S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi


Süd və süd məhsullarının texnologiyası



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə24/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

Süd və süd məhsullarının texnologiyası 
37 
miqdarını artırır.
Südün temperaturu.
Separatorlaşdırma zamanı süd 
soyuq olduqda südün özlülüyü artır və əsasən xırda yağ 
kürəcikləri süddən ayrıla bilmir və üzsüz süddə yağ artır. 
Barabanın fırlanma sürəti separatorun pasportunda gös-
təriləndən az olduqda üzsüz süddə yağ artır. Səbəbi odur 
ki, süddə mərkəzdənqaçma qüvvəsinin təsiri azalır. Belə-
liklə, kürəciklərin hamısı qaymağa çökə bilmir. Seperato-
ru işlədən elektrik cərəyanı zəif olduqda, həmçinin bara-
ban öz sürətini tam almamış südü ona verdikdə bu hadisə 
baş verə bilir. Separatora verilən südün yağlılığı 4%-dən 
yüksək olduqda südün yağsızlaşdırılması çətinləşir. Səbə-
bi isə yağlı süddə özlülüyün yüksək olmasıdır. Ona görə 
yüksək yağlı südü separatora verdikdə ya onu 3-4 dərəcə 
normadan artıq temperaturda qızıdırmaq, ya da barabana 
verilən südün miqdarını azaltmaq lazımdır. 
Separatorlaşdırma zamanı qaymaqda yağlılıq 35-40%-
dən çox olduqda üzsüz süddə yağ arta bilər. Bundan baş-
qa, seperatorun barabanında nimçələrin sayı, pasportunda 
göstəriləndən az olduqda, baraban düzgün yığılmadıqda, 
separator hamar yerdə qoyulmadıqda üzsüz süddə yağ ar-
tır. 
 
3.2.2.Südün normallaşdırılması 
Standarta uyğun süd məhsulları istehsal etmək üçün 
emala daxil olan xammalı bir və ya bir neçə komponentə 
(yağ, zülal) görə normallaşdırırlar. Kəsmik və pendir is-
tehsalında isə normallaşdırma zülalı nəzərə alaraq yağa 
görə aparırlar. Normallaşdırma iki üsulla yerinə yetirilir: 
1) Hesabat yolu – burada lazım olan qədər qaymağı və ya 
üzsüz südü xammal ilə hər hansı bir tutumda qarışdırıb tə-


S.B.Kazımov, A.A.Qasımova 
38 
ləb olan yağlılıqda qarışıq alırlar. Bu üsul çox vaxt tələb 
edən, eləcə də çox itkiyə səbəb olan üsuldur. 
2) Fasiləsiz axında qarışdırma ilə südü fasiləsiz axın üsu-
lu ilə normallaşdırmaq məqsədilə normallaşdırıcı sepera-
tordan istifadə olunur. Bu separatorda süd həm də təmiz-
lənir. Südün yağ faizi seperatorun xüsusi qurğusu (vinti) 
ilə nizamlanır. Südü separatordan keçirmək üçün süd əv-
vəl nasos vasitəsilə soyuducunun pasterizator isitmə böl-
məsinə verilir və 40-45
0
C-yə kimi qızdırılır. Oradan isə 
separatora-normallaşdırıcıya daxil olur və normallaşdırılıb 
yenidən pasterizatora verilib pasterizə edilərək soyudulur. 
Separator- normallaşdırıcıdan lazım yağlılıqda süd və 
qaymaq alınır. Bu zaman qaymaq və normallaşdırılmış sü-
dün alınma miqdarı aşağıdakı düsturla təyin edilir: 
t
y
t
y
m
m
S
Q
S
S
S
Q



)
(
burada, Q
m
- qaymağın miqdarı, kq-la 
S
m
- normallaşdırılmış südün miqdarı, kq-la 
S
y
- südün normallaşmadan əvvəlki yağlılığı,%-lə 
S

- südün normallaşmadan sonar tələb olunan
yağlılığı, %-lə 
Q
y
- qaymağın yağlılığı, %-lə 
Ümumiyyətlə süd sənayesində çox vaxt südü qarışdır-
ma üsulu ilə normallaşdırırlar. Bu məqsədlə südün üzərinə 
lazımi miqdarda əlavə olunan üzsüz südün və qaymağın 
miqdarı aşağıdakı düstürla hesablanır: 
y
t
t
y
m
sm
Ü
S
S
S
S
Ü



)
(



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə