Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   64   65   66   67   68   69   70   71   ...   90

 
232 
 
Təhsil  tək  Təhsil  Nazirliyinin  işi  deyil,  təhsil  həm  də 
cəmiyyətin  işidir.  Dövlət  və  cəmiyyət  bu  işdə  bir-birinə  kömək 
göstərməlidir. 
Valideynlər 
təhsilə 
daha 
həssas 
qayğı 
göstərməlidirlər.  Çünki  təhsildə  həm  fərdin,  həm  də  toplumun 
mənafei təmin olunur.  
 


 
233 
18. Maqistratura, aspirantura və doktorantura 
 
Cəmiyyətimizdə  bəzən  magistraturanı  aspiranturaya, 
aspiranturanı  isə  doktoranturaya  alternativ  qoyurlar.  Aspirantura 
və  magistratura  problemi  ilə  bağlı  öz  fikrimi,  «Təhsilin 
konseptual  problemləri»  adı  altında  çap  olunmuş  məqalədə 
(Azərbaycan, 17 mart, 1998) şərh etmişəm. Və bu gün də hesab 
edirəm  ki,  iki  müxtəlif  sistemin  (Sovet  və  Qərb  təhsilinin) 
çarpazlaşmasındansa, bir sistemin qəbulu daha duzgün olardı. 
Məlumdur ki, magistratura təhsil hadisəsidir və ali təhsilin 
son  pilləsidir.  Bu  haqda  söhbət  §8-də  (səh.37)  getmişdir. 
Magistraturada tələbələr   hər-hansı  bir ixtisasla bağlı bilikləri və 
yeni elmi nəticələri dərindən öyrənirlər. 
Magistraturada  tədris planı iki blok üzrə: həm dar ixtisas 
üzrə,  həm  də  elmi  araşdırmalar  aparmaq  üçün  planlaşdırılır. 
Magistratura  magistr  işi  ilə  yekunlaşmalıdır.  Əlbəttə,  təhsilin 
sonunda magistr işində elmi nəticə əldə etməlidir. 
Aspirantın vaxt resursunun təqribən 80%-i elmi tədqiqata, 
20%-i  isə  tədrisə  həsr  olunduğundan,  aspiranturanı  elm  hadisəsi 
saymaq  olar  və  aspirant  elmi  dərəcə  almaq  üçün  hökmən  elmi 
nəticələr  əldə  etməlidir.  Aspiranturanın  elm  və  təhsil  hadisələri 
arasında oynadığı rol haqqında söhbət §1-də getmişdir.  
Aspiranturanı  da  təhsil  hadisəsi  saymaq  olar,  ancaq 
aspirantura xüsusi  növ təhsildir. Aspiranturada təhsil yüksələrək 
elmə çevrilir və ya  elm təhsilin tətbiq sahəsinə çevrilir.  Təhsildə 
müəllim inistitu  var.  Aspiranturada bu   yeri  rəhbər   əvəz edir. 
Aspiranturada  təhsil  plan  və  proqamları,  əsasən,  fərdi  tutulur  və 
fərd  üçün  tutulur.  Elə  tutulur  ki,  bir  müddətdən  sonra  aspirant 
özünü, obrazlı desək, elm evinin içərisində hiss edir. 
     
Doktoranturanı  bizim  başa  düşdüyümüz  klasssik  mənada 
təhsil hadisəsi hesab etmək olmaz, o elmlə intensiv məşqul olmaq 
üçün imkandır.  
     
Bir  haldakı  Avropa  Şurasının  təhsil  üzrə  ekspertləri  
doktoranturanı  təhsil hadisəsi  kimi  bizə təqdim  edirlər, onda biz 


 
234 
aspiranturanı  doktorantura    adı  altında  saxlaya  bilərik.  Onda  bu 
doktorantura  ali  məktəbdən  sonra  təhsilin  xüsusi  bir  növü 
(aspirantura) kimi  bizim təhsil sistemimizə girə bilər.  
Elmi  dərəcə  məsələsi  iddiaçı  ilə  cəmiyyət  arasındakı 
münasibətdən  törəyir.  Elmi  işçi  öz  elmi  nəticələrinin  ictimai 
əhəmiyyət  kəsb  etdiyini  cəmiyyətə  və  ya  onun  bir  hissəsi  olan 
Elmi Şuraya isbat edib elmi dərəcə ala bilər.  Elmi dərəcələri bir, 
iki, üç pilləli təsəvvür etmək olar.  Magistraturanı ilk elmi dərəcə 
kimi  qəbul  etmək  olar.  Belə  olan  halda  doktoranturanı 
(aspiranturanı)  bitirib  müdafiə  etmiş  şəxs  ikinci  elmi  dərəcə  – 
PhD  almış olar. Bundan sonra daha bir  yüksək dərəcə - elmlər   
doktoru dərəcəsini də təsəvvür etmək olar. Əgər magistratruraya 
elmi  dərəcə  kimi  yox,  ali  təhsilin  son  pilləsi  kimi  baxsaq,  onda 
elmi  dərəcə  iki  pilləli  olar.  Əgər  elmlər  doktoru  dərəcəsindən 
imtina etsək onda elmi dərəcə yalnız PhD qalar.  
Elmi  adların  verilməsindən  sonra  əmək  haqqının 
artırılması  gözlənirsə,  onda  bu  işə  dövlətin  müvafiq  icra 
hakimiyyəti orqanının müdaxiləsi məntiqidir.  
 
Təhsil  Qanunu  layihəsində  “Elmi  dərəcə  və  elmi-
pedaqoji  adlar”  adlanan  maddə  vardır.  Həmin  maddənin  bir 
bəndində  deyilir:  “Azərbaycan  Respublikasında  elmi  dərəcə  iki 
pillədən  ibarətdir:  1.  fəsəfə  doktoru    (PhD),  2.  Elmlər  doktoru“. 
Həmin  madənin  başqa  bir  bəndində  isə  yazılır:  “Azərbaycan 
Respublikasında  aşağıdakı  elmi-pedaqoji  adlar  müəyyən  olunur: 
1.  dosent,  2.  professor.  Bu  adlar  ali  təhsil  müəssisəsinin  elmi 
şuraları  tərəfindən  verilir  və  qanunvericilikdə  müəyyən  edilmiş 
qaydada təsdiq edilir.  
 
 


 
235 
19. Təhsil haqqında  fəlsəfi fikirlər 
 
Təhsil  sosial  sferanın  çox  vacib  sahəsi  olduğundan,  hər  kəsin 
təhsillə  bağlı  gzəl  firi  ola  bilər.  Ancaq  min  illərin  ərzində 
formalaşan  təhsil  sistemi      mütəfəkkir  insanların,  alimlərin, 
filosofların,  siyasətçilərin  fikirlərindən  yoğrulmuş  və  təkamül 
yolu ilə inkişaf edərək bugünkü səviyəyə qalxmışdır. 
Fikirlər  bəşəri,  deyim  lakonik  olarsa,  kəlam  fəlsəfi    fikir 
səviyyəsinə, aforizm səviyyəsinə yüksəlir. Belə fikirlər zaman və 
məkan  çərçivəsinə  sığmaz.  Bu  paraqrafda  tarixdə  iz  qoymuş   
mütəfəkkir  insanların  təhsillə  bağlı  söylədikləri    dəyərli 
kəlamların, aforizmlərin və fəlsəfi fikirlərin bir qismini oxuculara 
təqdim edirik: 
 

 
«Mən  heç  olmasa  bir  hadisənin  əsl  səbəbini  tapmağı 
İrana padşah olmaqdan üstün sayardım». 
Demokrit 
 

 
«Əgər  bir  illik  planın  varsa,  taxıl  ək.  Əgər  10  illik 
planın  varsa,  bağ  sal.  Əgər  100  illik  planın  varsa, 
insanları öyrət».                                  
                                    
 
 
Konfutsi 

 
«Yunanlını  yunanlı  edənyunanlı  olaraq  doğuluşu 
deyil,.ördüyü təhsil və tərbiyyədir. 
                                                                               Sokrat 
 

 
“İnsanlara  orta  təhsil  verin.  İstibdad  və  ruha-bədənə 
edilən zülm, sübh işığında cin kimi yox olacaqdır“”. 
 
 
 
 
 
 
 
T. Cefferson 
 

 
“Müasir  cəmiyyətlərdə  təhsil  məsələsi  ölüm-dirim 
məsələsidir, cəmiyyətin gələcək taleyinin asılı olduğu 
məsələdir”“”.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə