Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   60   61   62   63   64   65   66   67   ...   90

 
219 
Bu  töhfələrə  biz  «Scince  Sitation  İndex»  jurnallarını 
vərəqləyərkən  rast  gəlirik.    Bu  imkanların  əldən  getməsinə,  bu 
mənəvi  zəncirin  qırılmasına  yol  verməməliyik.  Elmin,  təhsilin 
inkişaf  yolu  belədir.  Bu  zəncir  qırılmaq  üzrədir,  ona  diqqət 
lazımdır.  Bu  gün  BDU-nun  fizika  fakültəsinin  çox  dəyərli  və 
yüksək  səviyyəli  alimləri  kifayət  qədər  yaşlıdırlar.  Milli  Elmlər 
Akademiyasının  üzvləri,  beynəlxalq  səviyyəli  alimlərimiz  – 
Abdulla  Muxtarovun,  Sabir  Hacıyevin,  Bəhram  Əsgərovun 
yaşları  65-dən  yuxarıdır.  Bizim  borcumuz  bu  dəyərli  insanlarla 
gənclərin  təmasının  qırılmasına  yol  verməməkdir.  Əks  halda 
təzədən  1900-cü  ilin  əvvəllərində  olduğu  səviyyədən  başlamalı 
olacağıq.  Təhsil  ip  deyil  ki,  qırılanda  düyüb  təzədən  istifadə 
edəsən, təhsil şüşədir, qırıldı məsrəfdən çıxır
Beləliklə,  ali  təhsilin  strateji  problemi  araşdırılarkən,  ali  
məktəblərin sayı yox, ali məktəb tələbələrinin sayı və əhalinin hər 
on min nəfərinə düşən tələbələrin sayı ön plana çəkilməlidir, həm 
də ali məktəbin kadr potensialı diqqət mərkəzində saxlanılmalı və 
dövlətin,  cəmiyyətin  qayğısı  ilə  əhatə  edilməlidir.  Qeyd  etmək 
lazımdır  ki,  Sovetlər  zamanında  alimin  cəmiyyətdə  statusu 
düzgün  müəyyən  edilmişdir.  Ali  məktəbdə  çalışan  elmlər 
namizədi  rayon  partiya  komitəsinin  I  katibindən  yüksək  əmək 
haqqı alırdı. Yəni dövlət və  cəmiyyət alimə pramidal strukturda 
aşağıda yox, kifayyət qədər yuxarıda yer verilmişdir.                                                   
Təhsilimizin bugünündən danışarkən  bir daha qeyd edək 
ki,  son ildə əhalinin hər on min nəfərinə düşən dövlət ali təhsil 
müəssisələrində  tələbə  sayı  -  112  nəfər,  tələbələrin  sayı  isə    91 
000 nəfər olmuşdur.  Bu  göstəricilər həm  1980-81 ci il,  həm də 
1990-91 ci il göstəricilərindən xeyli aşağıdır. 
Əgər 1980/81 -ci il təhsil standartları səviyyəsini saxlaya 
bilsəydik,  onda  2001/2002-ci  ildə  ali məktəblərə və orta ixtisas 
məktəblərinə  əlavə  40-50  min  nəfər  gənci  də  təhsilə  cəlb  edə 
bilərdik.  Çox  təəssüf  ki,  biz  bu  potensialı  itirmişik.  Dövlətin  
iqtisadi  potensialı  buna  imkan  vermir.    İkinci  bir  imkan    isə 


 
220 
cəmiyyətin  öz  potensialından  istifadə  etməkdir.  Cəmiyyəti 
düzgün idarə edə bilsək o özünü təhsilləndirə bilər.   
 


 
221 
17.2. Özəl təhsil 
 
«Dövlət  təhsil  sistemi    ilə  yanaşı, 
Azərbaycanda  özəl  təhsil  sistemi  də 
yaranır.  Bu,  müasir  dövrün  tələbidir.  Biz 
bu hadisəni müsbət qiymətləndiririk».  
Heydər Əliyev  
 
Yuxarıda qeyd edildiyi kimi   müstəqil Azərbaycanda yeni 
demokratik,  sivil,  dünyəvi  dövlət  qurulur  və  vətəndaş  cəmiyyəti 
yaradılır.  Vətəndaş  cəmiyyətinin  mahiyyəti  “dövlət-vətəndaş” 
münasibətini şaquli müstəvidən, üfiqi müstəviyə keçirməkdir. Bu, 
şaquli istiqamətdə dövlət nəzarətinin zəifləməsi, üfqi istiqamətdə 
ictimai nəzarətin güclənməsi hesabına baş verir. Təhsil sahəsində 
bu  o  deməkdir  ki,  əgər  biri  övladına  yüksək  səviyyəli  təhsil 
vermək istəyirsə və başqa birisi (hüquqi və ya fiziki şəxs) isə bu 
işi  uğurla  görə  bilirsə,  dövlət  bu  işə  maneçilik  yox,  şərait 
yaratmalıdır.  “Repetitorluq»”  həyatda  bu  prosesin  primitiv 
şəkildə  təzahürüdür.  Yüksək  səviyyədə  bu  missiyanı  özəl 
universitetlər  və  məktəblər  həyata  keçirə  bilərlər.  Ancaq  bir 
şərtləki,  bu  proses  özbaşına  buraxılmasın.  Ya  dövlət,  ya 
cəmiyyət,  ya  da  qarışıq  nəzarət  olmalıdır.  Əks  halda  bizdə  də 
Ermənistan və Gürcüstandakı vəziyyət yaranar (bax cədvəl 17.2). 
İnanmıram  ki,  Ermənistanda  71,  Gürcüstanda  isə  145  şəhər  və 
qəsəbə  var.  Deməli,  nəzarətsizlik  nəticəsində  kənddə  də  ali 
məktəb açıla bilər. Bu isə yolverilməzdir.     
Ali  təhsil  çox  pul  tələb  edən  sahədir.  Dövlətin  buna 
imkanı  çatmayanda,  bu  problemin  bir  hissəsini  cəmiyyətin 
üzərinə  qoymalı  və  ya  bu  problemin  həllində  cəmiyyətin 
potensialından  da  istifadə  edilməlidir.  Başqa  sözlə,  dövlət  bu 
məqsədlə  valideynlərin  imkanlarından  istifadə  etməyə  maraq 
göstərməlidir. Ən varlı dövlətlər belə bu imkandan geniş istifadə 
edirlər. 
 
Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  dünya  iqtisadiyyatında 
özəl  sektor  həlledici  yer  tutur.  Azərbaycanda  da  özəl  sektor 


 
222 
uğurla inkişaf edir. Çalışmaq lazımdır ki, başqa sahələrdə olduğu 
kimi,  təhsildə  də  özəl  sektor  öz  məntiqi  yerini  tutsun.  Bu  yeni 
quruluşun məntiqindən doğur və zamanın tələbidir. 
 
Bazar  iqtisadiyyatının  prinsipləri  həyatımızın  müxtəlif 
sahələrinə  tətbiq  olduqca  vəziyyət  yaxşılaşır.  Sahibkarlıq    çörək 
və ərzaq bazarına, kənd təsərrüfatı sektoruna, nəqliyyata və rabitə 
sahələrinə daxil olduqca problemlərin çoxu öz həllini tapır. Əgər 
fermer  təsərüfatları  yaratmayıb  kolxozları  sovxozlarla  ya 
birləşdirib,  ya  parçalayıb  dövlətdə  saxlasaydıq,  onda  yenə  də 
ərzaq  bolluğu  yaratmaq  mümkün  deyildi.  Torpaq,  kəndli,  mal- 
qara  dəyişməyib,  dəyişən  iqtisadi  münasibətdir.  Ölkə  heç 
zaman    indiki  qədər  çox  taxıl  istehsal  etməmişdir.  Bu  yeni 
iqtisadi  münasibətin  nəticəsində  əldə  edilmişdir.  Təhsil 
sistemində  də  həm  struktur  dəyişiklikləri  aparılmalı,  həm  də 
təhsildə  yeni  iqtisadi  münasibətlərinin  yaranmasına  kömək 
göstərilməlidir. 
 
Ölkəmizdə  özəl  təhsillə  bağlı  cəmiyyətdə  yekdil  fikir 
yoxdur.  Tez-tez  ziddiyyətli  fikirlərlə  rastlaşırıq.  Dövlət 
universitetinin  professorlarının  birindən:  “Kim  özəl  təhsili 
müdafiə  edirsə,  o  xalqın  düşmənidir””“”,  başqa  birisindən  isə 
“özəl  təhsil  yeni  dövlət  quruculuğunun  məntiqindən,  təhsildə 
liberalizmdən törəyir”“” - fikirlərini eşitmək mümkündür. 
  
Bu  gün  özəl  universitetlərin  varlığının  cəmiyyətdə 
birmənalı  qəbul  edilməməsinin  əsas  səbəbi  keçmişdən  gələn 
sovet düşüncə tərzi ilə  bağlıdır. Sovetlər dönəmində insanlar ali 
məktəbdə  pulsuz  təhsil  aldığından,  hesab  edirlər  ki,  o  müsbət 
ənənə  bu  gün  də  davam  etdirilməlidir.  Ancaq  heç  kəs  inanmaq 
istəmir ki,  o zaman da ali təhsil pullu olubdur. Sadəcə bizim ali 
təhsil haqqımızı dövlət ödəyibdir.  
Problemi  dərindən  öyrənmədən  bu  məsələyə  keçmişin 
gözü ilə baxıb  mənfi  münasibət bəsləyənlər öz populist  çıxışları 
ilə  cəmiyyəti  çaşdırırlar.  Cəmiyyətə  yolun  düzgününü  yox, 
səhvini  göstərirlər.  Özəl  universitetlər  ətrafında  həqiqətə  uyğun 
olmayan fikirlər söyləyirlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə