S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə23/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
36 
süddə yağın miqdarını beş dəfə azaltmaq mümkündür. 
Südün yağsızlaşdırılmasına təsir edən amillər aşağıda-
kılardır: yağ kürəciyinin ölçüsü, südün təmizliyi, turşulu-
ğu, temperaturu, barabanın fırlanma sürəti, südün yağ fai-
zi və s. 
Yağ kürəciyinin ölçüsü.
Süddə kürəciklərin ölçüsü 0,5 
dən-10 mikrona qədər olur. Əgər kürəciklərin ölçüsü 1 
mikrona qədər olursa onlar üzsüz süddə qalır. Buna səbəb 
odur ki, xırda kürəciklərin üzərini örtən zülal-lesitin pər-
dəsi iri kürəciklər üzərində olandan daha çoxdur. Beləlik-
lə, xırda kürəciyin xüsusi çəkisi üzsüz südün xüsusi çəki-
sinə bərabərləşir, ona görə də mərkəzdənqaçma qüvvəsi 
onu süddən ayıra bilmir. 
Südün təmizliyi və turşuluğu
. Separatorlaşma zamanı 
süddə olan mexaniki qarışıqlar, selik və s. süddən ayrılıb 
barabanın çirk üçün olan sahəsinə toplanır. Bu sahə südün 
çirklilik dərəcəsindən asılı olaraq 1,5-2 saat müddətində 
dolur. Ona görə də separatorun hərəkətini saxlayıb yuyur-
lar. Əgər süd çox çirkli və turşuluğu yüksək olarsa baraba-
nın çirk üçün olan sahəsi tez dolur və süddə olan çirk nim-
çələrin üzərinə yığılmağa başlayır, üzsüz südün yolunu 
daraldır. Ona görə də bir hissə üzsüz süd nimçələr arası ilə 
yuxarı qalxıb qaymaqla qarışır. Nəticədə qaymağın yağlı-
lığı aşağı düşür, üzsüz süddə yağ %-i artır. Odur ki, sepa-
ratora verilən süd əvvəlcə süzülməlidir. Turşuluğu isə 
22
0
C T-dan yüksək olmamalıdır. Hər bir separatorun öz 
məhsuldarlığı vardır. Məhsuldarlığın dəyişməsi separator-
laşmaya təsir edir. Belə ki, separatorun barabanına onun 
məhsuldarlığından artıq süd daxil olduqda südün baraban-
dan keçmə sürəti artmış olur, beləliklə, mərkəzdənqaçma 
qüvvəsinə az tutulduğundan, yağ kürəciklərinin bəziləri 
süddən ayrılmaq imkanı tapmır. Bu da üzsüz süddə yağın 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə