Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə34/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   30   31   32   33   34   35   36   37   ...   194

Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

daha böyük xüsusi çəkiyə malik olmaları ilə xarakterizə edilir. Bu tə-

mərküzləşmə forması bilavasitə elmi-texniki tərəqqini əks etdirir və 

yalnız intensiv yolla inkişaf edir. 



Təmərküzləşdirmənin istehsal-texniki forması qurulmuş avadan-

lıqların sayca çoxaldılması yolu ilə baş verir. Bu o deməkdir ki, təmər-

küzləşdirmənin bu forması yalnız ekstensiv yolla həyata keçirilir. 

Texnoloji təmərküzləşdirmə aqreqat və istehsal-texniki təmər-

küzləşdirmə formalarını özündə birləşdirir. Başqa sözlə, təmərküz-

ləşdirmənin bu formasında qurulmuş avadanlıqların sayca çoxaldıl-

ması onlardan hər birinin gücünün artırılması ilə eyni zamanda baş 

verir. Daha dəqiq desək, təmərküzləşdirmənin bu formasında həmin 

proses aqreqat və istehsal-texniki təmərküzləşdirmə formalarının 

vəhdətdə inkişafı nəticəsində yaranır. 

Təmərküzləşdirmənin formaları içərisində onun istehsal-texniki, 

başqa sözlə, müəssisədə istehsalların (sex, sahə və s.) çoxalması for-

ması nisbətən mürəkkəbdir və bunun istiqamətləri aşağıdakı kimidir: 

a) konstruktiv quruluşu, hazırlanma texnologiyası, iqtisadi təyi-

natı və istismar şəraiti oxşar olan məhsullar istehsalının bir müəssisə-

də  təmərküzləşməsi;  belə  təmərküzləşmə istehsalın ixtisaslaşması 

ilə nəticələnir; 

b) xammalın kompleks emalı və ya texnoloji ardıcıllıqla işlənilmə-

sinə əsaslanan təmərküzləşmə; belə təmərküzləşmə istehsalın kom-

binələşməsi ilə nəticələnir; 

c) son məhsulun hazırlanması prosesində texnoloji baxımdan əla-

qəli, lakin məkanca bir-birindən aralı olan müxtəlif istehsalların tə-

mərküzləşməsi; belə təmərküzləşmə istehsalın kooperativləşməsilə 



nəticələnir; 

d) təşkilati-təsərrüfat təmərküzləşməsi; belə təmərküzləşmə isteh-

salın təşkilində  hər hansı  dəyişiklik olmadan xırda müəssisələrin 

inzibati-idarə cəhətdən birləşdirilməsinə, onların təsərrüfatçılıq müs-

təqilliyini itirmək prinsipinə əsaslanır. Belə təmərküzləşmə müəssi-

sələrin idarə olunmasının mərkəzləşdirilməsi və sonradan isə is-

tehsalın yenidən təşkilinə ilkin şərtlər yaradılması ilə nəticələnir. 

Təmərküzləşdirmənin istehsal-texniki forması, habelə, ümumiy-

yətlə, təmərküzləşmə özünün çalarlıq müxtəlifliyinə baxmayaraq, nə-

ticə etibarilə, istehsalın daha böyük müəssisələrdə birləşməsi ilə nəti-

 101



Telman Huseynov 

cələnir və ictimai istehsalın təşkili formalarının – ixtisaslaşdırma, 

kooperativləşdirmə və kombinələşdirmə proseslərinin ilkin şərti kimi 

çıxış edir. Başqa sözlə, təmərküzləşmə istehsalın ictimai təşkilinin 

əsasıdırsa, qalanları onun törəmələridir. 

Nəhayət, təmərküzləşmənin fasiləsiz bir proses olduğu xüsusi 

qeyd edilməlidir, buna səbəb isə elmi-texniki tərəqqinin fasiləsiz bir 

ictimai-iqtisadi proses olmasıdır. 

Müəssisədə istehsalın təmərküzləşdirilməsi aşağıdakı istiqamətdə 

həyata keçirilə bilər: 

– ixtisaslaşdırılmış istehsalın təmərküzləşməsi; 

– kombinələşmiş istehsalların təmərküzləşməsi; 

– universal müəssisələrin ölçülərinin artması. 

Bu istiqamətlər içərisində ən səmərəlisi birincisidir. Həmcins məh-

sullar istehsalının daha iri müəssisələrdə cəmləşməsi yüksək məhsuldar 

və ixtisaslaşmış avadanlıqlardan, avtomatlaşdırılmış axın xətlərindən, is-

tehsalın təşkilinin mütərəqqi metodlarından istifadə etməyə imkan verir. 

Təmərküzləşmənin ikinci istiqaməti də səmərəlidir. Bu istiqamət 

texnoloji proseslərin yerinə yetirilməsinin ardıcıllığını, xammalın 

kompleks emalını, aralıq məhsul və tullantılardan istifadə etməyi, ət-

raf mühitin çirklənməsinin azalmasını təmin edir. 

Ən səmərəsiz variant üçüncü istiqamətdir. Bu istiqamətdə isteh-

salın təmərküzləşməsi nə istehsal proseslərinin oxşarlığına və ardıcıl-

lığına, nə  də xammalın kompleks emalına  əsaslanır. Universal tipli 

müəssisələr bir-birilə az əlaqəli istehsalları birləşdirir. 

İstehsalın təmərküzləşdirilməsini təhlil edərkən istehsalın ölçüsü 

ilə müəssisənin ölçüsü anlayışlarını fərqləndirmək zəruridir. İsteh-

salın ölçüsü istehsal prosesinin nəticəsini ifadə edir və natural, əmək və 

ya dəyər göstəricilərində  məhsulun kəmiyyəti ilə müəyyən olunur. 

Müəssisənin ölçüsü, istehsal prosesinin təşkili formalarının kəmiyyət 

xarakteristikasıdır və müəssisədə toplanmış maddi və əmək resurslarının 

məcmusu ilə, həmçinin istehsalın ölçüsü ilə müəyyən olunur. Bu baxım-

dan müəssisənin ölçüsünün artırılması və ya mütləq təmərküzləşməsini 

iki yolla: müəssisənin tərkibində olan istehsalların ölçülərini artırmaqla 

və müəssisədə istehsalların sayını çoxaltmaqla həyata keçirmək olar.  

Ayrı-ayrı sahələrdə istehsalın təmərküzləşməsi məhsulun və onun 

hazırlanması texnologiyasından asılıdır: metallurgiya və elektroener-

 102



Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

getika sahələrində istehsalın təmərküzləşməsi  əsas aqreqatların orta 

gücü ilə; dağ-mədən və toxuculuq sahəsində istehsal alətlərinin kom-

pleksi ilə; kütləvi və iriseriyalı istehsal tipinə əsaslanan maşınqayır-

ma müəssisələrində, elektrotexnika, radiotexnika sənayesində isteh-

salın texnologiyası və təşkili xarakteri ilə müəyyən olunur.  



2. İstehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri 

İstehsalın təmərküzləşməsinin inkişafı  səviyyəsini və dinamika-

sını öyrənmək üçün 2 qrup göstəricilərdən istifadə olunur. 

Birinci qrup göstəricilərin köməyilə təmərküzləşmə səviyyəsini 

sahəyə daxil olan müəssisələrin orta ölçüsü kimi öyrənir, təhlil edir 

və qiymətləndirirlər.  

İkinci qrup göstəricilər təmərküzləşmə səviyyəsini sahənin ümu-

mi məhsulunun müxtəlif ölçülü müəssisələr arasında bölgüsü və hər 

ölçü qrupu müəssisələrinin ümumi istehsaldakı payı vasitəsilə müəy-

yən olunur. 

Birinci qrup göstəricilər  əsasən mütləq təmərküzləşməni, ikinci 

qrup göstəricilər isə nisbi təmərküzləşməni səciyyələndirirlər. Mütləq 

təmərküzləşmənin səviyyəsi aqreqatların, istehsalların və müəssisələ-

rin maksimal və orta ölçülərini, nisbi təmərküzləşmənin səviyyəsi isə 

müxtəlif ölçülü aqreqat, istehsallar və müəssisə qrupları arasında 

sahənin ümümi həcminin bölgüsünü əks etdirir. 

Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək üçün na-

tural və dəyər ölçüsündə məhsul istehsalının həcmi, sənaye-istehsal he-

yətinin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri, energe-

tika avadanlıqlarının orta illik gücü və s. göstəricilərdən istifadə olunur. 

Təmərküzləşmə prosesinin tədqiqi zamanı daha düzgün nəticəyə 

gəlmək üçün qeyd edilən göstəricilərin hamısından eyni vaxtda – 

əmək tutumlu olsa da – istifadə olunması elmi və metodiki cəhətdən 

daha məqsədəuyğundur. Lakin bu o demək deyildir ki, göstəricilərin 

təklikdə tətbiqilə bütün hallarda düzgün nəticəyə gəlmək olmur. Tə-

mərküzləşmə formaları və yollarının müxtəlifliyi onun ölçülməsində 

tətbiq edilən göstəricilərin də müxtəlifliyini şərtləndirir. 

Təmərküzləşmənin aqreqat formasında natural göstəricilərin tət-

biqi real vəziyyəti və dinamikanı öyrənmək üçün daha məqsədəuy-

ğundur. Natural göstərici vasitəsilə, məsələn, hər hansı aqreqat növü-

 103



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə