Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə36/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   32   33   34   35   36   37   38   39   ...   194

Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

Təmərküzləşmənin iqtisadi baxımdan məqsədəuyğunluq sərhədi-

ni müəyyən etmək üçün firma və müəssisənin elmi-texniki cəhətdən 

əsaslandırılmış optimal ölçüsü tam dəqiqliklə müəyyən olunmalıdır. 

Müəssisədə istehsalın təmərküzləşdirilməsinin müəyyən səviyyə-

sində zavoddaxili xərclərin artması, istehsalın təşkili və idarə edil-

məsinin mürəkkəbləşməsi ilə  əlaqədar təmərküzləşmənin iqtisadi 

səmərəsi tamamilə tükənir və onun sonrakı artımı  səmərəsiz olur. 

Buna görə də, müəssisələrin – səmərəlilik baxımından – yol verilən 

maksimum ölçüsü vardır. Müəssisənin maksimum ölçüsü bütün 

analoji müəssisələr üçün eyni olur, etalon kimi qəbul edilir. 

Ümumi-nəzəri baxımdan firma və ya müəssisənin optimal ölçüsü 

az xərclə daha yüksək təsərrüfat nəticələrinə nail olunan həddir. 

Firmanın optimal ölçüsü müəyyən edilərkən həm onun daxili mü-

hitinin və  həm də xarici mühitinin yaratdığı amillərin təsiri nəzərə 

alınmalıdır. 

Müəssisə  və firmanın ölçüsünə istehsaldaxili amil kimi texnika-

nın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun oriji-

nallığı, istehsalın təşkili vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyə-

si və s. təsir göstərir. 

Müəssisənin istər maksimum yol verilə bilən və istərsə  də opti-

mal ölçüsünə, başqa sözlə, təmərküzləşmə səviyyəsinə bir sıra xarici 

amillər də təsir göstərirlər. Bunlara xammal və nəqliyyat amillərini, 

demoqrafik vəziyyəti (əmək ehtiyatlarının mövcudluğu), iqtisadi-

coğrafi amilləri (su təchizatı), regionun mənimsənilmə vəziyyəti, so-

sial infrastrukturun inkişaf səviyyəsi, ekoloji vəziyyət, vaxt amili, 

digər bu qəbildən olan amillər aiddir. 

İstehsal firmasının optimal ölçüsü bütün sahə üçün vahid deyildir 

və maksimum yol verilə bilən ölçüdən fərqli olaraq müxtəlif şəraitdə 

müxtəlif ola bilər. Maksimal ölçü yalnız istehsaldaxili amillərin təsiri 

altında formalaşır və buna görə bütün sahə üçün vahiddir. Firma və 

müəssisənin optimal ölçüsü təmərküzləşmənin səmərəsini xarici amil-

lər azaltmadıqda maksimum ölçüyə bərabər olur, məhdudlaşdırdıqda 

isə maksimum ölçüdən az olur.  

Artıq qeyd olunduğu kimi, bir qayda olaraq, müəssisənin ölçüsünün 

böyüməsi ilə  məhsul vahidinin buraxılışına xərclərin azalması baş 

verir, yəni müəyyən qənaət əldə olunur. Lakin istehsal xərclərinin 

 107



Telman Huseynov 

aşağı düşməsi müəssisənin ölçüsünün müəyyən hədlərinə  qədər 

baş verir. Bu hədd keçildikdə  xərclərin azalması meyli tədricən 

ləngiyir, daha sonra tamamilə dayanır. Bundan sonra müəssisənin 

ölçüsünün böyüməsi xərclərin də səmərəsiz artımına səbəb olur. Bu 

cür qütbləşmə  hədləri sənayenin ayrı-ayrı sahələrində (müəssisənin 

ölçüsünə  təsir göstərən müxtəlif amillərin təsiri nəticəsində) bir-bi-

rindən açıq-aşkar fərqli olur və hər bir konkret sahənin strukturunun 

müəyyən edilməsində mühüm rol oynayır. Həmin məsələnin aydın-

laşdırılması üçün minimal səmərəli ölçü konsepsiyasından istifadə et-

mək daha məqsədəuyğundur. Minimal səmərəli ölçü dedikdə, müəs-

sisənin uzunmüddətli orta istehsal xərclərini minimuma endirə bilə-

cək  ən aşağı istehsal həcmi başa düşülür.  Bu konsepsiyaya uyğun 



olaraq, sənaye sahələri 3 qrupa bölünür: 

– bir qrup sənaye sahələrində istehsal həcminin artması ilə məhsul 

vahidinə çəkilən xərclərin azalması prosesi (bu, miqyasın müsbət effekti 

adlanır) tez başa çatır və bundan sonra müəssisənin böyüməsi məhsul 

vahidinə xərclərin də artmasına (bu, miqyasın mənfi effekti adlanır) sə-

bəb olur. Belə sahələrdə minimal səmərəli ölçü istehsalın böyük olma-

yan həcmi ilə müəyyən edilir. Bu, həmin sahələrdə çoxlu sayda, nisbə-

tən kiçik istehsalçıların yanaşı mövcudluğuna imkan verir və rəqabətə sə-

bəb olur. Belə sahələrə: yeyinti sənayesində – ət-süd; yüngül sənayedə – 

tikiş, gön-dəri və ayaqqabı sənayesi; metal emalı sənayesi (metal məmu-

latları istehsalı); kombinələşdirilmiş yem istehsalı; sənayenin başqa 

sahələrində – bədii məmulatlar istehsalı, musiqi alətlərinin hazırlanması, 

oyuncaq istehsalı, kimyəvi təmizləmə və boyama, dəftərxana ləvazimatı 

istehsalı və s. aiddir. Xarici ölkələrin (məsələn, ABŞ, Yaponiya, İtaliya 

və başqalarının) təcrübəsi göstərir ki, qeyd olunan sahələrdə başlıca 

olaraq kiçik və orta ölçülü müəssisələr üstünlük təşkil edir;  

– bəzi sənaye sahələrində miqyasın müsbət effekti kifayət qədər 

tez başa çatır, mənfi effekt isə istehsalın daha böyük miqyaslarında 

yaranır. Belə sahələrdə həm kiçik, həm orta, həm də iri müəssisələr, 

demək olar ki, eyni dərəcədə səmərəlidir. Belə sahələrə: ağac emalı 

və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti materialları (sement is-

tehsalı istisna olmaqla), toxuculuq, balıq, konserv sənaye sahələri və 

s. aiddir. Məsələn, poliqrafiya sənayesində qəzet buraxılışı ilə tama-

milə iri müəssisələr məşğul olurlar. Kitab nəşri həm iri, həm orta 

 108



Fəsil 4. İstehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

müəssisələrdə eyni dərəcədə səmərəlidir; cildlənmə və fotoqrafiya işi 

isə əsasən kiçik müəssisələrdə cəmlənir;  

– nəhayət, sonuncu qrup sənaye sahələrində iri firmalar tam üs-

tünlüyə malikdirlər: bu sahələrdə miqyas artımından qənaət  əldə 

olunması daha sabit xarakter daşıyır və buna görə də iri müəssisələr 

daha səmərəli olurlar. Bu qrupa aşağıdakı sahələri daxil etmək olar: 

elektroenergetika, neft emalı, qara və əlvan metallurgiya, kimya və 

neft-kimya sənayesi, sement istehsalı, maşınqayırma,  şüşə  və çini-

saxsı  sənayesi, tibb sənayesi. Belə sahələrdə kiçik müəssisələr is-

tehsalın minimal səmərəli ölçüsünü təmin edə bilmirlər. Bu isə o 

deməkdir ki, hər hansı məhsula tələbatın müəyyən həcmində onun 

istehsalının kifayət qədər səmərəliliyinə az sayda iri müəssisələr he-

sabına nail olmaq mümkündür. Əlbəttə, bu, həmin sahələrdə kiçik 

müəssisələrin fəaliyyət imkanlarını  məhdudlaşdırır, lakin tam ara-

dan qaldırmır. Belə ki, həmin sahələrdən bəzilərində kiçik ölçülü 

müəssisələr  əsasən köməkçi və xidmətedici istehsallarla, habelə 

müəyyən yarımfabrikatlarla və hissələrin hazırlanması ilə  məşğul 

ola bilərlər. Son məhsul buraxılışı isə yalnız iri müəssisələrdə cəm-

lənir. Məsələn, maşınqayırma sənayesində ixtisaslaşdırılmış kiçik 

müəssisələr ümumi maşınqayırma təyinatlı xüsusi və kisici alətlər, 

ştamp və  tərtibatlar, habelə sahələrarası  və sahədaxili eyniləşdiril-

miş və standart hissələrin kütləvi istehsalı ilə məşğul ola bilirlər. 

Müxtəlif ölçülü müəssisələr arasında  əlaqə formalarının müəy-

yənləşdirilməsində yuxarıdakı qruplaşdırma mühüm rol oynayır. Be-

lə ki, hər bir konkret sahədə kiçik müəssisələrin yerinə yetirdikləri 

funksiyalardan asılı olaraq onların başqa müəssisələrlə əlaqələri for-

malaşır. Müxtəlif ölçülü müəssisələrin səmərəli uzlaşdırılması iki 



formada təşkil oluna bilər:  

1.Şaquli  əlaqələr.  Bu, üçüncü qrup sənaye sahələri, xüsusilə ma-

şınqayırma üçün daha xarakterikdir. Yəni burada kiçik müəssisələr iri 

müəssisələrin sifarişlərini yerinə yetirərək onlar üçün aralıq məhsul-

ları, hissələr, tərtibatlar, alətlər və s. istehsal edirlər. İri müəssisələr isə 

son hazır məhsulun yığılması və buraxılışı əməliyyatlarını həyata keçi-

rirlər. Bu halda kiçik müəssisələrin istehsal proqramı həmin iri müəs-

sisələrin sifariş portfeli əsasında formalaşır. Belə kiçik müəssisələr həm 

sərbəst, həm də baş müəssisənin tərkibində  fəaliyyət göstərə bilərlər. 

 109



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə