S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi


Süd və süd məhsullarının texnologiyası



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə7/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

Süd və süd məhsullarının texnologiyası 
15 
ral, zebu və s. heyvanların südündən istifadə olunur.
Tədarük olunan südə qoyulan tələblər
. Yüksək key-
fiyyətli süd məhsullarının istehsalı üçün südə xammal ki-
mi mövcud Dövlət Standartına uyğun olaraq fiziki-kim-
yəvi, orqanoleptiki və sanitar-veterinar göstəricilərə görə 
tələblər qoyulur. Istehsal olunan süd təbii olmaqla, sağ-
lam inəklərdən alınmalı, təmiz, xoşagələn, şirintəhər dada 
və təzə südə məxsus ətirə malik olmalıdır; rəngi ağdan 
açıq-sarı rəngədək, heç bir ləkələri və rəngli çalarları ol-
mamalıdır; qatılığı eynicinsli, pıxtalaşmış zülal və yağ to-
palarına rast gəlinməməli, çöküntüsüz olmalıdır, sıxlığı 
1027 kq/m
3
-dən az olmamalıdır. Inək doğduqdan sonra 7 
gün müddətində sağılan süd (ağız südü) və laktasiyanın 
son dövründə (qurumaya 7-15 gün qalmış) əldə edilən süd 
emal üçün yaramır. Süddə kəskin yem dadının xüsusilə 
də, soğan, sarımsaq və s. dadların olması yol verilməzdir, 
çünki onların iyi texnoloji emaldan sonra da itmir. Emala 
həmçinin kimyəvi maddələr və neft məhsulları iyi verən
neytrallaşdırıcı maddələr, antibiotiklər əlavə olunan, acı-
mış, kif iyi verən, qatılaşmış süd qəbul edilmir. Çünki bü-
tün bunlar südün tərkibində olan çürüdücü və kənar mik-
rofloranın çoxlu miqdarda olmasını göstərir. 
Südün fiziki-kimyəvi göstəricilərə görə standarta uy-
ğun olması əsasən onun tərkibində olan yağın miqdarının, 
titrləşən turşuluğun, sıxlığın və s. göstəricilərin analizi nə-
ticəsində müəyyən edilir. Təhvil verilmiş südə görə hesab-
lamalar, həmin xammal rayonu üçün orta normalara uy-
ğun olan əsas yağlılığa və zülalın miqdarına görə aparılır.
Qəbul zamanı həmçinin südün sanitar-mikrobioloji 
göstəriciləri də yoxlanılır. Bunun üçün süd on gündə bir 
dəfə mexaniki çirklənmə göstəricisinə, reduktaza və reza-
zurin nümunələrinə görə bakterioloji analiz edilir. Reza-



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə