S.B.Kazımov, A.A.Qasımova
32
loji əməliyyatlarda istifadə olunur. Südün təmizlənməsin-
də, qaymağın və zərdabın ayrılmasında (kəsmik istehsa-
lında) yüksək yağlı qaymağın, rafinəndləşmiş (təmiz) ya-
ğın alınmasında separatordan geniş iistifadə edilir. Elə se-
parator vardır ki, 3-4 əməliyyatı birlikdə həyata keçirir, öz
çirkini özü boşaldır və xüsusi proqramla idarə olunur.
Südün isidilməsi separatorun məhsuldarlığına
və yağ-
sızlaşmaya təsir edən amillərdən biridir. Südün separator-
dan keçirilməsinin optimal temperaturu 35-40
0
C-dir. Bu
temperaturda südün özlülüyü azalır, yağ kürəcikləri üzsüz
süddən ayrılır. Ümumiyyətlə,
seperatorda əmələ gələn
mərkəzdənqaçma qüvvəsi nə qədər çox olarsa, yağ kürələ-
rinin ayrılması bir o qədər sürətlənir. Bu isə separatorun
barabanının fırlanma sürətindən və onun diametrindən ası-
lıdır.
Müəyyən
edilmişdir ki, separatordan keçirilən südün
temperaturu 45
0
C-dən
çox olduqda, yağ kürəciklərinin
xırdalanması, qaymağın və üzsüz südün köpüklənməsi ço-
xalır. Separatordan yüksək temperaturu
olan süd keçiril-
dikdə onun məhsuldarlığı xeyli artır. Istehsalatda yüksək
temperaturda separatordan keçirmə (85-90
0
C) yüksək yağı
(75-83
0
C), qaymaq iistehsalında – axın üsulu ilə kərə yağı
istehsalında istifadə olunur. Elə separator vardır ki, südü
həm soyuq, həm də qızdırılmış halda keçirə bilir.
Soyuq
südü keçirdikdə yaxşı nəticə almaq üçün – yəni üzsüz
süddə yağ faizi normada olmasına görə separatorun məh-
suldarlığı azalmalıdır. Məsələn, südün temperaturu 5
0
C
olduqda, məhsuldarlıq 50 %, 10
0
C-də 30%, 15
0
C-də isə
20% azalmalıdır.