S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə28/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
44 
edilən süd zərdabının 50%-i kanalizasiyaya tökülür. Bu 
məsələnin həllində, yəni göstərilən məhsullardan səmərəli 
istifadə etmək üçün əsasən yeni işlənmiş daha da təkmil-
ləşdirilmiş üsullardan, bioloji emal membran (ultrafiltrasi-
ya-ultrasüzmə), (əks osmos), (elektrodializ) və s. üsullar-
dan emal prosesində geniş istifadə edilir.
Membran avadanlığı komponentləri arasında ən vacib 
hissə membrandır. Emal olunan məhsulların keyfiyyət 
göstəriciləri membranların xassələrindən və avadanlığın
keyfiyyətindən asılıdır. Membran prosesi membranların 
yarımkeçirici seçmə xassəsindən istifadəyə əsaslanır. Belə 
ki, membranlar duru məhlulda komponentlərin bəzilərinin 
süzülməsi digərlərinin isə saxlanılması xassəsinə malik-
dirlər.
Süd sənayesində istifadə olunan membranlar aşağıdakı 
müəyyən tələbatı ödəməlidir: 
a)
Yüksək keçiricilik xassəsi; 
b)
Süddə və süd zərdabında olan yüksək molekulyar
maddələri (zülal, yağ) keçirməmək xüsusiyyəti; 
c)
Aşağı molekulyar maddələri yaxşı süzmək; 
d)
Kifayət qədər mexaniki möhkəmliyə malik olmaq
e)
Montaj edilmə şəraitinə uyğunlaşmaq və s. 
Membran üsulu əsasən 2 hissədən: hiperfiltryasiya (ult-
rafiltryasiya və əks osmos) və elektrodializdən ibarətdir. 
Elektrodializ membranları yuxarıda qeyd olunanlardan 
başqa membranların qütblərindən asılı olaraq (kationlar və 
anionlar) yüksək keçiricilik xassəsinə, eyni zamanda müs-
təqil keçiriciliyə qarşı müqavimət göstərmək xassəsinə və 
yüksək iqtisadi səmərəyə malik olmalıdır. Ultrafiltryasi-
yada istifadə olunan yarımkeçirici membranlar polimer 
materiallardan hazırlanır. Onların üz örtüyü çox nazik 
(0,25 mkm) və mikroməsaməli astarı isə 0,50 mkm qalın-



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə