Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə21/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   17   18   19   20   21   22   23   24   ...   194

Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

arasındakı razılaşmadır. Fərdlərin çoxluğu riskin dərəcəsini azaldır, 

çünki, nəticə üçün məsuliyyət daşıyanların sayı çox olur.  

Birliyin öz qarşısında qoyduğu məqsədə nail olunduqdan sonra o 

öz fəaliyyətini dayandırır. 

Kartel – iqtisadi-təyinati,konstruksiyası və hazırlanma texnologi-

yasına görə  həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır. 

Kartelin müəssisələri istehsal və kommersiya müstəqilliklərini və hü-

quqi şəxs statuslarını saxlayır, tərəfdaş sahibkarlar isə istehsal və sa-

tışda öz payları, satışın şərtləri, qiyməti və bazar barədə razılığa gə-

lirlər. Hazırda kartelə daxil olan iri trestlər bazarda inhisar yaratmaq 

əsasında maksimum mənfəət əldə etmək uğrunda mübarizə aparırlar.  

Sindikat – kartel tipli inhisar birliyinin formalarından olub məqsə-

di iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahələrində-

ki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə 

etməkdir. Karteldən fərqli olaraq sindikatın (əsas) xüsusiyyəti məhsul 

satışının təmərküzləşdirilməsidir.  Əgər karteldə onun iştirakçılarının 

hər biri öz məhsullarını müstəqil satırlarsa və xammalı özləri sərbəst 

tədarük edirlərsə sindikatda bu işi vahid orqan – kontora həyata keçi-

rir. Sonuncu sifarişləri təmərküzləşdirməklə, onları iştirakçılar arasın-

da – əvvəlcədən razılaşdırılmış kvota əsasında – bölüşdürür.  

Sindikat adətən səhmdar cəmiyyət formasında yaradılır. O, məh-

sul istehsalının öz əlində cəmləşdirməklə bazar şərtlərini və qiyməti 

diktə edir. 

Sindikatın üzvləri ayrı-ayrı müəssisələrlə yanaşı, konsern, trest və 

s.-də ola bilər. 

Müasir dövr üçün yeni olan sahibkarlığın təşkilati-iqtisadi formala-

rından biri maliyyə-sənaye qruplarıdır (MSQ). Hələ 23 aprel 1996-cı 

ildə  qəbul olunmuş «Maliyyə-sənaye qrupları haqqında Azərbaycan 

Respublikasının Qanunu»nun ikinci maddəsində deyilir: «Maliyyə-

sənaye qrupu istehsalın rəqabət qabiliyyətini və  səmərəliliyini yük-

səltmək…, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihə-

ləri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirak-

çılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdir-

mək və investisiyalar cəlb etmək üçün yaradılır». 

MSQ-lər sənaye, bank, sığorta və ticarət kapitalı və habelə, müəs-

sisə və təşkilatların intelektual imkanlarının birliyidir.  

 61



Telman Huseynov 

Bütövlükdə cəmiyyətin, o cümlədən, sahibkarın özünün ehtiyac-

larının təminatı sahibkarlıq üçün yaranmış mühitin, şəraitin necəli-

yindən bilavasitə asılı olur.  

Sahibkarlıq mühitinə aşağıdakı ünsürlər aid edilir: 

1. İqtisadi azadlıq. Bu – azad sahibkarlığın həlledici şərtləri, ba-

zar iqtisadiyatının təməl prinsipidir. Bunsuz heç bir növ sahibkarlıq 

fəaliyyəti ilə məşğul olmaq qeyri-mümkündür; onsuz bazara çıxmaq, 

istehsal resursları əldə etmək, müəyyən mülkiyyətə sahib olmaq im-

kanı qeyri-real bir istəkdir. İqtisadi azadlıq olmayan bir mühitdə sa-

hibkarlığın  əxlaqı, mənəvi və etik cəhətlərinin mövcudluğundan da 

söhbət belə gedə bilməz.  

2.  Şəxsi maraq. Bu – sahibkarlıq üçün «lokomotiv», sahibkarın 

isə varlanmağa, öz mülkiyyətini çoxaltmağa sövqedici qüvvədir.  



3. Bazarın miqyası. Bu – sahibkarlıq fəaliyyətinin nəticələrinin 

realizə olunma imkanlarının ölçüsüdür. Bazar nə qədər geniş və sivil 

olarsa, sahibkarlığın inkişafı üçün o qədər şərait yaranmış olar.  

4. Rəqabət mübarizəsi. Bu – bazarın birbaşa, sahibkarlığın do-

layısı ilə nizamlanması, iqtisadi azadlıqla şəxsi marağın sərhədlərinin 

müəyyən edilməsidir.  

5. Dövlətin məhdudlaşdırılmış rolu. Bu – dövlətin sahibkarlığa 

müdaxiləsinin optimal, yol verilməsi mümkün olan maksimum həd-

didir. Bu həddin düzgün müəyyən edilməməsi – həm çoxluğu və həm 

də azlığı sahibkarlığa yalnız ziyan gətirə bilər.  

Sahibkarlığın xarici və daxili mühiti onun özünə təsir edən bir sı-

ra amillər doğurur. Öz-özlüyündə aydındır ki, müəssisədən kənar 

amillər firmaların fəaliyyəti üçün xarici, müəssisənin özündən asılı 

olan amillər isə onun daxili mühitindən irəli gələn amillərdir.  

Firmadan asılı olmayan, onlara təsir etmə imkanı yox dərəcəsində 

olan xarici amillər firmanın iqtisadi inkişafını ləngidə və ya sürətlən-

dirə bilər. Sahibkarın səriştəsi həmin amilləri nəzərə almaq bacarığı 

və onlardan mümkün səviyyədə faydalana bilmək qabiliyyəti ilə 

müəyyən edilir.  

Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillər 

aşağıdakılardır: 

a) təbii-demoqrafik amillər. Firmanın yerləşdiyi regionun iqlim 

şəraiti, əmək qabiliyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s

 

62




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

b) sosial-mədəni amillər. Əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə 

münasibəti, təhsil senzi (səviyyəsi); 

c) texnoloji amillər. Ölkə sənayesinin, elm və texnikasının inki-

şaf səviyyəsi, tətbiq olunan texnoloci istehsal üsulunun mükəmməllik 

dərəcəsi; 

d) iqtisadi amillər. Bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, 

pul-kredit və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün 

xarakteri və s. 

e) hüquqi amillər. Təsərrüfat hüququnun inkişaf səviyyəsi, döv-

lətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanun-

vericilik aktların mövjudluğu və s; 

f)  siyasi amillər. Ölkədaxili siyasi sabitlik, dövlətlə  cəmiyyətin 

qarşılıqlı münasibətləri. 

Yuxarıda sadalanan amillərin  əksəriyyətini dövlətin tənzimləmə 

tədbirləri və müəyyən qanunvericilik aktları vasitsilə dəyişmək, tək-

milləşdirmək və  hətta ləğv etmək də olar. Burada istisnalıq təşkil 

edən təbiətlə bağlı amillərin bir qismidir –məsələn, iqlim şəraitidir, 

regionun seysmiklik dərəcəsidir və s. Bundan əlavə yuxarıda göstəri-

lən xarici mühitin doğurduğu bir çox amillər hələ firmanın –məh-

suldar qüvvənin ünsürü kimi – tikilməsindən (yaradılmasından) əvvəl 

də sahibkara məlum olur, onun tərəfindən nəzərə alınır və elə buna 

görə  də o, sonradan sökülmək zərurəti yarana biləcək tikintiyə yol 

verə bilməz.  

Müəssisə özünün texniki–texnoloji və iqtisadi inkişafının  ən va-

cib və strateji məqsədlərini işləyib hazırlayarkən, bü məqsədlərin xa-

rici mühitin doğurduğu hansı amillərin təsirinə  məruz qalacağını 

əvvəlcədən müəyyən etməlidir;  

Firmanın səmərəli fəaliyətinə təsir edən amillər içərisində daxili 

mühitin  – yaratdığı amillərin də özünəməxsus rolu və yeri vardır. 

Firmadaxili amilərin – xarici amillərlə müqaisədə – idarə edilməsi, 

nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır. 

Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal poten-

sialı (gücü) müəyyən edir. İstehsal potensialı yaradıcı xüsüsiyyətə 

malik fəaliyyətlə məşğul olmaq üçün – məhsul istehsal etmək, isteh-

sal xarakterli işlər görmək və xidmətlər göstərmək – müəssisənin sə-

rəncamında olan istehsal resurslarının məcmusudur. Bu resursların 

 63



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə