S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə17/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
28 
nar təsirlərdən (xüsusilə günəş şuası) südün tərkibində 
olan süd turşusu oksi və ya dioksistlarin turşusuna çevrilir 
və nəticədə süd duzlu dad verir.
Fermalarda sağmal heyvanlardan sağılan südün ilkin 
saxlanılması üçün TOM-1, TOM-2 tipli soyuducu tanqlar-
dan istifadə edilməsi iqtisadi cəhətdən daha faydalı hesab 
edilir. Ümumiyyətlə isə südün saxlanılması üçün B2-
ОМГ-4, В2-ОМВ-63, В2-ОМГ-10, ОМГ-25, В2-ОХЗ-
50, В2-ОХР-100 və Alfa – Laval firmasının süd soyuducu 
çənlərindən istifadə edilir (şəkil 2). 
Şəkil 2. “Alfa-Laval” firmasının süd soyuducu çəni: 
1,4 
– süd tökmək üçün boru; 
2
– qarışdıran ötürücü;

– ventilyasiya dəliyi; 
5
– qapaq; 
6,7,9 
– xırda məsaməli ötrü-
cü;
8
– korpus (gövdə); 
10
– üççıxışlı xama borusu; 
11
– da-
yaq;
12
– yumaq üçün ucluq
13 
– qarışdırıcı 
Südü fermalardan süd avtosisternlərində daşımaq la-
zımdır. Həmin vasitədə südün böyük kütləsi daşındığı 
üçün onun keyfiyyəti, demək olar ki, aşağı düşmür. Südü 
bidonlarda daşıyanda isə onun kiçik kütləsi tez isinir və 


Süd və süd məhsullarının texnologiyası 
29 
mikroorqanizmlərin həyat fəaliyyəti güclənir, bu isə sü-
dün keyfiyyətinin pisləşməsinə səbəb olur.
Süd kəskin qoxulu, buxarlanan və zəhərli maddələrlə 
(benzin, ağ neft, qətran, zəhərli kimyəvi dərmanlar, se-
ment və s.) bir yerdə daşımaq, habelə süd sisternlərindən 
başqa duru maddələrin daşınması üçün istifadə etmək ol-
maz. 
Südə bakteriyalar düşməsinin digər mənbələri süd sağı-
lan və yığılan qablar, sağım aparatları, qurğuları, südlə tə-
masda olan başqa qab-qacaqlar da ola bilər. Ona görə də 
həmin avadanlıqları diqqətlə yumaq, dezinfeksiya etmək 
və qurutmaq lazımdır. 

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə