Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə46/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   42   43   44   45   46   47   48   49   ...   194

Fəsil 6. Firmada kombinələşdirmə  

əsaslı vəsait tutumlarının aşağı olması, istehsalın bir növ yekun gös-

təricisi olan məhsulun maya dəyərinin aşağı salınması ilə nəticələnir. 

İqtisadiyyatın bir cəhəti olan xərclərin azalması və digər cəhəti olan 

təsərrüfat nəticələrinin yüksək olması – kombinələşdirmənin xidməti 

kimi – sənaye istehsalının iqtisadi səmərəliliyini təmin edir. 



İstehsalın ictimai təşkilinin digər formalarında olduğu kimi, 

kombinələşmənin də iqtisadi səmərəlilik, səviyyə və inkişafı dina-

mikasını öyrənmək, təhlil etmək və prosesə nəzarət etmək üçün 

göstəricilər sistemindən istifadə olunur və onlar aşağıdakılardır: 

– kombinatlarda birləşdirilən texnoloji mərhələ  və sahələrin sayı – 

müxtəlifliyin mürəkkəblik dərəcəsi

– kombinatlarda istehsal olunan məhsulun, ümumiyyətlə, həmin 

təyinatdan olan məhsul istehsalında payı (natural və dəyər ölçüsündə); 

– kombinələşmiş istehsallarda işləyən fəhlələrin sayı və bunların 

həmin təyinatdan məhsul istehsal edən fəhlələrin ümumi sayında xü-

susi çəkisi; 

– kombinələşmiş istehsalların əsas fondlarının dəyəri və bunun ey-

ni məhsul istehsalında istismar olunan əsas fondalrın ümumi dəyərin-

də xüsusi çəkisi; 

– kombinələşmiş müəssisələrin istehsal həcmi; 

– kombinələşmiş müəssisələrdə emal olunan xammalın növə görə 

sayı və s. 

Sadalanan göstəricilərin hesablanması, müvafiq məlumatların 

mövcudluğu şəraitində çətin deyil və onların riyazi dildə – düsturlar 

şəklində verilməsinə ehtiyac qalmır. 

Kombinələşmənin bir proses kimi mürəkkəbliyi və bununla 

əlaqədar kombinatların fəaliyyətinin kəmiyyət və keyfiyyət tərə-

fini xarakterizə edən vahid bir göstəricinin tətbiqi mümkün de-

yildir. 

Elə buna görədir ki, kompleks göstəricilərdən istifadə etməklə 

kombinatların fəaliyyətlərinin texniki, texniki-iqtisadi, iqtisadi və so-

sial cəhətlərini öyrənmək və müəyyən nəticələr əldə etmək və habelə, 

onları ümumiləşdirmək mümkündür. 

Sənaye istehsalında kombinələşdirmə onun iqtisadi səmərəliliyi-

nin yüksəldilməsinə çox ciddi dərəcədə təsiretmə gücünə malikdir. 

Sənayedə kombinələşmənin iqtisadi səmərəliliyinin  ən ümdə isti-

qamətli göstəricisi xammaldan istifadə  səviyyəsini yüksəltməklə eyni 

 137



Telman Huseynov 

həcmdə  əmək cismindən daha çox məhsul istehsalını  təmin etməsin-

dədir. Konkret olaraq kombinələşmə aşağıda göstərilən istiqamətlər üzrə 

ictimai əməyə qənaətlə nəticələnir və istehsalın səmərəliliyini yüksəldir: 

a) kombinatın  əsas istehsallarında  əmək predmetləri və vasitə-

lərinə, iş qüvvəsinə çəkilən xərclərə qənaət; 

b) istehsalın təşkili ilə əlaqədar olan vəsaitə qənaət; 

c) xammal bazasının genişləndirilməsi

d) müəssisələrin coğrafi baxımından əlverişli yerləşdirilməsi; 

e) xammal, hazır məhsul və yarımfabrikatların daşınma xərclərinə 

qənaət; 

f) istehsal ehtiyatları həcminin ciddi surətdə azalması və s. 

Kombinələşmə, xüsusilə onun tullantılarının utilləşdirilməsinə əsas-

lanan forması iqtisadi səmərəliliklə yanaşı, ekoloji baxımdan, təbiətin 

mühafizə və ətraf mühitin çirklənməsinin qarşısını almaq nöqteyi-nə-

zərindən müstəsna əhəmiyyətə malikdir. Bütün bunlardan əlavə kom-

binələşmənin tullantılardan istifadə formasının tətbiqilə yeni iş yerlə-

rinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi yolu 

ilə mühüm sosial problemin həlli mümkün olur. 

 

 



 

F İ K İ R L Ə Ş İ N 

 

1. Kombinələşmənin təşkilati-iqtisadi  mahiyyətini izah edin. 



2. Kombinələşdirmənin hansı formaları var? 

3. Kombinatın səciyyəvi cəhətləri hansılardır? 

4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi necə müəyən olunur? 

5. Sənaye sahələrində kombinələşdirmənin xüsusiyyətlərini izah edin. 

6. Kombinələşdirmənin iqtisadi səmərəliliyini səciyyələndirən gös-

təriciləri sadalaya bilərsinizmi? 

7.

 

 Kombinələşmə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə 



hansı istiqamətlərdə təsir göstərə bilir? 

8. Azərbaycan sənayesində kombinələşmənin hansı formalarının 

inkişafı üçün real  imkanlar mövcuddur? 

 

 138




 

 

 

 

 

 

 

BÖLMƏ IV 

FİRMANIN İSTEHSAL RESURSLARI VƏ ONLARDAN 

SƏMƏRƏLİ İSTİFADƏNİN ZƏRURİLİYİ 

Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və 

əmək haqqı 

 

 1. Firmanın əmək resursları və onun tərkibi  



 2. Firmada kadrların idarə olunmasının xüsusiyyətləri  

 3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları 

 4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri  

 5. Firmada əməyin normalaşdırılması 

 6. Əmək haqqının mahiyyəti və əhəmiyyəti  

 7. Firmada əməyin ödənilməsinin forma və sistemləri 



1. Firmanın əmək resursları və onun tərkibi 

Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəliliyi onun kadr-

larından, orada çalışan işçilərin səriştələrindən, peşəkarlıq və ixtisas sə-

viyyələrindən bilavasitə asılı olur. Onlar – xüsusilə mühəndislər – əmək 

vasitələri və predmetlərini təkmilləşdirir və texniki tərəqqinin fasiləsiz-

liyində, müvafiq elmi-tədqiqat və layihə təşkilatları ilə yanaşı, çox mü-

hüm rola malik olurlar. Elmi-texniki tərəqqi istehsalın nəinki maddi ün-

sürlərində keyfiyyət dəyişiklikləri aparır, həm də kadrların özlərini də, 

intellektual səviyyə baxımından, təkmilləşdirir. Texnika nə  qədər mü-

kəmməl olsa da, ondan istifadə edən heyətin səriştəsizliyi həmin texni-

kanın potensial imkanlarını tam reallaşdırmağa mane olur.  

Hər hansı bir müəssisənin istehsal proqramını yerinə yetirmək 

(başqa sözlə, dolayı olsa da, onu əsaslandırmaq) üçün zəruri sayda iş-

çilər tələb olunur. Sifarişlər portfelindəki öhdəlikləri yerinə yetirmək 

üçün lazım olan işçilərin sayı mücərrəd anlayış olmayıb, onların 

 139



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə