Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə20/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   16   17   18   19   20   21   22   23   ...   194

Telman Huseynov 

istehsal təyinatlı növü olmasaydı, digərləri də nəinki olmazdı, onlara 

heç ehtiyac da qalmazdı. 

Məqsəd istehsal sahibkarlığı və ya istehsal firmalarının iqtisadiy-

yatı məsələlərini şərh etmək olduğundan, ilk öncə, sahibkarlığın «tö-

rəmə» növlərinin qısa bundan sonra isə istehsal sahibkarlığının  şər-

hini vermək metodiki baxımdan daha düzgün olardı. Beləliklə, kom-

mersiya sahibkarlığı haqqında. 



Kommersiya sahibkarlığı. Bu növ sahibkarlıqdan məqsəd əmək 

məhsullarının istehsalı və istehlakı ilə məşğul olan firmalar arasında-

kı ticarət vasitəsi ilə mənfəət əldə etməkdir. Kommersiya sahibkarlığı 

əmtəə birjaları və ticarət təşkilatları vasitəsilə həyata keçirilir. 

Firmaların istehsal vasitələri əldə etmələri üçün əlaqəyə girdikləri 

vasitəçilərdən biri olan əmtəə birjası bazar iqtisadiyyatı sisteminə xas 

olan infrastrukturun tərkib hissələrindən biridir. O, alıcı və satıcının 

müvafiq razılaşmaları əsasında formalaşan əmtəələrin real qiymətləri 

ilə realizə olunan bazarıdır – kommersiya firmasıdır, hüquqi şəxsdir. 

Əmtəə birjasının məqsədi əmək məhsullarının istehsalçısı və isteh-

lakçısı arasında, müəyyən qaydalar əsasında, kommersiya sövdələşmə-

lərinə nail olmaqdır. Əmtəə birjası kommersiya sahibkarlığının, başqa 

sözlə,  əmək məhsullarının inkişaf etmiş topdansatış ticarəti növlərin-

dən biridir.  

Kommersiya sahibkarlığının bir növü də hazır məhsulun alqı-satqısı 

üzrə vasitəçilik etməkdir – istehsalçıdan alıb istehlakçıya satmaqdır. 

Bunu isə həyata keçirən ticarət təşkilatlarıdır. 

Maliyyə sahibkarlığı. Maliyyə sahibkarlığının  əsas qurumları 

kommersiya bankları və fond birjalarıdır.  

Maliyyə (maliyyə-kredit) sahibkarlığının fəaliyyət sferası  təda-

vüldür, dəyərlərin mübadiləsidir. Sahibkarlığın bu formasının özünə-

məxsusluğu onun digər sahibkarlıq növlərinə – istehsal, komersiya 

və s. – müdaxilə etməklə yanaşı, müstəqil  şəkildə bank, sığorta işi 

kimi fəaliyyət növləri ilə məşğul olmaqdır. 

Əvvəlcə kommersiya bankları haqqında. 

Kommersiya bankı səhmdar cəmiyyəti tipli maliyyə-kredit təşki-

latıdır. O, ödənişli əsasla kommersiya təşkilatlarını kreditləşdirmək-

lə müştərilərin tapşırığı ilə pul əmanətləri (depozitlər) qəbul etmək 

və başqa hesablaşma əməliyyatları həyata keçirməklə məşğul olur-

 

58



Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

lar. Kommersiya banklarının gəlir mənbəyi cəlb olunmuş (depozit) 

və ssuda verilmiş  vəsaitin faiz dərəcələri arasındakı  fərqdən ibarət 

olur.  


Kommersiya sahibkarlığının başqa bir qurumu isə fond birjaları-

dır. Bu birjalar, yeni təsərrüfatçılıq  şəraitində, mütəmadi fəaliyyət 

göstərən qiymətli kağızların alqı-satqı bazarıdır. Fond birjasının əsas 

fəaliyyəti istiqamətləri qiymətli kağızların məzənnəsini (kursunu) 

müəyyən etmək və kapitalın səfərbərlik səviyyəsinin yüksəlməsinə 

şərait yaratmaqdır. Fond birjalarında qiymətli kağızların məzənnəsi 

isə onun faiz və ya dividend şəklində gətirdiyi gəlir və ssudanın faiz 

dərəcəsi vasitəsilə müəyyən olunur.  

Fond birjasına xarici valyutanın alqı və satqısı da aid edilir.  

Məsləhət (konsaltinq) sahibkarlığı. Konsaltinq – əmək məhsu-

lunun istehsalçısı, istehlakçısı  və onların vasitəçilərinə iqtisadi və 

idarəetmə  məsələləri üzrə müxtəlif məsləhətlər, tövsiyyələr vermək 

və onların reallaşdırılması yollarını göstərməyə yönəldilmiş sahib-

karlıq fəaliyyətidir.  

Bir çox inkişaf etmiş ölkələrdə məsləhət xidmətinə çəkilən xərc-

lər yeni maşın və avadanlıqların alınmasına çəkilən xərclərlə müqa-

yisədə daha səmərəli hesab olunur. Çünki bəzi firma və müəssisələr 

özlərinin istehsal potensialını – idarəetmə işində yol verdikləri nöq-

sanlar ucbatından – reallaşdıra bilmirlər.  

Artıq çoxdandır ki, konsaltinq tipli sahibkarlıq ölkələrarası əmək-

daşlağa çevrilmiş, beynəlxalq əhəmiyyət kəsb etmişdir – bir ölkənin 

məsləhətçi-menecerləri digər ölkənin firma və müəssisələrinə öz 

tövsiyələrini verməyə başlamışlar. 



İstehsal sahibkarlığı. Sahibkar fəaliyyəti növləri içərisində isteh-

sal sahibkarlığı aparıcı rola malikdir. Bu sahibkarlıqdan məqsəd – 

mənfəət  əldə etmək üçün – məhsul hazırlamaq, istehsal xarakterli 

işlər görmək və xidmətlər göstərməkdir.  

Sahibkarlığın bu növü istehsal etmək və xidmətlər göstərməklə 

yanaşı, həmdə digər fəaliyyət növləri ilə – istehsal istehlakı, investi-

siya və innovasiya, elmi-texniki fəaliyyətlə – məşğul olurlar. 

Sahibkarlığın bu növü ilə  məşğul olan hər kəs nəyi nə  qədər və 

necə istehsal edəcəyini, kimə satacağını  əvvəlcədən müəyyənləşdir-

məlidir. İstehsal sahibkarlığının ən ümumi şəkildə verilən bu funksi-

 59



Telman Huseynov 

ya və  vəzifələri sonrakı bölmə  və  fəsillərdə  tədricən və ardıcıllıqla 

konkretləşdirilib izah ediləcəkdir. 

Sahibkarlığın  əvvəllər haqqında bəhs edilən təşkilati-hüquqi for-

maları ilə yanaşı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində təşkilati-

iqtisadi formaları da olur. Bunlar konsern, assosiasiya, konsorsium, 

kartel, sindikat və maliyyə-sənaye qruplarıdır (MSQ). 

Sahibkarlığın təşkilati-iqtisadi formalarında prioritet məsələ iqti-

sadi məsələdir, istehsal münasibətləridir.  

Konsern – kapitalın və istehsalın yüksək səviyyədə  təmərküz-

ləşməsi və mərkəzləşməsi əsasında yaradılmış səhmdar cəmiyyətidir. 

Konsern özünün müxtəlif törəmə  şirkətlərin səhmlərə  nəzarət pake-

tini  əldə edir. Eyni zamanda, onun (konsernin) törəmə müəssisələri 

digər, bəzi hallarda hətta  əcnəbi ölkələrin səhmdar cəmiyyətlərinin 

səhmlərinə nəzarət paketini ala bilərlər.  

Konsernin tərkibinə yalnız müxtəlif sənaye və nəqliyyat sahələri-

nin müəssisələri deyil, həm də bank, sığorta və digər firmalar da da-

xil ola bilər. Konsernə daxil olan müəssisə formal olaraq müstəqilli-

yini saxlayır. Faktiki olaraq onlar konsernin tam nəzarətində olurlar. 

Müasir konsernlər üçün müxtəlif ölkələrin firmalarının birliyi, bey-

nəlxalq  əmək bölgüsünə  əsaslanan istehsalın təşkili formalarından 

olan ixtisaslaşma və kooperativləşmə də səciyyəvidir.  

Konsernin təlimatına görə, bir müəssisə eyni zamanda iki 

konsernin tərkibinə daxil ola bilməz. 

Sahibkarlığın təşkilati-iqtisadi formalarından biri də assosiasiya-

dır. 

Assosiasiya – müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən 

müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır. As-

sosiasiya konsernlə müqayisədə «demokratik» bir birlikdir. Belə ki, 

assosiasiyaya daxil olan bir müəssisə digər, başqa analoji qurumun 

da üzvü ola bilər. Bir qayda olaraq assosasiya öz hərəkətinə görə, ey-

ni ərazidə yerləşən ixtisaslaşmış müəssisələrdən ibarət olur. Bu qəbil-

dən olan birliklər birgə  səy  əsasında elmi-texniki, istehsal, iqtisadi, 

sosial və digər məsələlərin həlli ilə məşğul olurlar. 



Konsorsium – konkret və həm də, miqyasına görə nəhəng bir iq-

tisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqavilə-

yə  əsaslanan müvəqqəti birliyidir; banklar və  sənaye müəssisələri 

 

60




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə