S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə9/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

2.2.
 
Südün texnoloji xassələrinə təsir edən amillər 


S.B.Kazımov, A.A.Qasımova 
18 
 
Südün texnoloji xassələrinə, məhsul çıxımına, keyfiy-
yətinə, süd məhsullarının qidalılıq dəyərinə çox mühüm 
təsir edən amillər onun kimyəvi tərkibindən, sağım döv-
ründən, yaşından, heyvanın sağlamlığından, onun fizioloji 
vəziyyətindən, yemləmə və bəsləmə şəraitindən asılı ola-
raq dəyişə bilər. Bu dəyişkənlik ən çox süddə, yağın və 
zülalın, az dərəcədə isə şəkərin və mineral maddələrin 
miqdarının artıb azalmasında özünü biruzə verir. Südün 
tərkibində olan yağ və zülalın miqdarı, onların kimyəvi 
tərkibi, quruluşu, onun texnoloji xassələrinə təsir edən çox 
əhəmiyyətli göstəricilərdir. Süddə bu komponentlərin 
miqdarının, yağ dənəciklərinin və kazein mitsellərinin öl-
çüsünün, eləcə də miqdarının artması ilə əlaqədar olaraq, 
kərə yağının, kəsmiyin, pendirin, xamanın və s. məhsulla-
rın çıxımında çoxalır, onların hazırlanma texnologiyası 
əməliyyatlarının səmərəliyi yüksəlir, məhsulun konsisten-
siyası və dadı, bioloji dəyərliyi yaxşılaşır. Bu dəyişiklikdə 
əsasən heyvanın yüksək keyfiyyətli rasionla yemləndiril-
məsi, seleksiya damazlıq işlərinin aparılması əsas rol oy-
nayır. Ona görə də məhsulun istehsalında texnoloji pro-
seslərin parametrlərinin dəyişdirilməsində xammalın tər-
kib komponentlərinin (quru maddə, yağ, zülal və s.) nor-
mallaşdırılmasında bu fərqləri nəzərə almaq lazımdır. Sü-
dün texnoloji xassələrinin dəyişilməsinə ən çox fəsildən 
asılı olaraq kimyəvi tərkibinin dəyişilməsi təsir göstərir. 
Fəsildən asılı olaraq südün tərkibinin dəyişilməsi isə əsa-
sən sağım dövründə (laktasiya dövründə), eləcə də il ər-
zində heyvanın yemləndirilməsi səviyyəsi və saxlanılma 
şəraiti ilə sıx əlaqədardır. Südün, yağın, zülalın, SUQQ-
nın miqdarı fəsildən asılı olaraq, demək olar ki, oxşar qay-
dada dəyişilir. Belə ki, həmin maddələrin miqdarı yanvar 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə