Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə42/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   38   39   40   41   42   43   44   45   ...   194

Fəsil 5. İxtisaslaşdirma və kooperasiyalaşma  

Əgər bu zaman daxili rentabellik norması normativdən çox, ödənmə 

müddəti azdırsa, onda ixtisaslaşdırmanın təkmilləşdirilməsi və dərinləş-

dirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulan 

investisiya qoyuluşları iqtisadi cəhətdən səmərəlidir, əgər daxili rentabel-

lik norması az, ödənmə müddəti çoxdursa, onda həmin tədbirlər səmə-

rəsiz olduğuna görə onların həyata keçirilməsi məqsədəuyğun deyildir. 

İxtisaslaşmadan  əldə edilən illik iqtisadi səmərə (Q) aşağıdakı 

düsturla müəyyən edilir: 

Q = Q


ux

 – E


h

×Δ

 



Ə 

Burada, Q

ux 



 



ixtisaslaşmanın keçirilməsindən  əldə olunan illik 

qənaətdir, manatla; 

 E

h

 – səmərəliliyin normativ əmsalı; 



 

ΔƏ – ixtisaslaşdırmanı həyata keçirmək üçün əlavə əsaslı 

vəsait qoyuluşudur.  

İstehsalın ixtisaslaşdırılmasına dair tədbirlərin həyata keçirilməsi 

ilə əlaqədar investisiya layihəsinin əlverişli variantının seçilməsində 

investisiyanın səmərəliliyinin qiymətləndirilməsinin standart metod-

larından istifadə olunur. Bunlara, əsasən, cari xalis dəyər və daxili 

rentabellik norması göstəriciləri aiddir. 

 

 

 



F İ K İ R L Ə Ş İ N 

 

1. İxtisaslaşma ilə təmərküzləşmənin nə əlaqəsi? 

2.

 

 İxtisaslaşdırma və kooperasiyalaşdırmanın mahiyyətini izah edin. 



3. İxtisaslaşdırmanın formaları haqqında nə kimi məlumatınız vardır? 

4. Kooperasiyalaşdırmanın hansı formaları vardır? 

5.

 

 İxtisaslaşdırma və kooperasiyalaşdırmanın səviyyəsini xarakterizə 



edən göstəricilər hansılardır? 

6. İxtisaslaşdırma və kooperasiyalaşdırmanın iqtisadi səmərəliliyi 

necə müəyən olunur? 

7. İxtisaslaşdırma və kooperasiyalaşdırmanın iqtisadi səmərəliliyini 

izah edin. 

 

 125



 

 

 

 

 

 

Fəsil 6. Firmada kombinələşdirmə  

1. Kombinələşmənin mahiyyəti və formaları  

2. Kombinələşdirmənin şərtləri və inkişafı  

3. Müxtəlif sənaye sahələrində kombinələşdirmənin xüsusiyyətləri  

4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi 

1.Kombinələşmənin mahiyyəti və formaları 

İctimai əmək bölgüsü və istehsalın təmərküzləşməsi onun ictimai 

təşkili formalarından biri olan kombinələşmənin də yaranmasının 

əsas şərti kimi çıxış edirlər. 

Bir çox sənaye sahələri üçün səciyyəvi olan, istehsalın ictimai təş-

kili forması kimi kombinələşdirmə – texnoloji, iqtisadi, təşkilati ba-



xımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalla-

rın, məhsul buraxmaq qabiliyyətlərinin proporsionallığını  təmin 

etmək şərtilə, vahid istehsal kompleksində birləşdirilməsidir.

 Başqa 


sözlə, kombinələşdirmə maddi-texniki bazasına və ya texnoloji istehsal 

üsulunun ümumiliyinə və habelə xammal və materialların müştərək is-

tifadəsinə görə müxtəlif istehsalların məkanca eyni ərazidə, bir müəs-

sisədə təmərküzləşdirilməsidir. Kombinələşməyə daxil olan sahələrdən 

biri kompleksin əsasını və kombinatın profilini müəyyən edir. Kombi-

natı istehsalı xammalın ardıcıl və kompleks emalına əsaslanmayan, la-

kin həmcins məhsullar istehsal edən müəssisələrin bir ərazidə yerləşdi-

rilməsindən yaranan birliklərlə qarışdırmaq olmaz; sonuncu təmərküz-

ləşdirmə olsa da, kombinələşdirmə deyildir; o, ixtisaslaşdırmadır. 

Əmək predmetlərinin emalının ayrı-ayrı  mərhələlərinin birləşdiril-

məsi xarakterindən asılı olaraq kombinələşmənin 3 forması mövcuddur. 

1.Xammalın – hazır məhsulun alınmasına qədər – ardıcıl 

emalına görə.

 Kombinələşmənin bu forması üçün qara metallurgiya 

kombinatları daha səciyyəvidir. Bu istehsalda, xammal kimi istehlak 

olunan dəmir filizinin hasil edilməsi və zənginləşdirilməsindən son-

 126



Fəsil 6. Firmada kombinələşdirmə  

ra, metallurgiya kombinatında ardıcıl olaraq çuqun, polad və prokat 

(yayma, vərəqə polad) alınır (şəkil 6.1). 

 

 



Dəmir filizi 

Çuqun 


Polad 

Prokat 


Şəkil 6.1. Dəmir filizinin ardıcıl emalına əsaslanan kombinat  

2.Xammalın kompleks emalına görə.

 Məlumdur ki, mineral (üz-

vi) və kənd təsərrüfatı xammalı bir sıra müxtəlif faydalı komponent-

lərin (maddələrin) birləşmələrindən ibarətdir. Elmi-texniki tərəqqinin 

müasir vəziyyətində, xüsusilə kimyəvi və termiki proseslərin köməyilə, 

xammalın tərkibində olan bütün faydalı ünsürləri ayırmaq və istifadə 

etmək mümkün olur. Xammalın son faydalı maddənin alınmasına qədər 

emalı ondan kompleks istifadəni təmin edir. Xammalın kompleks 



emalı  nəticəsində müxtəlif məhsullar istehsalına nail olmaq üçün 

onun ictimai təşkili vahid bir məkanda birləşdirilir, kombinatların 

yaradılması vasitəsilə həyata keçirilir. 

Xammalın kompleks emalına əsaslanan kombinələşməyə daş kö-

mürün emalını misal göstərmək olar. Burada ilk əvəl daş kömürün 

kokslaşdırılmasından koks və koks qazı alınır, koks və koks qazından 

isə tərkibi müxtəlif və zəngin maddələrdən ibarət bərk, duru və qaz 

halında olan kimya məhsulları istehsal edilir. 

Emalın davam etdirilməsilə növbəti mərhələdə əgər koksdan bərk 

və duru kimya məhsullarından olan qətran, ammonyak, benzol və kü-

kürd alınırsa, qaz halında olan hissədən – koks qazından isə hidro-

gen, metan və etilen istehsal edilir. 

Bütün göstərilən məhsulların istehsalı xammalın kompleks ema-

lına əsaslanan kombinatlarda həyata keçirilir (şəkil 6.2).  

 

Daş kömür 



 

Daş kömürün kokslaşdırılması 

 

 

Koks qazı



Koks 

 

 



Qaz halında kimiyəvi maddələr 

 

 



 

Şəkil 6.2. Daş kömürün kompleks emalına əsaslanan kombinat 

Hidrogen

Metan 


Bərk və maye halında kimiyəvi maddələr 

Etilen


 

Ammonyak


Qətran

 

Kükürd 



Benzol

 127



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə