istehsalı, həm də onların istehlakı da ətraf mühit üçün po-
tensial cəhətdən eyni dərəcədə təhlükəlidir.
Bu mənada kimya məh-
sulları istehsalının pərakəndə qaydada deyil, kombinələşmiş şəkildə
eyni bir məkanda təşkili iqtisadi məqsədəuyğunluğu və texniki cəhət-
dən zəruriliyi kimi, ekoloji baxımından da əlverişlidir.
Mexaniki emala əsaslanan istehsallarda – kombinatlarda – mərhə-
lələrin biri-birindən ayrılaraq müstəqil fəaliyyət göstərmələri texniki-
təşkilati baxımdan çətin deyil, ekoloji cəhətdən təhlükəsizdir, lakin iq-
tisadi cəhətdən çox hallarda məqsədəuyğun olmur. Məsələn, komvol
kombinatlarında, mexaniki üsullarla xammalı emal edən, adətən, üç
fabrikin fəaliyyəti birləşdirilir: əyirici, toxucu, boyama-ütüləmə. Bun-
ların hər birini ayrı-ayrılıqda – müxtəlif məkanda – yerləşdirməklə də
son məhsulu zəruri keyfiyyətdə istehsal etmək mümkündür. Lakin iq-
tisadi baxımdan yun parça istehsalının belə təşkili məqbul sayıla
bilməz, çünki fabriklər arasında yaranacaq təsərrüfat əlaqələri
nəqliyyat xərclərini artıracaq, nəticədə yun parçanın maya dəyəri
xeyli yüksələcəkdir.
Bir sözlə, kombinələşmə texnologiyasının özünə-
məxsusluğundan asılı olaraq, kombinatların yaradılması ya iqtisadi və
təşkilati, ya da texnoloji istehsal üsulunun orijinallığı və ekoloji əl-
verişlilik amillərinə söykənə bilər.
134
Fəsil 6. Firmada kombinələşdirmə
Azərbaycan Respublikasının təbii sərvətlərindən neft və təbii qa-
zın emalına əsaslanan kombinələşdirmə perspektiv inkişaf imkanları
baxımından ən əhəmiyyətlisidir. Belə ki, neftayırma və neft-kimya
sənayesində neftdən alınan məhsulların və təbii qazın emalı kombi-
nələşmənin formalarından olan xammalın kompleks işlənməsi üsulu
üçün gələcəkdə – neft kontraktları reallaşdıqca, neft hasilatı artdıqca –
güclü amilə çevriləcəkdir. Həmin xammal və materiallar əsasında
müvafiq kombinələşdirmə işinin həyata keçirilməsində təcrübə topla-
mağa ehtiyac da yoxdur, çünki bunların sələfi olan kombinatların
respublikamızda yaradılma tarixi kifayət qədərdir.
Neft-kimya kombinatları neftin dərininə emalının köməyilə müx-
təlif yanacaq (benzin, kerosin, liqroin, mazut və s.) növlərindən əlavə
geniş çeşiddə kimya məhsulları – sintetik qətran və kauçuk, plastik
kütlə, süni və sintetik liflər və s. almaq mümkündür. Bütün bunlara
nail olmaq üçün neftin dərininə emalını təmin edən, mükəmməl tex-
nologiyanın və habelə adları sadalanan və digər kimyəvi məhsulların
alınması üçün elm və texnikanın son nailiyyətlərinə əsaslanan yeni
texnoloji istehsal üsullarının tətbiqi tələb olunur.
Öz-özlüyündə aydındır ki, neft və təbii qaz əsasında yaradılacaq
kombinatların vercəyi kimyəvi məhsullar əlaqədar istehsalların da
(şin, parça və s.) inkişafına təkan verəcəkdir.
Azərbaycan Respublikasında bir sıra başqa sənaye sahələrinə
məxsus kombinatların (yüngül, yeyinti və s.) yaradılması və inkişaf
etdirilməsi üçün perspektivdə daha böyük imkanlar yaranacaqdır. Tə-
bii və texniki amillərdən əlavə həmin imkanlar bazar münasibətləri
və xüsusilə, onun aparıcı qanunları olan tələb və təklif qanunlarının
tələblərindən irəli gələcəkdir.
4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi
Kombinələşmə, istehsalın ictimai təşkilinin digər formaları kimi,
sənaye istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsində müstəs-
na rola malikdir.
Kombinələşdirilmiş istehsallarda, xüsusilə kimya, neftayırma, me-
tallurgiya və yeyinti sənayesi sahələrində prosesin fasiləsizliyi texno-
loji əməliyyatları icra edən maşın, avadanlıq, aparat və s.-nin aramsız
işləmələri ilə şərtləndiyindən istismarda olan əmək vasitələrindən sə-
135
Telman Huseynov
mərəli istifadəni təmin edir. Onların eyni vaxtda – paralel olaraq – bir
neçə növ məhsul istehsal etmələri, əlbəttə, həmin məhsulların ayrı-ayrı
müəssisələrdə istehsalından səmərəlidir, çünki sonuncu variantda tex-
noloji prosesə əlavə avadanlıqlar cəlb etməyə ehtiyac qalmır.
Kombinələşmə canlı əməyə qənaət, məhsulun əməktutumunun
azaldılmasında, başqa sözlə, əmək məhsuldarlığının yüksəldilməsin-
də geniş texniki-təşkilati imkanlara malikdir. İlk əvvəl bu onunla əla-
qədardır ki, kombinat fəhlələri – onun istehsal avadanlıqları kimi –
bir deyil, eyni vaxtda bir neçə məhsulun istehsalı işini icra edirlər.
Kombinatın sahə məxsusluğundan asılı olaraq onların bir qis-
mində istehsalın avtomatlaşdırılması və kompleks mexanikləşdi-
rilməsi, fərdi texniki gücü böyük olan avadanlıqların tətbiqi yük-
sək əmək məhsuldarlığına da təminat verir.
Kombinələşdirmənin hər üç formasında eyni məkanda müxtəlif
sənaye sahələrinə məxsus bir neçə məhsulun istehsalının təmərküz-
ləşdirilməsi onların ayrı-ayrı müəssisələrdə istehsalının təşkilinə nis-
bətən köməkçi və xidmətedici sahələr, xüsusilə istehsal infrastruktu-
runa əsaslı vəsait qoyuluşunun xüsusi çəkisini azaldır.
Kombinələşmənin ictimai istehsalın iqtisadi səmərəliliyinin yüksəl-
dilməsindəki rolu şərh edilərkən bir məsələ də unudulmamalıdır. Kom-
binatlarda müxtəlif istehsallar (müəssisələr) birləşdirildiyindən onların
ayrılıqda fəaliyyət şəraiti ilə müqayisədə onlardan hər birində yaradılan
zəruri həcmdə istehsal ehtiyatları ciddi şəkildə ixtisar edilir, daha doğ-
rusu, bu, yalnız birinci müəssisədə yaradılır. Məsələn, əgər Bakı komvol
kombinatına daxil olan fabriklər (əyirici, toxucu, boyama-ütüləmə) ayrı-
lıqda fəaliyyət göstərsəydilər, onlardan hər birində istehsal ehtiyatları
yaratmaq lazım gələrdi. Kombinat şəraitində həmin istehsal ehtiyatları-
nın üçündən ikisinə ehtiyac qalmır – o yalnız əyirici fabrikində yaradılır.
Beləliklə, kombinələşmənin iqtisadi üstünlüklərindən biri də xamma-
lın məcmu halda təsərrüfat dövriyyəsinə optimal həddə cəlb olun-
masına təminat verməsi, onların səfərbəredilmə səviyyəsini yüksəl-
də bilməsidir.
Nəticədə, istehsal ehtiyatlarının – xammal və materialın –
texnoloji prosesə «giriş» və məhsulun istehsaldan «çıxış» məqamları
arasındakı vaxt intervalı azalır – dövriyyə vəsaitlərinin dövr sürəti artır.
Ümumiyyətlə, kombinələşdirilmiş istehsal şəraitində əmək məh-
suldarlığının və fondveriminin daha yüksək, məhsulun material və
136
Dostları ilə paylaş: |