S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi


Süd və süd məhsullarının texnologiyası



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə13/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

Süd və süd məhsullarının texnologiyası 
23 
Sağılan
ağız südü, habelə xəstə inəklərin südü, ayrı 
qablara yığılmalı və ondan yalnız baytar işçilərinin göstə-
rişi ilə istifadə edilməlidir. 
Tuberkulinə 
reaksiya göstərən heyvanların südü 30 
dəqiqə müddətində 85
0
C-də pasterizə edilməli və ya 10 
dəqiqə qaynadılmalıdır.
Dabağa
görə karantin təyin edilmişsə, süd yalnız 30 
dəqiqə müddətində 80
0
C-də pasterizə edildikdən və ya 5 
dəqiqə müddətində qaynadıldıqdan sonra təsərrüfat daxi-
lində istifadə edilməyə buraxılmalıdır.
Qarayaraya
qarşı peyvənd edilmiş heyvanların sü-
dündən 15 gün ərzində yalnız qaynadıldıqdan sonra istifa-
də olunmalıdır. 
Mədə-bağırsaq iltihabı və mastitlə xəstələnmiş heyvan-
lardan sağılan süd 10 dəqiqə qaynadıldıqdan sonra təsər-
rüfatların ehtiyaclarına sərf edilməlidir. Yelinin mastitlə 
zədələnmiş hissəsindən sağılan stafilokoklu süd məhv 
edilməli, zədələnməmiş paydan alınan süd isə 30 dəqiqə 
müddətində qaynadılıb donuz və s., kənd təsərrüfatı hey-
van və quşlarının yemləndirilməsində istifadə oluna bilər.
Sağımdan sonra əmcəkləri silmək və onlara lazım gə-
lərsə vazelin sürtmək lazımdır. Sağılmış südə kənar mexa-
niki qarışıqlar (toz, quru ot, tük, döşənək, peyin və s.qırın-
tılar) düşə bilər. Bunlarda isə çoxlu miqadrda müxtəlif 
mikroblar olur.Odur ki, onları kənar etmək üçün südü sa-
ğım vedrələrindən süd bidonlarına, çənlərə tökərkən müt-
ləq bir neçə qat tənzif, pambıq süzgəc və süni lavsan lif-
tən hazırlanmış parçadan süzmək lazımdır. Parçadan hazı-
lanan süzgəcin tez-tez dəyişdirilməsi, təmizlənməsi və yu-
yulması ağır zəhmət tələb etməklə süd itkisinə səbəb olur. 
Südü təmizləmək üçün ən sadə üsul onu 4-5 qat tənzifdən 
süzməkdir. Lakin bu üsulla da süd yaxşı təmizlənmir. 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə