S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə3/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 

üsulları və təyinatı, südün honogenləşdirilməsi, prosesin 
mahiyyəti, südün isti emalı-pasterizə edilməsi, məqsəd re-
jimləri, südün sterilizə edilməsi, məqsədi, vəzifəsi, üsulla-
rı, süddə olan mkroorqanizmlərin fiziki-kimyəvi üsullarla 
zərəsizləşdirilməsi, fermentləşdirilmiş süd məhsulları ha-
zırlanması üçün bakterial preparatların seçilməsi, onların 
hazırlanması, istifadə edilməsi qaydalar, süddə olan mik-
roorqanizmlərin fiziki-kimyəvi üsullarla zərərsizləşdiril-
məsi, fermentləşdirilmiş süd məhsulları hazırlanması üçün 
bakterial preparatların seçilməsi, onların hazırlanması, is-
tifadə edilməsi qaydaları, o cümlədən süd sənayesi müəs-
sisələrində və digər emal sahələrində yüksək keyfiyyətli 
süd və süd məhsulları istehsal etmək üçün iqtisadi cəhət-
dən sərfəli texnoloji üsullardan və emalda istifadə olunan 
avadanlıqların geniş tətbiqinə, müvafiq tədbirlərin öyrə-
nilməsinə, elmi və təcrübi biliklərin aydınlaşdırılmasına 
və s. ehtiyac duyulur. Qeyd olunanları nəzərə alaraq biz, 
fənnin tədrisinə lazım olan və müasir tələblərə cavab ve-
rən bu dərs vəsaitinin hazrlanmasını lazım bildik.
Müəlliflər 
 
 


Süd və süd məhsullarının texnologiyası 

Fəsil 1. Süd, onun tərkibi və əhəmiyyəti 
Süd məhsulları təbiətin hazırladığı yeganə yeyinti məh-
sullarıdır ki, böyüməkdə olan cavan orqanizmi lazım olan 
bütün qidalı maddələrlə təmin edir. Süddə orqanizm tərə-
findən yaxşı mənimsənilən 150-dən çox qidalı və digər 
maddələr vardır. Ç.M.Axundovun verdiyi məlumata görə 
inək südünün orta hesabla 87-88 faizini su, 12-13 faizini 
isə quru maddələr təşkil edir. Z.Q.Verdiyev və D.İ.Vəliza-
dəyə görə Azərbaycan zebu malının südünün tərkibində 
15, 21% quru maddə, 84,75% su vardır. A.A. Ağabəyli 
camış südündə 18-19% quru maddənin və 81-82% suyun 
olduğunu qeyd edir. Quru maddə əsasən zülaldan, yağdan, 
süd şəkərindən, mineral maddələrdən ibarətdir ki, bunların 
da miqdarı müxtəlif növ heyvanlarda eyni olmur. Süd zü-
lallarının orqanizm tərəfindən mənimsənilməsi 96%, ayrı-
lıqda bu ədəd başqa süd zülalı-kazein üçün 95%, albumin 
üçün isə 97%-dir. Südün zülal maddələrinin tərkibində 
yaşlı orqanizmin, xüsusən cavan orqanizmin normal inki-
şaf etməsi və həyatı üçün zəruri olan əvəz edilə bilməyən 
bütün amin turşuları və körpə orqanizmini doğulduqdan 
sonra ilk günlərdə yoluxucu xəstəliklərdən qoruya bilən 
ağız südündə olan immun xassəli qlobulin vardır. 
Süd yağı və şəkəri enerji mənbəyidir. Bunlar xüsusən, 
çox hərəkətlik və güclü maddələr mübadiləsi nəticəsində 
külli miqdarda enerji sərf edən və böyüməkdə olan cavan 
orqanizm üçün ən çox lazımdır. Süddə olan mineral mad-
dələr duzlar – orqanizmin duzlara olan tələbatının çox his-
səsini ödəyir. Inək südü kalsium və fosforla çox zəngindir. 
Bir inək 10 kq südlə, orqanizmasından 12-14 qr kalsium 
və 10-11 qr fosfor itirir. 
Süddə olan duzlardan: kalsium və fosfor duzları orqa-



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə