206
nümayəndələrinə iş yeri aça bilirlər. Fəlsəfi dillə desək, birinci
təbəqənin nümayəndələri, adətən, içərisindən keçdiyi proseslərdə,
hadisələrdə subyekt, üçüncü təbəqənin nümayəndələr isə obyekt
kimi çıxış edirlər. Cəmiyyət birinci təbəqəyə aid insanların
sayının çoxluğunda maraqlı olmalıdır. Təsadüfi deyildir ki,
inkişaf etmiş ölkələrdə əhalinin hər 10 min nəfərinə düşən tələbə
sayını artırmaq həmişə dövlətin diqqət mərkəzində saxlanılır. Biz
orta təbəqənin nümayəndələrinə yüksək təhsil verib onların bir
qismini 1-ci təbəqəyə qoşmalıyıq. İnsan potensialını inkişaf
etdirməyin fəlsəfəsi bundan ibarətdir. İdarəetməyə 1-ci təbəqədən
olanları cəlb etməklə rüşvətin qarşısını nisbətən almaq olar.
Avropada rüşvətin nisbi səviyyəsinin az olmasını bunla izah
etmək olar. Çünki orta təbəqə nala-mıxa vuran təbəqədir.
Şəraitdən asılı olaraq cəmiyyət üçün həm xeyirli, həm də zərərli
rol oynaya bilər. Atalar düz deyib: “Dad yarımçıq əlindən». Bu
təbəqədən orta məmur kütləsi törəyir. Rüşvətxorluq bu kütlənin
içərisində geniş yayılır. Bu yarımçıq insanları, yarımçıq
məktəblər yetirir. Məktəb tam komplektləşməlidir, yarımçıq
olmamalıdır.
Əla bilikli 1-ci təbəqənin nümayəndələrinin halal pul
qazanmaq imkanı olduğundan daim dövlətin qüdrətli olmasını
üstün tuturlar. Bu təbəqə arasında mənfi hallar az yayılan olur.
Çünki bu insanlar milli mənafeni şəxsi mənafedən qəlbi tutmağı
bacarırlar. Orta təbəqə nümayəndələri rüşvətdən istifadə edərək
özlərinə layiq yox, daha yüksək məqam sahibi olmağa çalışırlar.
Qüdrətli insanların quruculuq, zəiflərin isə dağıdıcılıq potensialı
böyükdür. Azərbaycan Prezidenti Heydər Əliyevin belə
insanlara ünvanladığı fikir maraqlıdır:
“Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz
yerini, özünə məxsus olan yeri tapmalıdır. Kim ki, öz
biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub
olur”.
Bu fikirin hikməti böyükdür və geniş əhatə dairəsi vardı.
Çünki hər bir vəzifə sahibi qarşılaşdığı problem, məsələ, iş və s.
207
ilə bağlı qərar qəbul etməlidir. Əgər onun bilik və bacarığı
tutduğu vəzifəyə uyğun deyilsə, səhv qərarlar qəbul edəcək və
sonda möhtərəm Prezidentimiz dediyi kimi məğlub olacaqdır,
həm də cəmiyyətin inkişafını ləngidəcəkdir.
Sovetlər zamanı ali məktəblərdə zəif bilənlərin, orta
bilənlərin sayını azaltmaq niyyəti ilə iqtisadi bir faktordan
«tələbə təqaüdü» deyilən üsuldan istifadə edilirdi. Əslində, bu
üsul təhsilin keyfiyyətinə kifayət qədər müsbət təsir edən iqtisadi
faktor idi. Digər tərəfdən tələbənin vaxt resursundan səmərəli
istifadə etmək üçün həm də sövqedici bir mexanizm idi. Çünki üç
alan tələbəyə təqaüd verilmirdi. Deməli, təqaüd almaq üçün
tələbə 4 və ya 5 qiymət almalı idi. Bu səbəbdən də zəif təhsil
alanlar gecəni gündüzə qatıb 3 yox, məhz 4 və 5 qiymət almaq
üçün çalışardılar və vaxtlarını boş keçirməzdilər. 4 və 5 qiymətlə
təhsil alanların daha da əzmlə çalışmaları üçün adlı təqaüdlər
sistemindən istifadə edilirdi. Bu təcrübəyə müraciət etmək
hökmən lazımdır.
Tələbənin, öyrəncinin əlində olan ən qiymətli sərvət, vaxt
qaynağıdır, vaxt ehtiyatıdır. Təhsil sistemi tələbənin vaxt
ehtiyatını nəzarətə götürməlidir. Milli təhsil sistemi elə
qurulmalıdır ki, bu qaynaqdan maksimum istifadə edilsin.
Subyektiv fikirimə görə vaxta, zamana baxışımız dəyişməlidir.
Tərbiyə məhfumu vaxtdan istifadə mədəniyyətini özündə ehtiva
etməlidir. Belə bir formula qəbul etsək ki, tərbiyə – vaxta
hörmət və qənaətdir, xeyli irəli gedə bilərik. Bir çox inkişaf
etmiş ölkələrdə təhsilalanların vaxtı, günlərlə, həftələrlə, aylarla
yox, saatlarla ölçülür.
Əla bilikliləri, orta və zəif biliklilərdən ayırmaq üçün ali
təhsil sistemində struktur islahatları aparılmışdır. Bu addımın bir
üstünlüyü də bundan ibarətdir ki, orta biliklilərin yüksək struktur
səviyyələrə buraxılmasının qarşısını nisbətən alır. Zəifləri orta və
ali məktəblərin yuxarı pillələrinə buraxmamaq lazımdır.
Zəiflərdən elmlər namizədi «düzəltmək» milli mənafeə ziddir.
208
Avropa dövlətlərinin əksəriyyətində ali təhsil 4+2
strukturu əsasında qurulmuşdur. 1992-ci ildə qəbul olunmuş
«Azərbaycan Respublikasının Təhsil Qanunu»nda da bu sistem
təsbit olunmuşdur. Bu sistemin hikməti böyükdür və tarixin
sınağından çıxmışdır..
Hal-hazırda bizim «bakalavr» (4 il) və «magistr» (2 il)
ixtisas dərəcəsi almış gənclərimiz var və onlar müxtəlif sahələrdə
işləyirlər.
Bizdə əvvəllər ali təhsil 5 illik olubdur. İndi ali təhsil
sistemi 4+2 sxemi üzrə qurulubdur. Təzə sistemin köhnə
sistemdən üstünlüyü nədir?-sualına cavab verməyə çalışaq. Bu
məsələ ilə bağlı fikirlərimi 8.02.2002-ci ildə «Azərbaycan»
qəzetində çap olunmuş «Magistratura, yoxsa aspirantura»
məqaləsində söyləmişəm. Həmin məqalədən bəzi məqamlara
təkrar toxunmaq istəyirəm.
Fərz edək ki, bir universitetin fizika fakültəsində 100
tələbə yaxşı (4) qiymətlə, başqa bir universitetin belə fakültəsində
75 tələbə yaxşı (4), 5 tələbə isə əla (5) qiymətlə təhsil alır. Sual
olunur: Bu universitetlərin hansının işi cəmiyyət üçün faydalıdır
və milli mənafeyə daha uyğundur?
Aydındır ki, 100 nəfər dörd qiymətlə təhsil alan tələbə
toplumu ilə müqayisədə cəmiyyət üçün (75+5) tələbə toplum
daha qiymətlidir. Çünki ikinci toplum 80 nəfər olmasına
baxmayaraq, fizika sahəsində cəmiyyətin qarşısına çıxa biləcək
istənilən problemləri həll etməyə qadirdir. Çünki bu toplumun
içərisində fənnini əla bilən beş nəfər var. Birinci toplum belə
fiziki problemləri həll edə bilməyəcəkdir, çünki onların içərisində
əla qiymətlə təhsil alan bir nəfər belə yoxdur. Biliyin maddi
sərvətdən fərqi bundadır ki, o, toplanmır, cəmiyyətdə hər kəs az
bilirsə, hamı az bilir.
Beləliklə, əlavə xərc çəkmədən 100 nəfərlik tələbə
toplumunu daha sərfəli vəziyyətdə təhsilləndirmək üçün 4+2
sxemi çox əlverişlidir. 100 nəfərə 4 il təhsil verilir və onlardan 80
nəfəri bakalavr diplomu alaraq istehsalata göndərilir, 100 nəfərin
Dostları ilə paylaş: |