Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə31/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   27   28   29   30   31   32   33   34   ...   194

Telman Huseynov 

Əmək predmetlərinin texnoloji prosesə paralel-ardıcıl (qarışıq) ve-

rilməsinə əsaslanan istehsalın təşkili forması ardıcıl və paralel formala-

rının ortaq formasıdır və aryı-ayrılıqda onlardan hər birinə məxsus ça-

tışmazlıqları qismən aradan qaldırır. Məmulatlar əməliyyatdan-əməliy-

yata nəqliyyat partiyaları ilə verilir. Bu zaman avadanlıqlardan və işçi 

qüvvəsindən fasiləsiz istifadə  təmin edilir, texnoloji prosesin əməliy-

yatları üzrə detallar partiyasının paralel verilməsi də mümkün olur.  



İstehsalın təşkilinin paralel-ardıcıl (qarışıq) formasında isteh-

sal tsiklinin uzunluğu (T

i.t.q

) aşağıdakı kimi müəyyən olunur: 

T

i.t.q



 = T

d

 + (N – 1) x (



ΣT

u

 – 



ΣT

q



Burada, 

ΣT

u



 – uzunmüddətli (daha yüksək əməktutumlu) əməliy-

yatlara sərf olunan vaxtların cəmidir; 

 

ΣT

q



 – qısamüddətli (daha az əməktutumlu) əməliyyatlara 

sərf olunan vaxtların cəmidir.  

İki qısamüddətli  əməliyyatlar arasında icra olunan əməliyyatlar 

uzunmüddətli, uzunmüddətli əməliyyatlar arasında yerləşənlər isə qı-

samüddətli hesab olunur. Əgər əməliyyat bir tərəfdən uzunmüddətli, 

digər tərəfdən isə qısamüddətli əməliyyatla həmsərhəddirsə, onda bu 

nəzərə alınmır.  

Yuxarıda qeyd edilən formaların içərisində istehsal tsiklinin ən 

qısa uzunluğuna  əmək predmetlərinin texnoloji prosesə paralel veril-

məsi zamanı təmin edilir. Lakin bu zaman əməliyyatların müddətcə 

bərabərliyi və ya tam bölünən olması  əsas  şərt kimi çıxış edir. Əks 

halda, avadanlıqların boşdayanması, iş vaxtından səmərəsiz itkilərlə 

istifadə baş verir və əməliyyatlar arasında normadan artıq və lüzum-

suz fasilələr yaranır.  

İstehsalın təşkilinin məkan strukturu istehsal meydançasında yer-

ləşdirilmiş texnoloji avadanlıqların miqdarı (iş yerlərinin sayı) və on-

ların  əhatə olunduqları sahədə  əmək predmetlərinin hərəkəti istiqa-

məti üçün nəzərdə tutulmuş yerlərlə müəyyən olunur. Texnoloji ava-

danlıqların (iş yerlərinin) miqdarından asılı olaraq xüsusiləşmiş iş ye-

rinə malik birhəlqəli istehsal sistemi və sex, xətti və qarışıq strukturlu 

çoxhəlqəli istehsal sistemi fərqləndirilir. 

İstehsal prosesinin sex strukturu texnoloji həmcinslik üzrə ixti-

saslaşmanı nəzərdə tutan avadanlıqların (iş yerlərinin) materialla-

 

92




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

rın axınına paralel yerləşdirlməsinə  əsaslanan istehsal sahələrinin 

yaradılması ilə xarakterizə olunur. Bu halda istehsal sahəsinə daxil 

olan detallar sərbəst iş yerlərindən birinə yönəldilir və burada da zəruri 

emal tsiklindən keçəndən sonra digər istehsal sahəsinə (sexə) verilir.  

Xətti struktura malik sexlərdə isə avadanlıqlar (iş yerləri) 

texnoloji proses üzrə yerləşdirilir və detallar partiyası istehsal sa-

həsində bir iş yerindən digərinə ardıcıl verilərək emal olunurlar. 

İstehsalın təşkilinin qarışıq strukturu isə  xətti və sex struktur-

larının əlamətlərini özündə birləşdirir. 

Müəssisədə istehsalın səmərəli təşkilini müəyyən edən amillər 

içərisində prioritet göstəricilərdən biri də iş yerinin təşkilinin ne-

cəliyidir. 

Fəhlənin iş yeri elə təşkil olunmalıdır ki, o, (fəhlə) özünün əqli və 

fiziki imkanlarını tam gerçəkləşdirə bilsin. Bunun üçün, ilk əvvəl

fəhlənin növbə ərzində istifadə edəcəyi texniki vasitələr onun "əlinin 

altında" olmalıdır; fəhlənin işlədiyi mühit komfort səviyyəsinə çatdırıl-

malıdır, onun ətrafında səs, toz, isti, buxar, işıq, rütubət, qaz və s. bu 

kimi orqanizm üçün ziyanlı olan xarici təsirlər normanı keçməməli, 

minimum səviyyədə olmalıdır. Fəhlənin istismar etdiyi texnika təhlü-

kəsiz olmalıdır, başqa halda onun iş yeri təhlükəsizlik texnikası ilə tə-

min edilməlidir; zahirən  əhəmiyyətsiz görünən bir amil də maşın və 

avadanlığın, sex divarının rəngidir (qara rəng bədbinlik, palıd rəng yu-

xu gətirir, qırmızı rəng isə fəhləni əsəbiləşdirir). Bütün bunların müs-

bət həlli fəhlənin fəallığını artırır, onun saatlıq və növbəlik işinin nəti-

cələrini yaxşılaşdırır. 

Müəssisədə  fəhlənin iş yerinin mükəmməl təşkili, iş prosesinin 

gedişatına nəzarət etmək və  aşkar olunan nöqsanları aradan qaldır-

maq üçün vaxtaşırı olaraq iş vaxtının fotoqrafiyası  və xronometraj-

dan istifadə edilir.  



4. Firmada istehsalın təşkili formaları 

İstehsalın təşkili formaları istehsal prosesinin elementlərinin ara-

sında zaman və məkan baxımından yaranan sabit əlaqələr sisteminin 

müxtəlifliyini ifadə edir. Müxtəlif zaman və məkan strukturuna malik 

sistemlər istehsalın müxtəlif təşkili formalarını əmələ gətirir. Bunlara 

texnoloji, predmet, düzxətli, fərdi və qarışıq formalar aiddirlər.  

 93



Telman Huseynov 

İstehsal prosesinin təşkilinin texnoloji forması əmək predmet-

lərinin ardıcıl verilməsinə  əsaslanan sex strukturları ilə xarakterizə 

olunur. Bu forma texnoloji prosesdə dəyişikliklərin baş verdiyi xırda 

seriyalı istehsallarda daha səmərəlidir. Eyni zamanda bu formanın bir 

sıra çatışmazlıqları da vardır. Belə ki, istehsalın təşkilinin bu forma-

sında detalların say çoxluğu və onların emal prosesində  hərəkətinin 

təkrar olunması bitməmiş istehsalın həcminin və emal ediləcək detal-

ların saxlanma məntəqələrinin sayının artmasına gətirib çıxarır.  İs-

tehsal tsiklinin xeyli hissəsini istehsal sahələri arasındakı  əlaqələrin 

mürəkkəbliyi ilə bağlı olan vaxt itkisi təşkil edir. 



İstehsalın təşkilinin predmet forması xammal və materialın is-

tehsala verilməsinin paralel-ardıcıl ötürülməsi ilə qarışıq məkan struk-

turuna əsaslanır. Predmet strukturuna əsaslanan istehsal sahəsində tex-

noloji prosesin əvvəlindən axırına qədər detallar qrupunun emalı üçün 

zəruri olan bütün avadanlıqlar quraşdırılır. İstehsal sahələrinin pred-

met üzrə qurulması düzxətliliyi təmin edir və detalların hazırlanması-

nın istehsal tsiklini qısaldır. İstehsalın təşkilinin texnoloji formasına 

nisbətən bu forma detalların nəqli xərclərini və məhsul vahidinə dü-

şən istehsal sahələrinə  tələbatı azaltmağa imkan verir. Bununla belə, 

bəzən istehsalın təşkilinin bu formasında avadanlıqların tam yüklən-

məsi təmin edilmir. Bundan başqa, buraxılan məhsulun nomenklatura-

sının genişləndirilməsi və ya yeniləşdirilməsi istehsal sahələrinin dövri 

olaraq yenidən planlaşdırılmasını, avadanlıqlar parkının texnoloji 

strukturunun dəyişdirilməsini tələb edir. 



İstehsalın təşkilinin düzxətli forması əmək predmetlərinin tex-

noloji prosesə ardıcıl verilməsi  əsasında xətti strukturla xarakterizə 

olunur. İstehsalın təşkilinin bu forması ixtisaslaşma, düzxətlilik, fasi-

ləsizlik, paralellik kimi prinsiplərə riayət olunmasını  təmin etməyə 

imkan verir. İstehsalın təşkilinin bu formasının tətbiqi istehsal tsiklini 

qısaltmağa, əməyin ixtisaslaşması hesabına iş qüvvəsindən daha sə-

mərəli istifadə etməyə, bitməmiş istehsalın həcmini azaltmağa şərait 

yaradır. 



İstehsalın təşkilinin fərdi formasında  əməliyyatlar bütövlükdə 

bir iş yerində yernə yetirilir. Məmulat onun istehsalı ilə əlaqədar olan 

əməliyyatların  əsas hissəsi toplandığı yerdə hazırlanır. Bu formaya 

misal olaraq, məmulatın fəhlələr tərəfindən onun ətrafında hərəkəti 

 

94



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə