S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə2/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

ISBN: 978-9952-29-100-7 
©
Sahib Bəşir oğlu Kazımov, Afət Ayyət qızı Qasımova, 2017 
 
 


Süd və süd məhsullarının texnologiyası 

Ön söz 
Texnologiya tətbiqi elm olub – fizika, kimya, biokim-
ya, mikrobiologiya və bu kimi elmlərin nəaliyyətlərinə 
əsaslanır. Südün texnologiyası elmi südün kimyəvi tərki-
bi, xassələri, süd xammalından yüksək keyfiyyətli müxtə-
lif süd məhsullarının istehsalı və emal texnologiyasını tə-
min edən bir sistemdir. Son illər südçülük sənayesində 
məlum islahatlardan sonra süd və süd məhsullarının ixti-
saslaşdırılmış fermer təsərrüfatlarında, az istehsal gücünə 
malik – mini-zavodlarda məhsul istehsalına meyillik art-
mışdır. Çünki, belə istehsalat sahələrində əldə olunan süd-
dən istənilən miqdarda süd məhsulları (təxminən 50 kq-
dan 150 kq-a qədər pendir, 25 kq-dan 40 kq-a qədər yağ 
və s.) emal etmək mümkün olur və bu yolla da istehsala 
və emala sərf olunan xərclər azalır, məhsulun çeşidi, növü 
sərfəlilik baxımından müəyyənləşdirilir. Bunlardan başqa 
2-ci dərəcəli süd məhsullarından və istehsalat tullantıların-
dan yüksək dərəcədə istifadə etmək mümkün olur. Belə-
liklə də məhsul istehsalına az əmək və istehsal xərcləri 
sərf edilməklə yüksək keyfiyyətli, iqtisadi cəhətdən daha 
gəlirli məhsul hazırlanmasına zəmin yaranır. Bütün bu iş-
lər özü-özlüyündə mürəkkəb bir proses olduğuna görə 
müxtəlif süd məhsulları istehsalının xammalı kimi südün 
kimyəvi tərkibinin və xassələrinin, südün keyfiyyətini 
xarakterizə edən göstəricilərin, fermalarda yüksək keyfiy-
yətli südün alınmasının sanitar-gigiyenik şəraitinin, xəstə 
və xəstəliyə şübhəli heyvanlardan sağlam südün istifadə 
edilməsi qaydalarının və emal üsullarının, süd sənayesin-
də bəzi hesablamaların aparılmasının, südün mexaniki 
emalının (südün süzülməsi, separatordan keçirilməsi, sü-
dün baktofaqdan keçilməsi, südün normallaşdırılması 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə