Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə45/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   41   42   43   44   45   46   47   48   ...   194

Telman Huseynov 

Kombinələşdirmə  əmək predmetinin emalında, mexaniki və kim-

yəvi üsullara əsaslanan sənaye sahələrində eyni tərzdə baş vermir

fərqlənirlər. Kimyəvi üsullar vasitəsilə əmək predmetinin emalını hə-

yata keçirən istehsallarda texnoloji prosesin xarakteri kombinatların 

yaradılması zəruriliyinə daha çox meylli olurlar. Belə ki, kimya kom-

binatlarında texnoloji mərhələnin hansısa bir yerində fasilə yaratmaq 

qeyri-mümkündür. Buna səbəb emalın texnoloji ardıcıllığındakı üz-



vi bağlılıqdır və fasilələyə yol verilərsə, emalın sonrakı mərhələlə-

rinə daxil olacaq bitməmiş istehsal öz fiziki-kimyəvi xüsusiyyətlə-

rini itirə bilər.

 Buraya onu da əlavə etmək lazımdır ki, reqlamentlərə 

riayət olunmazsa, kimya texnologiyasına  əsaslanan istehsallar, daha 

dəqiq desək, kimya məhsullarının istehsalı  ətraf mühitin çirklənməsi 

üçün təhlükə yarada bilər. Əgər kimya kombinatlarının müəyyən mər-

hələlərindən birini ayırıb başqa ərazidə yeni müəssisə yaratmaqla kim-

yəvi yarımfabrikatlar yenidən emal edilərsə, ətraf mühitin qorunması 

işi daha da mürəkkəbləşə bilər.  Başqa sözlə, kimya məhsullarının 



nəinki istehsalı, həm də onların istehlakı da ətraf mühit üçün po-

tensial cəhətdən eyni dərəcədə təhlükəlidir.

 Bu mənada kimya məh-

sulları istehsalının pərakəndə qaydada deyil, kombinələşmiş  şəkildə 

eyni bir məkanda təşkili iqtisadi məqsədəuyğunluğu və texniki cəhət-

dən zəruriliyi kimi, ekoloji baxımından da əlverişlidir. 

Mexaniki emala əsaslanan istehsallarda – kombinatlarda – mərhə-

lələrin biri-birindən ayrılaraq müstəqil fəaliyyət göstərmələri texniki-

təşkilati baxımdan çətin deyil, ekoloji cəhətdən təhlükəsizdir, lakin iq-

tisadi cəhətdən çox hallarda məqsədəuyğun olmur. Məsələn, komvol 

kombinatlarında, mexaniki üsullarla xammalı emal edən, adətən, üç 

fabrikin fəaliyyəti birləşdirilir: əyirici, toxucu, boyama-ütüləmə. Bun-

ların hər birini ayrı-ayrılıqda – müxtəlif məkanda – yerləşdirməklə də 

son məhsulu zəruri keyfiyyətdə istehsal etmək mümkündür. Lakin iq-

tisadi baxımdan yun parça istehsalının belə  təşkili məqbul sayıla 

bilməz, çünki fabriklər arasında yaranacaq təsərrüfat  əlaqələri 

nəqliyyat xərclərini artıracaq, nəticədə yun parçanın maya dəyəri 

xeyli yüksələcəkdir. 

Bir sözlə, kombinələşmə texnologiyasının özünə-

məxsusluğundan asılı olaraq, kombinatların yaradılması ya iqtisadi və 

təşkilati, ya da texnoloji istehsal üsulunun orijinallığı  və ekoloji əl-

verişlilik amillərinə söykənə bilər. 

 134



Fəsil 6. Firmada kombinələşdirmə  

Azərbaycan Respublikasının təbii sərvətlərindən neft və təbii qa-

zın emalına əsaslanan kombinələşdirmə perspektiv inkişaf imkanları 

baxımından  ən  əhəmiyyətlisidir. Belə ki, neftayırma və neft-kimya 

sənayesində neftdən alınan məhsulların və təbii qazın emalı kombi-

nələşmənin formalarından olan xammalın kompleks işlənməsi üsulu 

üçün gələcəkdə – neft kontraktları reallaşdıqca, neft hasilatı artdıqca – 

güclü amilə çevriləcəkdir. Həmin xammal və materiallar əsasında 

müvafiq kombinələşdirmə işinin həyata keçirilməsində təcrübə topla-

mağa ehtiyac da yoxdur, çünki bunların sələfi olan kombinatların 

respublikamızda yaradılma tarixi kifayət qədərdir. 

Neft-kimya kombinatları neftin dərininə emalının köməyilə müx-

təlif yanacaq (benzin, kerosin, liqroin, mazut və s.) növlərindən əlavə 

geniş çeşiddə kimya məhsulları – sintetik qətran və kauçuk, plastik 

kütlə, süni və sintetik liflər və s. almaq mümkündür. Bütün bunlara 

nail olmaq üçün neftin dərininə emalını təmin edən, mükəmməl tex-

nologiyanın və habelə adları sadalanan və digər kimyəvi məhsulların 

alınması üçün elm və texnikanın son nailiyyətlərinə  əsaslanan yeni 

texnoloji istehsal üsullarının tətbiqi tələb olunur. 

Öz-özlüyündə aydındır ki, neft və təbii qaz əsasında yaradılacaq 

kombinatların vercəyi kimyəvi məhsullar  əlaqədar istehsalların da 

(şin, parça və s.) inkişafına təkan verəcəkdir. 

Azərbaycan Respublikasında bir sıra başqa sənaye sahələrinə 

məxsus kombinatların (yüngül, yeyinti və s.) yaradılması və inkişaf 

etdirilməsi üçün perspektivdə daha böyük imkanlar yaranacaqdır. Tə-

bii və texniki amillərdən  əlavə  həmin imkanlar bazar münasibətləri 

və xüsusilə, onun aparıcı qanunları olan tələb və təklif qanunlarının 

tələblərindən irəli gələcəkdir. 



4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi 

Kombinələşmə, istehsalın ictimai təşkilinin digər formaları kimi, 

sənaye istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsində müstəs-

na rola malikdir. 

Kombinələşdirilmiş istehsallarda, xüsusilə kimya, neftayırma, me-

tallurgiya və yeyinti sənayesi sahələrində prosesin fasiləsizliyi texno-

loji əməliyyatları icra edən maşın, avadanlıq, aparat və s.-nin aramsız 

işləmələri ilə şərtləndiyindən istismarda olan əmək vasitələrindən sə-

 135



Telman Huseynov 

mərəli istifadəni təmin edir. Onların eyni vaxtda – paralel olaraq – bir 

neçə növ məhsul istehsal etmələri, əlbəttə, həmin məhsulların ayrı-ayrı 

müəssisələrdə istehsalından səmərəlidir, çünki sonuncu variantda tex-

noloji prosesə əlavə avadanlıqlar cəlb etməyə ehtiyac qalmır. 

Kombinələşmə canlı  əməyə  qənaət, məhsulun  əməktutumunun 

azaldılmasında, başqa sözlə, əmək məhsuldarlığının yüksəldilməsin-

də geniş texniki-təşkilati imkanlara malikdir. İlk əvvəl bu onunla əla-

qədardır ki, kombinat fəhlələri – onun istehsal avadanlıqları kimi – 

bir deyil, eyni vaxtda bir neçə  məhsulun istehsalı  işini icra edirlər. 



Kombinatın sahə  məxsusluğundan asılı olaraq onların bir qis-

mində istehsalın avtomatlaşdırılması və kompleks mexanikləşdi-

rilməsi, fərdi texniki gücü böyük olan avadanlıqların tətbiqi yük-

sək əmək məhsuldarlığına da təminat verir. 

Kombinələşdirmənin hər üç formasında eyni məkanda müxtəlif 

sənaye sahələrinə  məxsus bir neçə  məhsulun istehsalının təmərküz-

ləşdirilməsi onların ayrı-ayrı müəssisələrdə istehsalının təşkilinə nis-

bətən köməkçi və xidmətedici sahələr, xüsusilə istehsal infrastruktu-

runa əsaslı vəsait qoyuluşunun xüsusi çəkisini azaldır. 

Kombinələşmənin ictimai istehsalın iqtisadi səmərəliliyinin yüksəl-

dilməsindəki rolu şərh edilərkən bir məsələ də unudulmamalıdır. Kom-

binatlarda müxtəlif istehsallar (müəssisələr) birləşdirildiyindən onların 

ayrılıqda fəaliyyət şəraiti ilə müqayisədə onlardan hər birində yaradılan 

zəruri həcmdə istehsal ehtiyatları ciddi şəkildə ixtisar edilir, daha doğ-

rusu, bu, yalnız birinci müəssisədə yaradılır. Məsələn, əgər Bakı komvol 

kombinatına daxil olan fabriklər (əyirici, toxucu, boyama-ütüləmə) ayrı-

lıqda fəaliyyət göstərsəydilər, onlardan hər birində istehsal ehtiyatları 

yaratmaq lazım gələrdi. Kombinat şəraitində həmin istehsal ehtiyatları-

nın üçündən ikisinə ehtiyac qalmır – o yalnız əyirici fabrikində yaradılır. 



Beləliklə, kombinələşmənin iqtisadi üstünlüklərindən biri də xamma-

lın məcmu halda təsərrüfat dövriyyəsinə optimal həddə cəlb olun-

masına təminat verməsi, onların səfərbəredilmə səviyyəsini yüksəl-

də bilməsidir.

 Nəticədə, istehsal ehtiyatlarının – xammal və materialın – 

texnoloji prosesə «giriş» və  məhsulun istehsaldan «çıxış» məqamları 

arasındakı vaxt intervalı azalır – dövriyyə vəsaitlərinin dövr sürəti artır. 

Ümumiyyətlə, kombinələşdirilmiş istehsal şəraitində  əmək məh-

suldarlığının və fondveriminin daha yüksək, məhsulun material və 

 136



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə