S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi


Süd və süd məhsullarının texnologiyası



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə31/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

Süd və süd məhsullarının texnologiyası 
47 
süzmə yüksək zülallı süd konsentratlarının hazırlanmasın-
da istifadə olunan diasüzmə də hesab olunur.
Diasüzmədə ultra süzmə yolu ilə alınan konsentrat su 
ilə (yaxşı olar mineralsızlaşdırılmış su olsun) duruldulur 
və aşağı molekulyar komponentləri, o cümlədən süd şəkə-
rini və mineral maddələri yuyub çıxarır. Ukrayna Elmi 
Tədqiqat Ət-süd İnstitutunda həll olunan zərdab zülalının 
texnologiyası işlənib hazırlanmışdır. Bu konsentrat, yük-
sək təmizliyi və uşaq, pəhriz süd və başqa qida maddələri-
nin istehsalı üçün başqalarından çox fərqlənir.
HOZZ (həll olunan zərdab zülalı) separatorda təmizlən-
miş pasterizə edilmiş və ultra süzmədən keçirilmiş pendi-
raltı zərdabdan hazırlanır. Sonra laktozanı və mineral duz-
ları tam kənar etmək məqsədilə tərkibində 23-26% quru 
maddə olan alınmış konsentratın üzərinə 9 həcmdə su əla-
və edilib diasüzmə (təkrar süzmə) aparılır, 22-25% quru 
maddə kütləsi olan alınmış konsentrat tozlandırma üsulu 
ilə qurudulur. Beləliklə, hazır HOZZ məhsulunda quru 
maddənin kütləsi 96%-ə, o ümlədən zülal 80%-ə, yağ 5%-
ə qədər artırır. Məhsulun turşuluğu 18%-dən, həll olunma-
sı 0,2 ml xam çöküntüdən artıq olmur. 
 
4.1.Süddə olan kənar mikrofloranın 
zərərsizləşdirilməsi 
 
4.1.1.Südün isti emalı üsulları 
 
Südün pasterizə edilməsi. 
Südün qaynama temperatu-
rundan aşağı isti emalına pasterizə olunma deyilir. Bu 
proses Fransız alimi Lui Pasterin adı ilə bağlıdır. Pasterizə 
etmənin əsas məqsədi süddə olan zərərli mikroorqanizm-


S.B.Kazımov, A.A.Qasımova 
48 
lərin məhvi və ümumi mikroorqanizmlərin miqdarının 
azalmasıdır. Süddə olan mikroorqanizmlərin məhv edil-
məsi əsasən iki amildən – südü hansı temperatura qədər 
qızdırılmasından və bu temperaturun südə hansı müddətdə 
təsir etməsindən asılıdır.

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə