S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə8/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
16 
zurin nümunəsi bu göstəricini daha tez müəyyən etməyə 
köməklik göstərir, ancaq sənaye miqyasında reduktaza
nümunəsindən az istifadə olunur. Analizlər nəticəsində 
süd iki sorta bölünür və hər biri ayrılıqda emal olunur 
(cədvəl 5).
Cədvəl 5 
Növlər üzrə südün xarakteristikası 
Göstəricilər 
Növlər 
əla 
birinci 
ikinci 
Turşuluq, T

16-18 
16-18 
16-20 
Etalona görə təmizlik 
dərəcəsi,qrupdan aşağı
olmamaq şərti ilə 


II 
Bakteriyalarla 
çirklənmə, min/sm
3
300-ə
qədər 
300-dən 
500-dək 
500-dən
4000-dək 
Somatik hüceyrələrin
miqdarı, min/sm

300 
1000 
1000 
Ikinci sort süd üçün qış-yaz mövsümündə zəif hiss olu-
nan yem dadının və ətrinin olmasına icazə verilir. 
Emala daxil olan südün temperaturu 10
0
C çox olma-
malıdır, əks halda “soyudulmamış” süd kimi aşağı qiymə-
tə qəbul edilir. Südün təsərrüfatda təhvil verilməsi və qə-
bulu zamanı onun temperaturu 6
0
C çox olmamalıdır. Sıx-
lığı 1026 kq/m
3
, turşuluğu 15
0
və 19
0
-dan 21
0
T-dək, olan 
süd pəyə nümunəsi göstəricisinə görə (bu məlumat 1 ay 
müddətində etibarlı sayılır), I-ci və ya II növ kimi qəbul 
oluna bilər. Bunun üçün südün digər keyfiyyət göstəricilə-


Süd və süd məhsullarının texnologiyası 
17 
ri standartın tələblərinə tam cavab verməlidir.
Uşaq qidalarının, qursaq mayası ilə mayalanmış pen-
dirlərin, sterilizə olunmuş məhsulların hazırlanmasında is-
tifadə olunan süd əla və birinci sort südün tələblərinə ca-
vab verməlidir. Həmin süddə somatik hüceyrələrin miqda-
rı 500 min/sm
3
- dan çox olmamalıdır, temperatura davam-
lılığına görə - II qrupdan aşağı (uşaq qidaları və sterilizə 
olunmuş məhsullarda), qursaq-qıcqırma nümunəsinə görə 
qursaq pendirlərində II dərəcədən az olmamalıdır. Bu za-
man süd satınalınma qiymətinə əlavə qiymət artırmaqla 
qəbul olunur. 
Satışa buraxılan, xəstəxanalara, qidalandırma müəssisə-
lərinə verilən süd, pasterizə edilmiş süd üçün qəbul edil-
miş standartın tələblərinə uyğun olmalıdır. Uşaq müəssi-
sələrinə verilən südün göstəriciləri isə əlavə olaraq veteri-
nar qaydalara və tələblərə cavab verməlidir. 
Tərkibində az miqdarda antibiotiklər olan süd pendir
turş süd məhsulları, turş kərə yağı istehsalı üçün yararsız 
hesab edilir, çünki onların tərkibində olan süd turşusu 
bakteriyalarının inkişafı dayanır, insan orqanizmi üçün zə-
rəli olan mikrobların inkişafı (məsələn, bağırsaq çöpü) da-
vam edir. Belə süddə antibiotiklərin müəyyənləşdirilməsi 
üçün mikrobioloji metodlardan istifadə olunmalıdır. Hey-
vanların müalicə zamanı və ondan 3-5 gün sonra sağılmış 
süd emala verilmir. Heyvanlara antibiotiklər vurulandan 
72 gün sonra süd normal keyfiyyətə malik olur. Mastit 
xəstəliyi ilə xəstələnən inəklərin südü də emala verilmir.
Baxmayaraq ki, bu xəstəlik südlə insana keçmir, onun tər-
kibində çoxlu sayda stafilokokklar olur ki, onlar da zəhər-
li maddələr ifraz edib süd məhsulları ilə zəhərlənmələrə 
və ciddi xəstəliklərin yaranmasına səbəb ola bilərlər.

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə