S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə20/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

Peyin və pəyə qoxusu.
Bu qoxunun əmələ gəlmə səbə-
bi, peyin, quru ot, tük və s. mexaniki çirklər vasitəsilə sü-
də düşən bağırsaq çöpü bakteriyalarının artması, pəyənin 
havasının dəyişilməməsi və sağılmış südün pəyədən gec 
çıxarılmasıdır. 
Yem qoxusu.
Bəzi otlaqlarda külli miqdarda yabanı 
soğan, sarımsaq və s. olur. Belə otlaqda otlayan inəklərin 
südündən bu bitkilərin xoşa gəlməyən qoxusu gəlir. Inək-
lərin yemində efir yağlı bitkilər və südün yaxınlığında çox 
qoxulu yemlər olduqda bu qoxular südə keçir. 
3.2. Südün emal üsulları 
3.2.1.Südün separatordan keçirilməsi 
Separator südü iki hissəyə: qaymağa və üzsüz südə ayı-
rır. Süd seperatoru ilk dəfə 1878-ci ildə hazırlanmışdır. 
Hazırda seperatorlar təkmilləşdirilmiş və müxtəlif texno-


S.B.Kazımov, A.A.Qasımova 
32 
loji əməliyyatlarda istifadə olunur. Südün təmizlənməsin-
də, qaymağın və zərdabın ayrılmasında (kəsmik istehsa-
lında) yüksək yağlı qaymağın, rafinəndləşmiş (təmiz) ya-
ğın alınmasında separatordan geniş iistifadə edilir. Elə se-
parator vardır ki, 3-4 əməliyyatı birlikdə həyata keçirir, öz 
çirkini özü boşaldır və xüsusi proqramla idarə olunur.
Südün isidilməsi separatorun məhsuldarlığına və yağ-
sızlaşmaya təsir edən amillərdən biridir. Südün separator-
dan keçirilməsinin optimal temperaturu 35-40
0
C-dir. Bu 
temperaturda südün özlülüyü azalır, yağ kürəcikləri üzsüz 
süddən ayrılır. Ümumiyyətlə, seperatorda əmələ gələn 
mərkəzdənqaçma qüvvəsi nə qədər çox olarsa, yağ kürələ-
rinin ayrılması bir o qədər sürətlənir. Bu isə separatorun 
barabanının fırlanma sürətindən və onun diametrindən ası-
lıdır.
Müəyyən edilmişdir ki, separatordan keçirilən südün 
temperaturu 45
0
C-dən çox olduqda, yağ kürəciklərinin 
xırdalanması, qaymağın və üzsüz südün köpüklənməsi ço-
xalır. Separatordan yüksək temperaturu olan süd keçiril-
dikdə onun məhsuldarlığı xeyli artır. Istehsalatda yüksək 
temperaturda separatordan keçirmə (85-90
0
C) yüksək yağı 
(75-83
0
C), qaymaq iistehsalında – axın üsulu ilə kərə yağı 
istehsalında istifadə olunur. Elə separator vardır ki, südü 
həm soyuq, həm də qızdırılmış halda keçirə bilir. Soyuq 
südü keçirdikdə yaxşı nəticə almaq üçün – yəni üzsüz 
süddə yağ faizi normada olmasına görə separatorun məh-
suldarlığı azalmalıdır. Məsələn, südün temperaturu 5
0

olduqda, məhsuldarlıq 50 %, 10
0
C-də 30%, 15
0
C-də isə 
20% azalmalıdır.



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə