S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə4/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 

nizmin sümük skletinin, dəmir duzları isə qanın əmələ 
gəlməsi üçün çox vacibdir.
Süddə xeyli miqdarda makro və mikroelementlər var-
dır. Bunlardan: misi, sinki, yodu, marqansı, kobaltı, dəmir 
və s. göstərmək olar. Dəmir inək südündə çox az (1 kq-da 
1 mqr) donuz südündə isə ondan az da azdır. Ona görə də 
donuz çoşkalarına daima dəmir duzları vermək lazım gə-
lir.
Süd vitaminlərlə də zəngindir. Onda A, E, D, B qrupu 
və digər vitaminlər vardır. Orqanizmin fəaliyyətinin nor-
mal səviyyədə olması üçün çox lazım hesab edilən bu vi-
taminlərin süddə çatışmaması körpələrin avitaminoz xəs-
təliyinə tutulmasına səbəb olur. Bir kq inək südündə 130-
150 qram vitamin A və miqdarı o qədər də çox olmayan
karotin, az miqdarda isə raxit xəstəliyi əleyhinə olan D vi-
tamini vardır. Dağlıq yerlərdə heyvanlara və yem bitkilə-
rinə günəşin ultrabənövşəyi şüaları güclü təsir etdiyindən 
inək südündə D vitamininin miqdarı iki dəfə artıq olur. 
Vitamin E süddə yayda çox, qışın axırında isə az olur. Bu 
vitamininin çatşmaması nəsil orqanlarının fəaliyyətini zə-
iflədir, digər çatışmamazlıqlara səbəb olur. Vitaminlərdən 
körpələr üçün ən çox əhəmiyyəti olan A vitaminidir. Ana 
bətnində bala ətrafı pərdədən həmin vitamin və karotin 
keçə bilmədiyindən doğulan balanın qara ciyərində çox az
A vitamini ehtiyatı olur və ona görə də balanın həmin vi-
tamini süddə kifayət qədər olması çox vacibdir. Bu vita-
minin çatşmaması boy artmının dayanmasına və gözün 
xəstələnməsinə səbəb olur. Süddə və xüsusən dəvə südün-
də C vitamini də vardır ki, bu da sinqa xəstəliyinin qarşı-
sını alır. Nəhayət süddə 1-ci cədvəldə göstərilən bu və di-
gər maddələrin də olduğu nəzərə alınarsa, südün müstəsna 
əhəmiyyətli qida məhsulu olması aydın olur. 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə